Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İlham Əliyev və Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak ediblər

İlham Əliyev və Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak ediblər

09.05.2023 [11:42]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşada bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak ediblər. 

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin və Atatürk küçəsinin lövhəsinin açılışını edib.

Dövlətimizin başçısına Qarabağ və Sadıqcan küçələrində görüləcək işlər barədə məlumat verilib.

Prezident İlham Əliyev Qarabağ küçəsində qeyri-yaşayış binasının təməlini qoyub, Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışını edib. 

Azərbaycan Prezidenti Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məzarını ziyarət edib. 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər. 

Dövlətimizin başçısına və birinci xanıma Xüsusi nümayəndəliyin inzibati binasının qarşısındakı meydanda həyata keçiriləcək işlər barədə məlumat verilib.

Paylaş:
Baxılıb: 778 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30