Dostluq əlaqələri davamlı olacaq
27.10.2023 [11:35]
Günel ABBAS
“Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Əlbəttə ki, bu hər iki dövlətin və xalqların milli maraqlarına və gələcək perspektivlərə xidmət edir. Bu günlərdə Birləşmiş Ərəb Əmirlikləri hökumətinin dörd nazirinin və qardaş ölkədən böyük nümayəndə heyətinin iştirakı ilə 230 MVT gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılışı bunu deməyə əsas verir”.
Bu fikirləri yeniazerbaycan.com-a açıqlamasında Milli Məclisin üzvü Tahir Rzayev bildirib.
Deputat qeyd edib ki, bu stansiya Xəzər rayonunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır: “262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilən stansiyada hər il 500 milyon kilovat - saat elektrik enerjisi istehsal ediləcək. Bu, 110 milyon kubmetr həcmində qaza qənaət olunması deməkdir. Azərbaycan Prezidenti İlham Əliyev stansiyanın rəsmi açılış mərasimindəki çıxışında iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə böyük önəm verdiyini qeyd etməklə münasibətlərin bundan sonra daha yaxşılaşacağına əmin olduğunu bildirdi.
Günəş elektrik stansiyasının böyük əhəmiyyətə malik olduğunun diqqətə çatdıran ölkəmizin rəhbəri bunun son olmadığını bildirərək dedi: “Əminik ki, daha çox layihələr olacaq. Faktiki olaraq bu gün - bir qədər sonra bir çox qısa zamanda 1 qiqavat bərpa olunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanması mərasiminin şahidi olacağıq. Ona görə də bugünkü tədbiri Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsi hesab edirik”. Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimin keçirilməsini tarixi hadisə kimi qiymətləndirən ölkə rəhbəri ikitərəfli münasibətlərin bir çox digər sahələri də əhatə edəcəyini qeyd etməklə dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da sağlam təməl üzərində möhkəmlənəcəyinə ümidvar olduğunu vurğulayıb. Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında imzalanmış sənədlər deyilənlərin əyani nümunəsidir və gələcək uğurlu əlaqələrə bir zəmanətdir”.
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52

