ABŞ Konqresinə etiraz edən yəhudilər...
21.10.2023 [12:30]
N.BAYRAMLI
ABŞ-da Yaxın Şərqdə baş verən gərginliyə, günahsız insanların ölümünə etiraz edən aksiya iştirakçılarının bir hissəsi bu günlərdə Konqres binasına daxil olub. ABŞ Konqresinin binasındakı etiraz aksiyasının təşəbbüskarlarından biri olan Sülh Naminə Yəhudi Səsi təşkilatı nümayişlərdə 10 min insanın iştirak etdiyini bildirib. Xarici medianın yaydığı məlumatlarda yüzlərlə etirazçının binaya daxil olduğu deyilir. Nümayişçilər Konqresi İsraillə HƏMAS arasında atəşkəs üçün tədbirlər görməyə çağırıb və ABŞ hakimiyyətindən narazılıqlarını ifadə ediblər. Qeyd edək ki, etirazçılardan saxlanılanlar var. Üç nəfər polis əməkdaşına hücum etməkdə şübhəli bilinir.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Yaxın Şərqdə baş verən proseslər birmənalı şəkildə qarşılanmır və hadisələrlə bağlı dünya ölkələrinin vahid rəyi yoxdur. Bəzi ölkələr açıq şəkildə Fələstin xalqını və onların dövlətinin yaradılmasını dəstəkləyir, bəziləri HƏMAS-a nifrət bəsləyərək İsrailin hərbi əməliyyatlarına haqq qazandırırlar. Lakin məlumdur ki, Qəzzada xəstəxananın bombalanması nəticəsində yüzlərlə mülki şəxsin həlak olması İsrail haqqında da mənfi imic formalaşdırıb. Eyni zamanda, etiraz əlaməti olaraq ABŞ Konqresinə daxil olan və Fələstini dəstəkləyən yəhudilərin olması da onu deməyə əsas verir ki, yəhudilərin arasında da qlobal imperializmi qəbul etməyən, bu siyasətdən narazı olan, eləcə də Yaxın Şərqdə qan tökülməsini istəməyən şəxslər var. Onun sözlərinə görə, biz böyük güclərin dünyanın müxtəlif bölgələrində münaqişələr yaratmasını, müxtəlif geopolitik layihələrə tərəfdar çıxmasını, eyni zamanda əməkdaşlıq istiqamətində qurulan layihələri boykot etməsi hallarını müşahidə edirik. Belə çirkin oyunlara etiraz edən yəhudilər də haqq səslərini ucaldırlar, keçirilən nümayişlərdə fəallıq göstərirlər.
Politoloq qeyd edib ki, Yaxın Şərqdə bu gün baş verən prosesləri öz regionumuzda baş verən hadisələrlə, eləcə də Rusiya-Ukrayna problemi kontekstindən də müqayisə etmək olar: “Qarşımıza çıxan mənzərə ondan ibarətdir ki, bəzi güclər münaqişələrin həlli yönündə addımlar atmır, əksinə onu dondurur, gələcəkdə öz maraqları üçün bu münaqişələrdən istifadə edirlər. Bütün bunları özlərinin siyasi, iqtisadi, geopolitik maraqları naminə bunu edirlər. Azərbaycan 30 il ərzində Ermənistanın işğalına məruz qalanda böyük güclər ədalətli mövqe nümayiş etdirmədilər. Nəticədə dövlətimiz öz gücünə torpaqları işğaldan azad etdi. Biz həm də onu görürük ki, müəyyən beynəlxalq dairələr Rusiya-Ukrayna münaqişəsinin həllini istəmir. Bu güclər xalqların sülh və sabitlik şəraitində yaşamaları üçün problem yaratmaqla məşğuldurlar”.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25

