/ / Azərbaycan terrorçuluqla mübarizədə əlaqə məntəqəsini Ermənistanla münasibətlər normallaşandan sonra yaradacaq
Azərbaycan terrorçuluqla mübarizədə əlaqə məntəqəsini Ermənistanla münasibətlər normallaşandan sonra yaradacaq
30.12.2023 [11:54]
Azərbaycan qonşu Ermənistanla terrorçuluqla mübarizədə əlaqə məntəqəsini ancaq münasibətlər normallaşandan sonra yaradacaq. Ölkəmiz bu barədə Avropa Şurasının Baş katibliyinə bəyanat ünvanlayıb. Əlaqə məntəqəsi qismində Dövlət Təhlükəsizlik Xidməti təyin olunur.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin 2023-cü ilin payız sessiyasında sonuncu plenar iclasının gündəliyində müzakirəyə çıxarılan “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi ilə bağlı qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən terrorçuluqla mübarizə sahəsində ictimai təxribat, təlimin təmin olunması və terrorçuluğa cəlb edilməsinə görə məsuliyyətin əhatə dairəsi genişləndirilir.
Əlavə Protokol vasitəsilə bu Konvensiyaya "Terror aktları nəticəsində beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər” haqqında BMT Təhlükəsizlik Şurasının 2178 saylı (2014) qətnaməsi nəzərə alınmaqla, xarici terrorçu döyüşçülərin münaqişə zonalarına axınının qarşısını almaq və cilovlamaq məqsədi daşıyan tədbirlərin həyata keçirilməsinə yönəlmiş bir sıra müddəalar əlavə edilir.
Əlavə Protokola əsasən, terrorçuluq məqsədilə ölkə xaricinə səfər edən şəxslər haqqında mövcud məlumat mübadiləsinin vaxtında və sürətli təmin edilməsi üçün tərəflər 7/24 fəaliyyət göstərən əlaqə məntəqəsi təyin edirlər.
Azərbaycan Respublikasına münasibətdə, Əlavə Protokolun 7-ci maddəsinə müvafiq olaraq, əlaqə məntəqəsi qismində Dövlət Təhlükəsizlik Xidməti təyin olunur. Avropa Şurası Baş katibliyinə ünvanlanmış bəyanatda dövlətimiz tərəfindən təyin olunmuş əlaqə məntəqəsinin əlaqə məlumatları qeyd edilir. Bəyanatda, həmçinin Əlavə Protokolun müddəalarının Ermənistan Respublikası ilə münaqişənin nəticələri tamamilə aradan qaldırılana və hər iki dövlət arasında münasibətlər normallaşana qədər Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcəyi bildirilib.
Qeyd edək ki, Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol 2015-ci il oktyabrın 22-də Riqa şəhərində imzalanıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09

