Makron Bakı-Yerevan sülh prosesini bu dəfə həm də Şoltsun acığına pozdu...
24.02.2024 [11:57]
Makronla Şoltsun arasında nə olub?..
Fevralın 17 - də Almaniyanın kansleri Şoltsun Münhendə İlham Əliyevlə Paşinyanı görüşdürməsi azacıq ümid yaratmışdı ki, Bakı- Yerevan sülh prosesi yerindən tərpənə bilər... Lakin prosesin qarşısı alındı.
Bu fikirləri “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev özünün Facebook səhifəsində yazıb. yeniazerbaycan.com paylaşımı təqdim edir:
“Eyni blokların üzvləri olsalar da, bir neçə yüz illik tarixi olan alman - fransız düşmənçiliyi və rəqabəti özünü yenidən göstərdi. Makron düşündü ki, birdən Şolts Almaniyanı önə çıxardar və Azərbaycanla Ermənistanın arasında əsas rol Almaniyanın əlinə keçər . Dərhal Paşinyanı Parisə çağırıb " başını doldurdu" , müdafiə nazirini Yerevana göndərdi, özü də bir saxta antifaşistin qəbrinin "gorbagor edilməsi" mərasimində Paşinyanı qızışdıraraq bəyan etdi ki, 13 fevralda Azərbaycanın Zəngilanda keçirdiyi əməliyyat qeyri- adekvat idi, Azərbaycan Beynəlxalq Məhkəmənin 2023- cü il 17 noyabr qərarını icra edərək erməniləri "gül - çiçəklə" Qarabağa qaytarmalıdır, Azərbaycan ərazi bütövlüyü və sərhədlərin xəritələri məsələlərində ikibaşlı yanaşmaları kənara qoymalıdır ( guya sülh danışıqlarını dalana soxan Azərbaycan imiş), onu da dedi ki, Mərkəzi Asiya- Cənubi Qafqaz- Avropa xətti boyunca əməkdaşlığı gücləndirəcəyəm (sanki bu xəttin üstündə Azərbaycan və Türkiyə yox imiş və hər şeyi Ermənistanın üzərindən edəcəklər). Hələ bu hamısı deyil. Fransanın müdafiə naziri Yerevanda bəyan etdi ki, biz Ermənistana yaxın, orta və uzaq mənzilli raketlər vermək haqda düşünürük, hətta müdafiə nazirinin yanında gəlmiş və adı çəkilməyən bir fransız Ermənistanın müdafiə naziri ilə adı açıqlanmayan hansısa hərbi məhsulların birgə istehsalı haqda saziş imzaladılar . Bütün bunlar sülh pozuculuğu yolunda Paşinyana "qaz qoydu" və Azərbaycan - Ermənistan nazirlərinin və liderlərin görüşü üçün Şoltsun açmaq istədiyi qapını bağladı. Fransa prezidenti Almaniya ilə sırf rəqabət çərçivəsində öz pozucu rolunu oynadı və bunun əsas motivi də yuxarıda dediyim kimi bir neçə yüz illik tarixə söykənən alman- fransız düşmənçiliyidir .
Düşmənçiliyin kökü hələ 9- cu əsrdə Böyük Karlın Frank imperiyasının 3 oğlu arasında bölünməsindən sonrakı dövrlərə gedib çıxır. Dostlarımın çox vaxtını almamaq üçün 1200 illik tarixin təfsilatlarına varmayacam. Nisbətən yaxın tarixin faktlarını deyim.
Təxminən 200 il əvvəl 1800- cü illərdə Fransa sərkərdəsi məşhur Napoleon almanlara qan uddurdu, ondan 70 il sonra Alman kansleri Bismark Parisi tutdu və Napoleonun etdiklərinin qisasını aldı, üstündən 50 il keçdi, 1- ci Dünya müharibəsinin sonlarında fransızlar alman generalına çox alçaldıcı görkəmdə kapitulyasiya sazişi imzalatdılar, üstündən 22 il keçəndən sonra isə Hitler məhz 1918-ci ildəki həmin meşədə, məhz həmin vaqonda, məhz həmin alçaldıcı şəkildə fransızlara kapitulyasiya sazişi imzalatdı . Üstəlik Napoleonun Prussiyada dəfn edilmiş oğlunun və sevgilisinin sümüklərini fransızlara, yəni Makronun babalarına hədiyyə elədi .Təbii ehtiyatlarla zəngin Elzas və Lotaringiya əyalətlərinin üstündə tarix boyu bir- birlərini qırıblar... Başqa faktlar da var, çox uzatmıram.
Bunca düşmənçilikdən sonra Makron imkan verərdi ki, Almaniya hansısa məsələdə Fransanı üstələsin ?!
Makron Münhendə Azərbaycan- Ermənistan sülh prosesinin açılması şansını qısqanclıq və rəqabət motivi ilə beləcə pozdu.
Makron ümumiyyətlə Bakı- Yerevan sülhünü istəmir. Bu prosesi həmişə pozmağa çalışıb . Hətta Şolts olmasaydı da Makron öz pozuculuğunu ortaya qoyacaqdı. Bu dəfə bu şansın Almaniyanın iştirakı ilə açılması isə Makronu daha aqressiv pozuculuğa vadar etdi.... Çünki Almaniya Fransanın qədim düşmənlərindən biridir... Nə qədər bir olmağa çalışsalar da, düşmənçilik özünü hardasa mütləq göstərəcək. İndiki kimi...”.
Xəbər lenti
Hamısına baxHadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11

