Rusiya XİN Qarabağ ətrafında və Ermənistandakı vəziyyətlə bağlı bəyanatla çıxış edib
25.09.2023 [19:28]
Rəsmi İrəvanın 2020-ci il noyabrın 9-dan sonra erməni hərbi birləşmələrinin Qarabağda qalmasını inadla inkar etməsi sentyabrda yaranan son gərginliyin əsas səbəblərindən biri olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya XİN-in Qarabağ ətrafında və Ermənistandakı vəziyyətlə bağlı bəyanatında bildirilir.
Bəyanatda qeyd olunur ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın sentyabrın 24-də müstəqilliklə bağlı müraciəti “Rusiyanın ünvanına yolverilməz ittihamları ehtiva edir və məsuliyyətdən yayınmaqdan başqa bir şey deyil”. Rusiya XİN hesab edir ki, erməni tərəfi daxili və xarici siyasətdə uğursuzluqlara görə məsuliyyətdən yaxa qurtarmağa və təqsiri Moskvanın üzərinə qoymağa çalışır. Sənəddə deyilir: “Hökumət başçısı mahiyyət etibarilə etiraf etdi ki, bütün bu vaxt ərzində respublikanı şüurlu şəkildə Rusiyadan üz çevirməyə hazırlayıblar. Ermənistanın inkişafının yeni – Qərb vektoruna yönəlmiş addımlara inandırıcı olmayan şəkildə guya Rusiya Federasiyası və KTMT-nin buraxdığı səhvlərlə bəraət qazandırılır. Bu halda unudulur ki, dövlətlərimizin bir çox hallarda təhlükəsizlik və inkişaf məsələlərində oxşar maraqları var, ABŞ və NATO-nun digər ölkələri isə öz qarşılarına təkcə Rusiyaya strateji zərər vurmağı deyil, həm də bizim ortaq Avrasiya məkanında sabitliyi pozmaq məqsədini qoyublar.
Rusiya XİN xüsusi olaraq vurğulayır ki, rəsmi İrəvanın 2020-ci il noyabrın 9-dan sonra erməni hərbi birləşmələrinin Qarabağda qalmasını inadla inkar etməsi sentyabrda yaranan son gərginliyin əsas səbəblərindən biri olub. Bəyanatda deyilir: “RSK-nin vasitəçiliyi ilə sentyabrın 20-də Ermənistanın qalan birləşmələrinin çıxarılması və ağır texnikanın və silah-sursatın təhvil verilməsi ilə “Dağlıq Qarabağ ordusunun” tam tərk-silah edilməsi üzrə əldə olunmuş razılaşma real mənzərəni göstərdi və dayanıqlı de-eskalasiya üçün şərait yaratdı” .
RF-in xarici siyasət idarəsinin bəyanatında qeyd olunub: “Erməni rəhbərliyinin ardıcıl olmayan siyasəti nəticəsində Rusiya və Azərbaycanla ritmik şəkildə işləmək yerinə, Qərbə tərəf üz tutmağa üstünlük verildi, bununla da 2020-2022-ci illərdə yüksək səviyyədə əldə olunmuş üçtərəfli razılaşmalar kompleksinin həyata keçirilməsi dayandı. Sülh sazişinin razılaşdırılması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması üzrə ciddi irəliləyiş əldə edilməsinin mümkün olduğu qiymətli vaxt itirildi ki, bunlar da Ermənistan üçün təhlükəsizliyin təmin edilməsində əlavə faktorlar ola bilərdi”.
Rusiya XİN bildirir ki, Moskva atəşkəs rejiminə əməl edilməsi üzrə əlverişli şəraitin yaradılması, humanitar vəziyyətin yaxşılaşması, Bakı ilə Xankəndi arasında dayanıqlı dialoqun aparılmasından söhbət gedərkən, rəsmi İrəvanın Qarabağdakı “mühüm problemlərin həllinə kömək edilməsi üzrə ciddi marağını” müşahidə etmir.
Nazirlikdə, həmçinin Moskvanın son günlər İrəvanda keçirilən mitinqlərə aidiyyəti olduğunu inkar edir.
Bəyanatda vurğulanıb: “Əminik ki, İrəvandakı rəhbərlik Ermənistanla Rusiya arasında çoxsahəli və çoxəsrlik əlaqələri şüurlu şəkildə pozmağa cəhd edərək ciddi səhvə yol verir və ölkəni Qərbin geosiyasi oyunlarının girovuna çevirir. Əminliklə bildiririk ki, erməni əhalinin əksəriyyəti bunu başa düşür”.
Xəbər lenti
Hamısına baxDünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25

