Media subyektlərinin seçkilərdə fəaliyyətinin əsasları mövzusunda müşavirə keçirilib
11.01.2024 [13:43]
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar müxtəlif istiqamətlərdə maarifləndirmə layihələrinin həyata keçirilməsi intensiv davam etdirilir. Silsilə tədbirlər çərçivəsində yanvarın 11-də Bakıda Mərkəzi Seçki Komissiyasının (MSK), Medianın İnkişafı Agentliyinin, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsasları mövzusunda müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi media subyektlərinin prezident seçkilərində sərbəst fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsindən ibarətdir.
MSK sədri Məzahir Pənahov tədbirdə çıxış edərək media nümayəndələrinin ilk gündən bütün seçki prosesinin içində olduğunu və məsələləri hərtərəfli işıqlandırdıqlarını deyib. O, KİV-lərin seçkilərdəki rolunun yüksək tutmasının vacibliyini qeyd edib. M.Pənahov bildirib ki, KİV həmişə müəyyən çatışmazlıqları aradan qaldırmaq üçün addımlar atmalıdır. Əgər tərəflər həmin iradlardan nəticə çıxarmırsa, ondan sonra məsələni işıqlandırmaq lazımdır. Seçki məsələsində birinci növbədə hamımız Azərbaycan vətəndaşı kimi çıxış etməliyik.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi əzmkarlığı və qətiyyəti sayəsində Zəfərlə başa çatmış Vətən müharibəsindən sonra ölkəmizdə və eyni zamanda, regionumuzda yeni siyasi reallıqlar yaranıb. Azərbaycanın liderliyinin ön planda dayandığı bu reallıqlar xalqımızın tarixi arzularının həyata keçməsi, suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpa olunması kimi vacib amillərlə şərtlənir. Yeni mərhələ cəmiyyət həyatının bütün sahələrini əhatə etməklə ölkəmizdə dərinləşmiş islahatların davamlılığını, həyatımızın müasir dövrün dinamik inkişafına uyğunlaşdırılmasını və beləliklə, ölkəmizin tərəqqisinin daimiliyini təmin edir. Qalib Azərbaycan hər bir soydaşımızın qürur yeri olmaqla yanaşı, ölkəmizin qabaqcıl mövqeyini, beynəlxalq müstəvidə öz layiqli yerini tutmasını istəməyən qüvvələrin də planlarını alt-üst etməkdədir.
“Milli maraqlarımıza xidmət edən müstəqil medianın inkişafının dövlətin əsas prioritetləri sırasında dəyərləndirən Prezident jurnalist əməyinə daim yüksək qiymət verib, Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq auditoriyaya çatdırılmasında medianın rolunu xüsusi qeyd edib. 2022-ci ildə Milli Mətbuat Günündə Şuşada ilk dəfə keçirilən beynəlxalq Media Forumuna müraciətində Prezidentin jurnalistlər qarşısında qoyduğu mühüm vəzifələr aktuallığını qoruyub saxlamaqdadır”, - deyə Əhməd İsmayılov qeyd edib.
Audiovizual Şuranın sədri İsmət Səttarov diqqətə çatdırıb ki, seçkiqabağı təşviqatda ən böyük məsuliyyət ictimai yayımçının üzərinə düşür. Dövlət büdcəsindən maliyyələşən yayımçıların hamısı ictimai yayımçı funksiyası daşısa da, məhz seçkiqabağı təşviqat qanunla ictimai yayımçı kimi tanınan İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən həyata keçirilməlidir. Dövlətə məxsus olan yayımçılar vasitəsilə seçkiqabağı təşviqat aparılmır. İctimai yayımçı seçkiqabağı təşviqatı ödənişli əsaslarla aparmaq üçün ehtiyatda əlavə efir vaxtı saxlamalıdır. Qeydə alınmış bütün namizədlər üçün ödəniş həcmi və şərtləri eyni olmalı, bu barədə müvafiq məlumat seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunduğu gündən başlayaraq ən geci 30 gün ərzində dərc edilməlidir. İctimai yayımçının ödənişli istifadəyə təqdim edəcəyi ehtiyatda olan efir vaxtının ümumi həcmi Seçki Məcəlləsinin 80.5-ci maddəsinə uyğun olaraq ayrılan pulsuz efir vaxtının (3 saat) ümumi həcmindən az və həmin həcmdən iki dəfədən artıq ola bilməz. Qeydə alınmış hər bir namizəd üçün ehtiyatda saxlanmış efir vaxtından ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin qeydə alınmış namizədlərin ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.
Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan mediasının zəngin seçki təcrübəsinə malik olduğunu deyib. O, eyni zamanda, seçkiqabağı təşviqat, xüsusilə ödənişli və ödənişsiz təşviqatın aparılması ilə bağlı Mərkəzi Seçki Komissiyasının üzvlərinin fikirlərinə ehtiyac duyulduğunu qeyd edib.
Rəşad Məcid bildirib ki, media əvvəlki illərdə olduğu kimi, Azərbaycan xalqının həyatında mühüm rol oynayacaq 7 fevral seçkilərində də böyük məsuliyyətlə iştirak edəcək. Eyni zamanda, sosial mediada hansısa namizədə qarşı saxta xəbərlərin yayıla biləcəyi şəksizdir. Peşəkar media belə hallarda məsələlərə vaxtında münasibət bildirməlidir.
“7 fevral bir müddətdən sonra Azərbaycan tarixinin ən əzəmətli bayram günlərindən biri olacaq. Bütün bu məsələlərdə, xalqımızın, seçicilərin çiyninə böyük məsuliyyət düşür. Bütün dünya görsün ki, Azərbaycan xalqı öz gələcəyinə biganə deyil. Heç şübhəsiz bu məsələlərdə Azərbaycan mediası ən öndə getməlidir”, - deyə Mətbuat Şurasının sədri qeyd edib.
Sonra MSK üzvləri “Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqata dair ümumi tələblər, seçkiqabağı təşviqat subyektləri, onların hüquq və vəzifələri”, “Ödənişli və ödənişsiz əsaslarla aparılan seçkiqabağı təşviqat prosesində media subyektlərinin rol və vəzifələri” mövzularında çıxış ediblər.
Təqdimatlar zamanı iştirakçılara, həmçinin seçki prosesinin ictimailəşdirilməsi, aşkarlığın və şəffaflığın təmin olunması, eləcə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü medianın rol və vəzifələri barədə ətraflı məlumat verilib.
Təşkilatçı qurumların rəhbərləri və təmsilçiləri ilə yanaşı, aparıcı media subyektlərinin rəhbərlərinin və nümayəndələrinin də iştirak etdikləri müşavirə mövzular ətrafında fikir mübadiləsi və sual doğuran məsələlərin müzakirəsindən sonra işini başa çatdırıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09

