Haqlı tələb
25.10.2023 [15:00]
Günel Abbas
Qərbi Azərbaycan icmasının fəaliyyətinin əsas istiqaməti ötən 100 ildə indi Ermənistan ərazisi adlanan qədim Azərbaycan torpaqlarında yaşamış yerli əhali olan azərbaycanlıların ata-baba yurdlarına dönmək imkanlarının əldə olunması, onların hüquqlarının bərpa olunması, indiki Ermənistanda qalmış müqəddəs yerlərimizin, məzarlıqlarımızın, tarixi abidələrimizin qorunmasının vacibliyinin dünyaya çatdırılmasıdır.
Bu barədə Milli Məclisin üzvü Musa Quliyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib.
“Digər məqsədlərdən biri Ermənistanın keçmiş rəhbərliyi tərəfindən xalqımıza qarşı törədilmiş etnik təmizləmə siyasətini dünya ictimaiyyətinə çatdırmaqla ədalətin bərpa olunmasına nail olmaqdır. Ötən il dekabrın 24-də Prezident İlham Əliyev öz ad günündə Qərbi Azərbaycan icmasının üzvləri ilə görüşdə konseptual xarakterli çıxış etdi və bildirdi ki, hər bir insanın doğulduğu, böyüdüyü, soy köklərinin mənsub olduğu ölkədə, şəhərdə, kənddə yaşamaq hüququ var.
Bu, insanların fundamental, beynəlxalq hüquq tərəfindən tanınmış əsas hüquqlarından biridir. Buna görə də bizim məqsədimiz heç də başqa iddialar deyil, sülh yolu ilə, əməkdaşlıq yolu ilə oraya dönmək və bizim soydaşlarımızın orada yaşamaq və yaxud da ki, oraya gedib-gəlmək imkanlarını əldə etməkdir. Qərbi Azərbaycan İcması dünya ictimaiyyətinə, BMT də daxil olmaqla beynəlxalq təşkilatlara müraciətlərində qeyd edib ki, oradan deportasiya olunmuş insanlar və onların övladları ata-baba yurdlarına dönmək imkanı əldə etməlidirlər. Eyni zamanda Qərbi Azərbaycan icması Ermənistan hökumətinə, baş nazir Paşinyana məktubla müraciət edərək oraya qayıtmaq, yaşamaq hüquqlarının təmin edilməsini tələb edib”, - deyə deputat bildirib.
Onun sözlərinə görə, bütün tarixi faktlar da göstərir ki, indiki Ermənistan dövləti vaxtilə Azərbaycan türklərinin yaşadığı torpaqlarda yaradılıb: “Azərbaycan Prezidenti çıxışlarında dəfələrlə qeyd edib ki, bizim heç bir dövlətə, o cümlədən Ermənistana qarşı ərazi iddialarımız yoxdur. 44 günlük müharibədən sonra Ermənistan rəhbərliyi Azərbaycanın guya ərazi iddiaları olduğu barədə absurd fikirlər səslənib. Bizim Ermənistana heç bir ərazi iddiamız yoxdur. Qərbi Azərbaycan İcmasının da tələbi beynəlxalq hüquq normalarında təsbit olunmuş fundamental insan haqlarının həyata keçməsi, insanın doğulub öldüyü vətənə getmək, oranı ziyarət etmək, oranı görmək istəyirsə, şərait yaradılarsa, orada yaşamaq hüququnun bərpa edilməsidir”.
Deputat həmçinin qeyd edib ki, indi bir çox Qərb ölkələri tərəfindən Qarabağdan köçüb getmiş ermənilərin guya ki, etnik təmizləməyə məruz qalması barədə absurd iddialar ortaya atılır. “Amma 1988-1990-cı illərdə bizim oradakı azərbaycanlılara qarşı nə qədər vəhşiliklər törətdilər. Mən özüm o vəhşiliklərin şahidiyəm - ailəmizə, qohumlarımıza, yaxından tanıdığımız insanlara nə qədər faciələr yaşadıldı, zorla evlərindən qovuldular.
Bu gün Qərbi Azərbaycan İcması haqll olaraq öz ata-baba yurdlarından qovulmuş insanların hüquqlarının təmin olunmasını tələb edir”.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

