Qarabağa və Şərqi Zəngəzura uzun illərdən sonra həyat qayıdıb
21.10.2023 [11:35]
Günel Abbas
“Bu günlərdə xalqımız tarixi hadisələrə şahidlik etməyə davam edir. Oktyabrın 15-də Prezident İlham Əliyev tərəfindən Xankəndi şəhərində Azərbaycan bayrağının ucaldılması suverenliyimizin bərpa edilməsinin mühüm rəmzidir. Uzun illər düşmən işğalında qalmış tarixi torpaqlarımız Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan ordusu tərəfindən işğaldan azad edilib. Ərazi bütövlüyümüz bərpa olunub, suverenliyimiz təmin edilib.”
Bu barədə yeniazerbaycan.com-a açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.
20 oktyabr tarixini bizim üçün əlamətdar edən tarixi hadisə, bu günün Zəngilan şəhərinin düşmən işğalından azad olunduğu gün olmasıdır, deyə o, qeyd edib. “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuz Zəngilan şəhərini işğaldan azad etmişdir. Hamımız yaxşı bilirik ki, ermənilər işğal altında saxladığı ərazilərimizi viran qoymuşlar, bütün bina və tikililəri məhv etmişlər. Təəssüf ki, belə vandallıq aktlarından ən çox ziyan çəkmiş rayonlarımızdan biri də Zəngilan olmuşdur.
Ermənistan bu 30 il ərzində yalnız evləri dağıtmaqla, infrastrukturu sıradan çıxarmaqla kifayətlənməmiş, dini və tarixi abidələri tam məhv etmişdir. Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra dövlət başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı abadlıq və quruculuq işlərinə başlanmışdır. Bu gün 3 ildən də qısa müddətdə, işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi Zəngilana da həyat qayıdıb.
Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi ağıllı kənd konsepsiyasının reallaşmasının bariz təzahürüdür. 30 il doğma yurd həsrəti çəkmiş zəngilanlılar artıq evlərinə qayıdırlar, Böyük Qayıdış Proqramı uğurla icra edilir. Sevindirici haldır ki, işğaldan azad edilmiş ərazilərdə tikilən 3 Beynəlxalq Hava limanından biri də məhz Zəngilanda yerləşir. Vaxtilə viran edilmiş Zəngilan planlı surətdə yenidən qurulmaqdadır və bərpa olunduğu bir zamanda artıq Beynəlxalq Şəhərsalma Forumuna ev sahibliyi edir. İşğaldan azad edilmiş digər ərazilərimizlə birlikdə Zəngilanda da müasir infrastruktur qurulur, insanların rahat yaşaması üçün məktəb, bağça, xəstəxanalar tikilir.”
A. Əliyev həmçinin bildirib ki, keçmiş məcburi köçkünlərin evlərinə qayıtdıqdan sonrakı məşğulluq məsələləri də dövlətimizin diqqət mərkəzindədir. “Onların işlə təmin edilməsi, sahibkarlığa verilən dəstəkdə əsas məqsəd dayanıqlı inkişafa nail olmaqdır. Artıq ölkəmizdə yeni inkişaf mərhələsi başlayıb, Qarabağa və Şərqi Zəngəzura uzun illərdən sonra həyat qayıdıb.”
Xəbər lenti
Hamısına baxSosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30

