Nyu-Yorkdakı Türk Evində...
19.09.2023 [11:09]
Hansı məsələlər müzakirə olundu?
Nardar BAYRAMLI
BMT-nin 78-ci Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra görüşlər keçirib.
Türkiyə ilə Gürcüstan arasında ticarət dövriyyəsi 5 milyard dollara çata bilər
Səfər çərçivəsində Türkiyə Prezidenti Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Söhbət zamanı Prezident Rəcəb Tayyib Ərdoğan əsrin fəlakətindən sonra Gürcüstanın Türkiyəyə verdiyi dəstəyə görə bir daha təşəkkür edib və iki ölkə arasında ticarət həcminin 3 milyard dollardan 5 milyard dollara qədər yüksələ biləcəyini deyib.
Orta dəhlizin həyata keçirilməsinin əhəmiyyətindən danışan Türkiyə Prezidenti Bakı-Tbilisi-Qars dəmir yolunun tez bir zamanda daha işlək vəziyyətə gətirilməsinin gözlənildiyini bildirib. Prezident Ərdoğan, həmçinin Gürcüstandakı FETÖ məktəblərinin bağlanmasının və aktivlərinin dondurulmasının önəmini vurğulayıb və Gürcüstan rəhbərliyinin bununla bağlı atdığı addımları təqdir edib.
Ərdoğandan İlon Maska təklif
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda “Tesla” kompaniyasının sahibi İlon Maskla da görüşüb. Prezident Rəcəb Tayyib Ərdoğan Tesla və SpaceX şirkətlərinin qurucusu İlon Maskı Nyu-Yorkdakı Türk Evində qəbul edib. Görüş zamanı Prezident sahibkarı “Tesla” elektromobili istehsal edən yeddinci zavodu Türkiyədə açmağa çağırıb. Türkiyə lideri Ankaranın kosmik proqramı çərçivəsində ölkəsinin SpaceX ilə əməkdaşlığının potensial inkişafını vurğulayıb və İlon Maskı sentyabrın sonunda İzmir şəhərində keçiriləcək texnologiya sərgisində iştiraka dəvət edib.
Rəcəb Tayyib Ərdoğanın İlon Maskı Türkiyənin rəqəmsallaşma konsepsiyası və süni intellekt sahəsində milli strategiya haqqında məlumatlandırdığı da bildirilir. Bu, Türkiyə Prezidenti ilə amerikalı sahibkar arasında ilk görüş deyil. Ötən ilin sonlarında onlar Qətərdə dünya çempionatının final matçı zamanı da görüşmüşdülər.
Ahıska türklərinə Türkiyə vətəndaşlığı verilir
Bundan əlavə, Prezident Ərdoğan Türk Evində Ahıska türklərini qəbul edib. Ərdoğan buradakı çıxışında qəbulun keçirildiyi binanın adından da göründüyü kimi bütün türklərin evi olduğunu bildirib. Türk Evinin qapısının Ahıska türklərinin üzünə hər zaman açıq olduğunu deyən R.T.Ərdoğan, Ahıska türklərinin sürgün yolu ilə dünyanın 9 fərqli ölkəsinə yayıldığını, illərlə çətin şəraitdə yaşadıqlarını, lakin bütün çətinliklərə baxmayaraq, kimliklərini qoruyub saxlamağı, mədəni irslərini gələcək nəsillərə ötürməyi bacardıqlarını bildirib: “Harada olurlarsa olsunlar, Ahıska türklərinin ürəkləri həmişə Türkiyə ilə döyünüb. Türkiyə olaraq hər cür çətinliklərə dözərək yazdığınız uğur hekayələri ilə qürur duyuruq. Yeni və daha böyük uğurlar əlavə etmək üçün üzərimizə düşəni etməyə qərarlıyıq. Biz bu anlayışla Ahıska türklərinin vəziyyətini yaxından izləyirik”.
Prezident Ərdoğan Ahıska türklərinin sülh və rifahını öz vətəndaşlarından ayrı görmədiklərini ifadə edərək, bu sözləri deyib: “Onların illərdir həsrətində olduqları Türkiyə vətəndaşlığını almaları üçün lazımi addımları atırıq və bu prosesi sürətləndiririk. 2022-ci ildən Daxili İşlər Nazirliyimizin dəstəyi və səfirliklərimizin, konsulluqlarımızın töhfələri ilə 820 soydaşımız Türkiyə vətəndaşlığını qəbul edib. İnşallah bir az sonra sizi təmsil edən qardaşlarımıza Türkiyə Cümhuriyyəti vəsiqələri veriləcək. Bunu təqdim edib bu sevinci birlikdə yaşayacağıq. Prosedurları davam edən 578 soydaşımız üçün işlərimizi tez bir zamanda yekunlaşdıracağıq”. Prezident Ərdoğan görüş zamanı bəzi Ahıska türklərinə Türkiyə vətəndaşlığı vəsiqələrini də təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23

