Tariximizin parlaq siması...
07.12.2023 [11:30]
Fətəli Xan Xoyskinin anadan olmasından 148 il ötür
Yeganə BAYRAMOVA
Milli istiqlal ideyaları ilə yaşayıb-yaradan ziyalılar xalqın döyünən qəlbi, düşünən beyni, milli yaddaşın, milli ruhun daşıyıcısı kimi tarixi funksiyanı həmişə ləyaqətlə yerinə yetiriblər. Xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun yaradılmasında böyük xidmətlər göstərmiş şəxsiyyətlərdən biri də istiqlal mücadiləmizin parlaq siması Fətəli Xan Xoyskidir. Bu gün görkəmli ictimai-siyasi xadimin anadan olmasından 148 il ötür...
Hər şeydən əvvəl xalq üçün çalışmaq, milli müstəqilliyin, dövlətçiliyin qurulmasına xidmət etmək, millətin gələcək inkişafı naminə yorulmadan, əzmlə fəaliyyət göstərmək görkəmli şəxsiyyətin həyat amalına, məqsədinə çevrilmişdi. Bu amal, qayə isə öz növbəsində onun mənəvi dünyasından, vətən eşqindən qaynaqlanırdı. Təkcə türk xalqları içərisində deyil, ümumən müsəlman dünyasında ilk demokratik, parlamentli respublika - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) məhək daşını qoyanlardan biri, milli hökumətin ilk qurucusu Fətəli Xan Xoyskinin çətin, keşməkeşli, lakin şərəfli həyatı, xalqın milli istiqlal mübarizəsinə həsr edilmiş bütöv ömür yolu tariximizin şanlı səhifəsini təşkil edir.
Hələ tələbəlik illərində gənclər hərəkatına qoşulan Xoyski çar Rusiyasının xalqlar arasında apardığı ikili siyasətin, ayrı-seçkiliyin şahidi olur. Bu ədalətsizlik, siyasi diskriminasiya sonralar onun milli istiqlal amalının, mücadiləsinin rüşeyminə çevrilir. O, Moskva Universitetini təkcə hüquqşünas kimi deyil, eyni zamanda dünyagörüşlü bir siyasətçı kimi başa vurur.
Fətəli xan Xoyskinin bioqrafiyasında 2-ci Dövlət Dumasının deputatı kimi fəaliyyəti xüsusi mərhələ təşkil edir. Rusiya parlamentinin iclaslarında siyasi və iqtisadi tələblərlə çıxış edən cəsarətli millət vəkili çar hökumətinin Zaqafqaziyada, o cümlədən Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini kəskin tənqid edir, hökumətdən Rusiyanın müstəmləkəsindəki xalqlara milli-mədəni muxtariyyət verilməsini tələb edirdi. Torpaqların kəndlilərə paylanması, müsəlmanların azad və hüquq bərabərliyi haqlarının tanınması, onların dilinə və dininə hörmət, 8 saatlıq iş gününə keçilməsi, cümə gününün müsəlman fəhlələri üçün istirahət günü elan edilməsi və s. məsələlər də Fətəli xan Xoyskinin toxunduğu problemlər sırasında idi.
Fətəli xan Xoyski şərəfli həyatı, ictimai-siyasi fəaliyyəti, milli-istiqlal mücadiləsi ilə Azərbaycan xalqının taleyinin bir parçası, məhz bu gün də qürurla xatırladığımız tarixi şəxsiyyətlərdəndir. Onun milli dövlət quruculuğu və müstəqilliyimizin qorunması istiqamətində diplomatik səyləri, gərgin mübarizəsi, hökumət idarəçiliyi sahəsindəki təcrübəsi, dövlətçilik konsepsiyası bu gün və hər zaman Azərbaycan tarixinin parlaq səhifələri olaraq yad ediləcək.
Xəbər lenti
Hamısına baxGündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20

