Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Heydər Əliyev və Azərbaycan TeleRadiosu

Heydər Əliyev və Azərbaycan TeleRadiosu

03.11.2023 [10:06]

Bir tərəfdən qloballaşan transsərhəd prosesləri, digər tərəfdən iqtisadiyyat, siyasət və mədəniyyət sahəsində dərin tarixi köklərə malik müasir media bazarının reallıqları, digər tərəfdən müasir televiziyanın inkişaf vektorunu müəyyənləşdirən əsas amillər televiziyalar üçün hansı istiqamətlərin prioritet olduğunu zəruri edir.  

Bu zərurəti şərtləndirən faktor özünün 67 illik tarixi müddətində Azərbaycan cəmiyyəti ilə birgə yol gələn, auditoriyası ildən-ilə genişlənən, sosial təfəkkürdə  “ailə televiziyası”, yaxud “ailə radiosu” kimi yuva quran Azərbaycan Televiziya və Radiosunun yaranmasının ildönümü ərəfəsində olmağımızdır. Ötən illər ərzində maddi-texniki bazasının hansı vəziyyətdə olmasından asılı olmayaraq, sözün birbaşa mənasında, fədakar əməkləri və yaradıcılıq ehtirasları sayəsində milli televiziya və radiomuzu yaradan insanlarımızı ehtiramla xatırlayırıq. Məhz o insanların yüksək peşəkarlığı, xalqa bağlılığı sayəsində minlərlə televiziya və radio mütəxəssisilər - jurnalistlər, rejissorlar, operatorlar, montajçılar yetişdirmiş, zəngin audio-video materialları fondu yaranmışdır. Müstəqil Azərbaycan dövlətçiliyinin bərpasına ilkin ümidlər gerçəkləşməyə başlayan ərəfələrdə Azərbaycan Televiziyası və Radiosu, sözün müstəqim mənasında, tribuna, onların vətən və xalq sevgisi ilə çalışan əməkdaşları isə tribunlara çevrildilər. Ötən əsrin 80-ci illərinin sonlarında hadisələrin episentrinə döndüyü üçün idi ki, 1990-cı il yanvar ayının 19-da Azərbaycan Televiziyasının enerji bloku partladılsa da, Azərbaycan Radiosu, gözlənilənlərin əksinə olaraq, ölkəmizdə informasiya vakkumunun yaranmasına imkan vermədi.

Bütün bunlardan əlavə, Azərbaycan Televiziyası, xüsusilə efir imkanlarının genişliyi baxımından, Azərbaycan Radiosu Azərbaycan ədəbi dilinin ancaq populyarlaşmasına deyil, həmçinin onun lüğət tərkibinin genişlənməsinə öz əvəzsiz töhvələrini verə bildi və bu gün də bu sahədə öz ənənəsinə sadiqliyini qoruyub saxlayır.

Azərbaycançılıq institutunun ilkin yaranışı vaxtlarında, ötən əsrin 70-ci illərindən başlayaraq, bu istiqamətdə fəaliyyəti ardıcıllığına görə seçilən Azərbaycan Televiziya və Radiosu əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin başlıca ruporuna çevrildi. “Böyük dövlət xadimlərinin fəaliyyətinin izi xalqın həyatının bütün sahələrində özünü göstərir”- deyimini xatırlatmaqla onu qeyd edək ki, vurğulanan illər Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dönəm idi. Ovaxtkı Azərbaycanın ictimai–siyasi və mədəni həyatında yeni texniki vasitələrlə daxil olan Azərbaycan Televiziyası təkcə Azərbaycan xalqını keçmiş şərəfli tarixinin ən parlaq səhifələrinin təbliği ilə məşğul olmur, həm də milli–mənəvi dəyərlərimizin yetişən gəncliyin şüurunda həkk olunması üçün başlıca missiyanı yerinə yetirirdi. Bu, ölkənin Birinci şəxsinin baxışları ilə birbaşa bağlı olan məsələdir və onun vacibliyini nəzərdə tutan Ulu Öndərimiz Televiziyanın fəaliyyətinə xüsusi önəm verir, bunun üçün ilk növbədə, onun maddi-texniki bazasının möhkəmlənməsi, nəticə olaraq, yayım arealının genişləndirilməsi üçün hər cür siyasi dəstək göstərirdi.Buna görə idi ki, 1985-ci ildə Azərbaycan Televiziyası texniki təchizatına, film istehsalı və müxtəlif proqramlarla Mərkəzi Televiziyadakı çıxışlarına görə SSRİ-də 4-cü yerə çıxması heç kimi təəccübləndirmirdi.

Ermənistanın 30 ildən çox bir müddətdə Azərbaycanın ərazilərini işğalda saxlaması, onun 1 milyondan artıq vətəndaşının məcburi köçkünə çevrilməsini ancaq ölkə ictimaiyyəti deyil, ildən-ilə genişlənən yayım arealındakı tamaşaçılar üçün aktuallığını saxlayan da məhz, Azərbaycan Televiziya və Radiosu olub.

Ulu Öndərimiz ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə gəldiyi illərdə Azərbaycançılıq ideologiyasının heç vaxt olmadığı kimi, başlıca gündəm məsələyə çevrilməsi gənc və kövrək dövlətçiliyimizin ağır sınaq anlarından çıxmasını, insanlarımızda gələcəyə inam hissinin saxlanılması əsas vəzifələrdən biri idi və bu vəzifənin yerinə yetirilməsində Azərbaycan Televiziyası və Radiosu əsas rollardan birini oynadı. Bu amili nəzərdə tutan Ümummilli Liderimiz Televiziyamızın xalqımızın həyatında oynadığı rolunu nəzərdə tutaraq deyirdi: “Azərbaycan Televiziyası xalqımızın milli sərvətidir!”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi hakimiyyətə gəldiyi ilk vaxtlarda onun qayğısı və şəxsi hamiliyi ilə yeni inkişaf mərhələsi keçən qurumlardan biri də "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC oldu. Televiziyanın bazasında 2009-cu il fevral ayının 1-də yaradılan "İdman",  2011-ci il fevral ayının 14-də təsis olunan "Mədəniyyət" telekanallarının fəaliyyətinin, xüsusilə, son illərdə Azərbaycan Televiziyasında aparılan islahatların nəticəsidir ki, onun efirində təqdim edilən, müxtəlif formatlarda və aktual mövzularda hazırlanan proqramlar tamaşaçıların maraq və etdimadla qarşıladıqları verilişlərə çevrilib. Bu sırada İctimai-siyasi proqramlar Studiyasının hazırladığı, ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda baş verən aktual, ictimai-siyasi hadisələrin təhlil olunduğu "Həftə" proqramı, ölkədə baş verən diqqətçəkən məsələlər üzərində qurulan "Əsas məsələ" tok-şousu, aparıcıların qonaqlarla birlikdə baş verən hadisənin canlı olaraq müzakirə olunduğu "Hədəf" verilışi və digərləri ancaq informativ deyil, həm də maarifçilik yükü olan proqramlarındandır. “Telesəhər”, “Obyektiv”, “Sözümüz imzamızdır”, “Döyüşçü”,  “Peşəkarlar”, “Günə davam”, “Görüş yeri”, “Xalqın adamı”, “Ekoetika”, “Əslində biz”, “Əsrin adamı”, “Sözün düzü”, “Çol adamı”, “Oralar”, “Kinoman”, “Texno xəbər”, “ 1 AZTV”, “Üçbucaq”, “2 x 2”, “Atlan”, “Məhşər” və digər biri birindən daha baxımlı olan verilişləri, həmçinin yerli və xarici filmləri qeyd etmək yerine düşər.

"AZTV XƏBƏR" informasiya proqramının hər gün 7 dəfə  azərbaycan, 1 dəfə rus və 1 dəfə ingilis dillərində efirə gedən buraxılışları ancaq ölkə daxilində deyil, həmçinin ölkə xarcində də stabil auditoriyası olması informasiyanın operativ və peşəkarlıqla çatdırılması siyasətinin reallıqlarındandır.

Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm zəfəri ilə başa çatan 44 günlük Vətən Müharibəsində Azərbaycan Televiziyası və Radiosu Müzəffər Ali Komandan, Prezident cənab İlham Əliyevin “Dəmir Yumruğu” ətrafında birləşən xalqımızın və sərhədlərimizdən kənarda yaşayan milyonlarla tamaşaçının əsas informasiya mənbəyinə çevrildi.

Bunlarla bərabər, Azərbaycan Televiziyası media sektorunda yaranan tendensiyaları qorumaqla, onları konkret sosial-mədəni reallıqlar prizmasında əks etdirir.

Nə cür əks olunmasından asılı olmayaraq, televiziya və radionun mövcud media resursları arasında dominatlığı, onun öz əhatə dairəsindəki tamaşaçı və dinləyici auditoriyasının əsas informasiya mənbəyinə çevrilməsi inkarolunmazdır. Əlbəttə, bu üstünlük, formasından asılı olmayaraq media mühitində rəqabətin aradan qaldırılması deyil.

Nəzərə alsaq ki, bu şərtin özü belə, bəzən ekspertlər səviyyəsində mübahisə doğurur və onların başlıca arqumentləri internet məkanının genişliyi ilə izah olunur. Xatırlatmaq istərdik ki, bu fakta söykənənlər yeni çağırışlara əməli işlərlə cavab verən televiziyaların mütəhərrikliyini unudurlar. Son illərdə cəmiyyətimizin ancaq etibarlı informasiya mənbəyinə deyil, həm də maarifçilik və əyləncə məkanına çevrilən Azərbaycan Televiziya və Radiosu daxili istehsalat prosesində məhz bu məqamları prioritet istiqamətə çevirdiyindəndir ki, hər iki efir məkanı milyonlarla stabil tamaşaçı auditoriyası toplaya bilib.

Azərbaycan Televiziyasında müasir telekanalların proqramlaşdırılması prinsiplərinin dəyişdirilməsi, dominantlıq yayım şəbəkəsinin strukturlaşdırılmasında reytinq yanaşması siyasətində media bazarına əsaslı təsir edən tendensiyaların dəyişməsinin qaçılmazlığı qəbul edilir. O dəyişilkliklərdən yayınmaq intuitiv olaraq ortaya çıxan gerçəklik effektini saxlayır, mövcudluq qanunlarına tabeçilik ənənələrinin qorunub saxlanmasında müəyyən sağlam mühafizəkar baxışları qoruyur.

Xatırlatmalarımız nə zamandan bəri rəqəmsal istehsalata keçən Azərbaycan Televiziyasının inkişaf yolunun mənzərəsini canlandırmaqla televiziyalarımızın bugünkü aktual suallar qarşısına qəfil çıxmadığını göstərməkdir.

İlk əvvəl xatırladaq ki, Azərbaycan Televiziya və Radiosu keçdiyi 67 illik yolda qazanılan zəngin təcrübəsi ilə yaratdığı, milli dəyərlər, dövlətçilik təfəkkürü əsasında yaradılmış məktəbə çevrilib və bu gün də ölkənin televizya məkanında aparıcı rolunu saxlamaqdadır. İstər özünün maddi-texniki bazasının zənginliyi, istərsə də uzun illərdən bəri formalaşan ən yaxşı ənənələr əsasında yetişən peşəkar yaradıcı heyəti ilə Azərbaycan Televizyası rəngarəng mövzuları, təqdimat formaları ilə seçilən, teleməkanda öz aditoriyasını qazanan, gizlətmədiyi iddiaları ilə inkişaf yolunda yeni addımlar atan, gündən-günə mövqelərini möhkəmləndirməkdə olan quruma çevrilməkdədir.

Bunlarla bərabər, Azərbaycan Televiziyasının yayım siyasətini müəyyənləşdirən şəxslər “Bu gün qazanılan istənilən uğurlarla kifayətlənmək gələcək tənəzzülün başlanğıcıdır”- gerçəkliyini yaddan çıxartmırlar. O amili də unutmamaq gərəkdir ki, az qala, bütün televiziya proseslərinin internetləşdiyi indiki dövrdə televiziya və internet texnologiyalarının bir çox sahələrdə - həm televiziya məzmununun yaradılması sahəsində, həm də tamaşaçıya çatdırılmasında bir-birinə nüfuz etməsi üçün xüsusi şərait yaradılır. Azərbaycan telekanallarının internet yayımının eksperimental mərhələdən keçməklə çox vacib kütləvi informasiya vasitələri seqmenti kimi meydana çıxması buna görədir ki, adi qarşılanır. Eyni zamanda, hər bir telekanal internet yayımının həyata keçirilməsinin xüsusi səbəblərini görməklə yanaşı, onun inkişafı üçün bir çox motivlər yaradır. Güman etmək lazımdır ki, yaxın gələcəkdə genişzolaqlı internet texnologiyalarının inkişafı qlobal şəbəkənin yayım keyfiyyəti ilə alternativ kanallar arasındakı sərhədləri siləcək. Bu, şübhəsiz ki, televiziya yayımının yeni inkişaf səviyyəsinə gətirib çıxaracaq və ona yeni perspektivlər verəcəkdir.

Media diskursunun diqqətəlayiq mövzularından birinə çevrilmiş konvergensiya indi müxtəlif kontekstlərdə - sənaye hadisəsi kimi, təşkilati və idarəetmə qərarlarının məcmusu kimi, jurnalist fəaliyyətinin yeni xüsusiyyəti, yeni medianın yaranması üçün ilkin şərt kimi nəzərdən keçirilir. Azərbaycan Televiziya və Radiosunda bu prinsip prioritet istiqamət elan edilib: “İnformasiya şəbəkənin inkişafı dəyişdikcə, məlumatın yenilənmə tezliyi, yayılma sahəsi, informasiyanın diqqət mərkəzində olan sahələr və məzmun müxtəlifliyi qorunmalıdır”.

Elməddin Quliyev,

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin məsul işçisi

Paylaş:
Baxılıb: 192 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Havada qaz qoxusu var

06 Dekabr 13:44

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sevilən sənətkar

06 Dekabr 11:49

Xəbər lenti

Xəbər lenti

Siyasət

İqtisadiyyat

Gündəm

O`Braynın səfəri...

06 Dekabr 10:40  

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31