Tənəzzül dövrünü yaşayan iqtisadiyyat
07.06.2023 [11:20]
E.Makron hökumətini qalmaqallı pensiya islahatları aparmağa vadar edən amillər hansılardır? Mütəxəssislər ölkədə bəhs olunan islahatlara gedilməsini zəruri edən amillər sırasında qlobal miqyasda şərtlərin dəyişməsi fonunda iqtisadiyyatın geriləməsini önə çəkirlər. Nüfuzlu beynəlxalq maliyyə qurumları və reytinq agentlikləri Fransa iqtisadiyyatının perspektivləri ilə bağlı kədərli proqnozlar irəli sürürlər. 2022-ci ilin sonunda “S&P Global Ratings” beynəlxalq agentliyi Fransanın “AA” səviyyəsində suveren reytinqi üzrə proqnozu “sabit”dən “mənfi”yə endirmişdi. Agentliyin yaydığı məlumatda bildirilib: “Fransa iqtisadiyyatında yavaşıma, hökumətin ev təsərrüfatlarını və biznesləri enerji inflyasiyasından qorumaq tədbirləri dövlət maliyyəsinə təzyiq göstərəcək”.
Beynəlxalq Valyuta Fondu isə qarşıdakı illərdə Fransanın tənəzzülünü proqnozlaşdırıb. Qurumun dəyərləndirmələrinə görə, Fransa geridə qalır və o, avro zonasında dövlət borcunu 2028-ci ilə qədər azaltmayan yeganə ölkə olaraq qalacaq. Bu barədə BVF-nin maliyyə siyasətləri haqqında hesabatında qeyd edilib.
Fondun təqdim etdiyi hesabatda Avrozona ölkələrinin xarici borc öhdəliklərinin müqayisəsi aparılıb. Hesabata əsasən, Avropa ölkələri qarşıdakı beş ildə dövlət borcunu azaldacaq. Yalnız Fransanın dövlət borcu davamlı artacaq və 2028-ci ildə ÜDM-in 115 faizinə çataraq, hətta pandemiya dövründəki ən yüksək səviyyəni üstələyəcək.
Qeyd edək ki, hazırda Fransa təxminən 3 trilyon avro həcmində xarici borc öhdəliyinə malikdir. Bu rəqəm ÜDM-in 112 faizini təşkil edir. Ölkə dövlət borcuna xidmət olunmasında ciddi çətinliklərlə qarşılaşa bilər. Eyni zamanda, borclanmanın bahalaşması sadə fransızların kredit yükünü daha da artırır və onların həyat şəraitini ağırlaşdırır.
Fransada qiymətlərin davamlı olaraq artması beşinci respublikanın inflyasiya burulğanına düşdüyündən xəbər verir. Qiymətlərin ötən il yüksək səviyyədə olan artım tempi cari ildə də səngimir. 2023-cü ilin əvvəlində verilən məlumata əsasən, bu ölkədə illik inflyasiya 5,9%-dən 6%-ə yüksəlib. Bu barədə ölkənin Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (Insee) məlumat yayıb. İnflyasiyanın kəskin artmasına səbəb ərzaq qiymətlərinin 13,3%, enerji qiymətlərinin isə 16,3% bahalaşmasıdır.
İqtisadiyyatda yaranan çətinliklərin qarşısını ala bilməyən hökumət E.Makronun təşəbbüsü əsasında islahatlar adı altında sosial xərclərin azaldılması taktikasına əl atıb. Məqsəd bacarıqsız hökumətin maliyyə yükünü cəmiyyətin, o cümlədən də təqaüdçülərin üzərinə yükləməkdir.
Mübariz
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

