/ / Azərbaycan-İran əlaqələrinin hazırki durumu və yeni mərhələyə qədəm qoyması üçün atılacaq addımlar müzakirə olunub
Azərbaycan-İran əlaqələrinin hazırki durumu və yeni mərhələyə qədəm qoyması üçün atılacaq addımlar müzakirə olunub
05.10.2023 [16:06]
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov oktyabrın 4-də İran İslam Respublikasına səfəri çərçivəsində İran Prezidenti Seyid İbrahim Rəisi, Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi Əli Əkbər Əhmədian və xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşlər keçirib.
AZƏRTAC xəbər verir ki, görüşlərdə Azərbaycan-İran münasibətlərinin hazırki durumu, həyata keçirilən təmaslar və ikitərəfli əlaqələrin danışıqlar nəticəsində irəli aparılması və yeni mərhələyə keçməsi üçün zəruri olan birgə qarşılıqlı addımların atılması, müvafiq tədbirlərin keçirilməsi müzakirə olunub.
Həmçinin cari il yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edən terrorçunun məhkəmə tərəfindən ən ağır cəzaya məhkum olunması kontekstində ölkəmizin səfirliyinin fəaliyyətinin bərpası məsələsi müzakirə edilib.
Görüşlərdə, eyni zamanda, ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə xidmət edən vacib nəqliyyat-kommunikasiya, iqtisadi, eləcə də enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb. Bu layihələrin həyata keçirilməsi ilə bağlı hər iki ölkənin müvafiq qurumlarının sıx əməkdaşlığı təqdir olunub. Bu baxımdan ölkələrimizi birləşdirən Şimal-Cənub Nəqliyyat Dəhlizi, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında İran ərazisi vasitəsilə yeni kommunikasiya bağlantılarının yaradılması üçün layihələrin həyata keçirilməsi, energetika layihələri, xüsusilə “Xudafərin” və “Qız Qalası” su bəndlərinin istifadəyə verilməsini təmin edən tədbirlərin icrası, habelə Araz çayı üzərində digər enerji layihələri hər iki tərəfdən dəstəklənib.
Müzakirələrdə regional məsələlərə xüsusi diqqət yetirilib. Azərbaycan rəsmisi Ermənistanın və Qarabağ bölgəsindəki separatçı qüvvələrin siyasi və hərbi təxribatlarına son qoymaq, Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsini qanunsuz silahlı birləşmələrdən təmizləmək, mülki şəxslərə qarşı təhdidlərə son qoymaq, regionda sülh və əmin-amanlığı bərpa etmək məqsədi daşıyan lokal xarakterli antiterror tədbirləri barədə ətraflı məlumat verib. Bununla yanaşı, İran tərəfi erməni sakinlərin Qarabağ ərazisində sülh və əmin-amanlıq içində yaşamasını təmin edən Azərbaycan Konstitusiyası və qanunları əsasında reinteqrasiya prosesi barədə mərkəzi icra hakimiyyəti orqanlarının həyata keçirdiyi genişmiqyaslı tədbirlər barədə məlumatlandırılıb. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması və münasibətlərin normallaşdırılmasının regionda təhlükəsizlik və sabitlik üçün mühüm rol oynadığı və bu istiqamətdə region ölkələrinin səylərinin birləşdirməsinin vacib olduğu bildirilib.
Çoxşaxəli Azərbaycan-İran münasibətləri, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlığın öz növbəsində regionda əmin-amanlıq, etimad və inkişaf məqsədlərinə xidmət etdiyi qeyd olunub.
Görüşlərdə, İran tərəfindən bu ölkənin Azərbaycan Respublikası ilə bütün sahələrdə əlaqələri genişləndirmək və inkişaf etdirmək iradəsində olduğu bildirilib.
Xəbər lenti
Hamısına baxDünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17

