Aİ-dən Gürcüstana növbəti xəbərdarlıq
31.05.2023 [11:30]
GÜLAY
Rusiya ilə Gürcüstan arasında birbaşa aviauçuşların bərpa edilməsi Qərb dövlətləri tərəfindən narahatlıqla qarşılanır. Bir müddət öncə ABŞ Dövlət Departamenti bu məsələ ilə bağlı Gürcüstanın bəzi şirkətlərinin sanksiyalara məruz qalacağını bildirmişdi. ABŞ-la eyni narahatlığı Avropa İttifaqı da bölüşür. Belə ki, Avropa İttifaqına üzv 27 dövlətin səfirləri və təşkilatın Gürcüstandakı səfiri Pavel Qerçinski bazar ertəsi Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat naziri Levan Davitaşvili ilə görüşərək Tbilisi ilə Moskva arasında birbaşa uçuşların bərpası ilə bağlı xəbərdarlıq ediblər. “Biz Davitaşviliyə bildirdik ki, Gürcüstan hökumətinin Rusiyaya birbaşa uçuşları bərpa etmək qərarından təəssüflənirik. Bu qərar Aİ-nin 27 üzvünün Rusiyaya birbaşa uçuşlar həyata keçirməmək və Rusiya təyyarələrinin Aİ-yə üzv dövlətlərin ərazisi üzərində uçmasına icazə verməmək barədə yekdil qərarına ziddir”, – deyə səfir Qerçinski jurnalistlərə bildirib. Diplomat vurğulayıb ki, uçuşların bərpası ilə bağlı qərar Rusiya tərəfindən verilsə də, bunun üçün Gürcüstan hökumətinin də razılığı lazımdır: “Biz həmçinin narahatlığımızı bildirdik ki, bu qərar Rusiyanı təcrid etmək və Rusiyaya Ukraynada hələ də davam edən qəddar, təcavüzkar müharibə ilə bağlı hərəkətlərini dəyişmək üçün təzyiq etmək əzmimizə ziddir”.
Gürcüstanın baş nazirinin müavini də öz növbəsində avropalı səfirləri əmin edib ki, Aİ-nin sanksiyaları altında olan şirkətlər uçuşlar həyata keçirməyəcək və bütün gələn ruslar diqqətlə yoxlanılacaq.
Bəs Gürcüstanın qəti qərarından dönməməsinin səbəbi nədir? Baş nazirin müavini Davitaşvilinin vədləri Aİ-ni qane edəcəkmi? Xatırladaq ki, aprelin sonlarında Rusiya Prezidenti Vladimir Putinin imzaladığı fərmana görə, 15 maydan etibarən Gürcüstanla viza rejimi ləğv edilmişdi. Həmin tarixdən iki ölkə vətəndaşları arasında gediş-gəliş asanlaşıb. Gürcüstan xarici işlər naziri İlya Darçiaşvilinin sözlərinə görə, Rusiya Federasiyasında bir milyondan çox Gürcüstan vətəndaşı yaşayır: “Qərar vətəndaşlarımızın gündəlik həyatını asanlaşdıracaq”. Lakin Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyadan Gürcüstana birbaşa viza rejiminin ləğvini “ölkəsinə qarşı növbəti təxribat” adlandırmışdı: “Rusiya Ukraynaya qarşı təcavüzünü davam etdirdiyi və ərazimizi işğal etdiyi müddətdə Gürcüstanla birbaşa uçuşların bərpası və viza rejiminin ləğvi qəbuledilməzdir”. Bununla yanaşı ABŞ da Rusiyanın bu qərarının Gürcüstanda vəziyyətin gərginləşdirilməsinə xidmət etdiyinə inandığını bəyan etmişdi.
Bu dəfə isə Aİ-nin xəbərdarlıq etməsi tərəflər arasında vəziyyətin bir qədər soyuqlaşmasına səbəb oldu. Xəbərdarlıqlara baxmayaraq, Rusiyanın müvafiq qərarının təsiri ilə uçuşları bərpa edən Gürcüstan, Avropa İttifaqının sanksiyaları altında olan şirkətlərlə uçuşların həyata keçirilib-keçirilməyəcəyi suallar doğurur. Hazırki gedişatda Aİ-nin bu qərardan qane olmayacağını nəzərə alaraq, təşkilatın Gürcüstandakı vəziyyəti daim diqqət mərkəzində saxlayacağı şübhəsizdir. Və kiçik bir yanlışda təkcə etirazını bildirməklə qalmayıb, Tbilisiyə qarşı ciddi sanksiyalar tətbiq edəcəyi istisna deyil.
Xatırladaq ki, iki ölkə arasındakı uçuşlar 2019-cu ildə Rusiya tərəfindən təktərəfli qaydada dayandırılmışdı. Buna səbəb isə Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilovun Gürcüstan Parlamentinə getməsindən sonra Tbilisidə baş verən kütləvi etirazlar idi. Hadisələrin gedişatının bundan sonra necə davam edəcəyini isə zaman göstərəcək.
Xəbər lenti
Hamısına baxGündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40

