Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ATƏT/DTİHB-nin müşahidəçiləri Füzuli rayonundakı seçki məntəqələri ilə maraqlanıblar

ATƏT/DTİHB-nin müşahidəçiləri Füzuli rayonundakı seçki məntəqələri ilə maraqlanıblar

02.02.2024 [12:40]

84 saylı Füzuli seçki dairəsində seçkiyə hazırlıq prosesi ilə tanış olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) müşahidəçiləri işğaldan azad edilmiş ərazilərdə yerləşən seçki məntəqələrindəki vəziyyətlə də maraqlanıb. Bu barədə secki-2024.az saytına açıqlamasında 84 saylı Füzuli dairə seçki komissiyasının (DSK) sədri Ramiz Teymurov məlumat verib.

DSK sədri bildirib ki, ATƏT/DTİHB-nin uzunmüddətli müşahidəçiləri olan Lars Nyholm və Evgeniy Loginov seçki günü azad edilmiş ərazilərdəki seçki məntəqələrində səsvermə prosesini izləmək istədiklərini deyiblər. Bu baxımdan, həmin ərazilərdə təhlükəsizliyin necə təmin edildiyi ilə maraqlanıblar.

“Bizim dairədə mövcud olan 77 məntəqənin üçü 44 günlük müharibədə azad edilmiş ərazilərdə yerləşir. Dairə üzrə ümumilikdə 54 min 457 seçici qeydiyyatdadır. 1 257 seçici ilk dəfə səsvermə hüququndan istifadə edəcək. 7 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Dairə üzrə 1 015 müşahidəçi qeydiyyatdan keçib”, - R.Teymurov qeyd edib.

DSK sədri seçkilərə hazırlıq prosesinin qanunvericiliyin tələblərinə uyğun aparıldığını diqqətə çatdırıb.

Paylaş:
Baxılıb: 163 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31