Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / TARİXİN SUALI: “ƏSKİYİMİZ NƏ QƏDƏRDİR?”

TARİXİN SUALI: “ƏSKİYİMİZ NƏ QƏDƏRDİR?”

01.03.2024 [23:02]

Son zamanlar özümdən tez-tez soruşuram: “Azərbaycan xalqının zəngin tarixi, qüdrətli mədəniyyəti, hər biri öz ardınca 1 əsri daşıya bilən fenomenal şəxsiyyətlər yarada bilmək iqtidarı var, amma həm də dibsizıiyin ən alçaq yerində mövcud olan xəyanət, paxıllıq, törəmələri var: Sevinc Osmanqızı, Tural Sadiqli, Əli Kərimli… Məhəmməd Mirzəli, Arif Hacılı, Qurban Məmmədli, Cəmil Həsənli, Qənimət Zahid və daha bir ovuc kimi. 

Bu barədə Mir Şahin Ağayev özünün fasebook səhifəsindəki paylaşımında yazıb.

yeniazerbaycan.com paylaşımı təqdim edir:

“-Axı biz harda, milli-mənəvi həyatımızın harasında boşluğa yol verdik ki,  bəlkə də cəmiyyətə faydası dəyə biləcək bu və bu kimilər belə ağır faciəyə uğradılar!? Harda və niyə? 

-İnsan nə qədər rəzilləşməlidir ki, şərəfli bir müharibədə qalib gələrək milli qürurunu bərpa etmiş ölkənin, vətənin, xalqın alnının açıq yerində yox, Xocalı soyqırımının, Qaradağlı dəhşətlərinin, Başlıbel vəhşiliyinin müəllifi olmuş Ermənistanın qoltuğunun altında yerləşsin!!!? 

-Bu “azərbaycanlılar” öz anasının südünü əmməyib? 

-Bu “azərbaycanlıları” evdə, bağçada, məktəbdə separatçı, qatil ermənilər böyüdüblər? 

-Niyə onlar bu gün də, 32 illik qanıyla qarı qarışıq axan Xocalı Soyqırımının altına erməni separatçı qatillərlə birgə imza atırlar?  

-Niyə Sevinc Mirzəyeva öz şəhid atası Osmanın axirətini yerlə-yeksan edir? Ona o dünyada “helikopter Osman” dedizdirir və heç də helikopter terrorunda həlak olduğuna görə yox!

-İsfəndiyar Vahabzadə atası, hamımıza vətənpərvərlik mühazirələri oxuyan böyük şair Bəxtiyar Bahabzadənin oğlu deyil, ya da artıq deyil? 

-Azərbaycana qarşı mübarizədə separatçı ermənilərin qatı əqidədaşı Tural Sadiqlinin qanı nə zaman belə kirləndi? 

-Məhəmməd Mirzəli niyə ermənilərin əlaltısına çevrildi? Niyə özünün vətəndaş sifətinə vətənə xəyanət missiyasının eybəcərliyini layiq gördü? 

-Axı hansı mənəvi uçquna məruz qalmalısan ki, şəxsiyyətini necə sındırmalısan ki, ləyaqətin necə ayaqlanmalıdır ki, Qurban Məmmədov olasan? 

-Axı bir azərbaycanlı necə, hara qədər alçalmalı,  nə qədər nankor, ədalətsiz, ana vətəninə, deməli həm də anasına kin-küdurət bəsləməlidir, bütün mənəvi dəyərlərini itirməlidir ki, Əli Kərimli olsun!?!

30-32 il əvvəl yüz minlərlə vətəndaşı alaçıqda, qatar altında, vaqonda yaşayan ölkən bu gün BMT-nin aparıcı üzv dövlətlərindən biri ola, COP29-a sahiblik edə, Qoşulmama Hərəkatını öz rəhbərliyi altında beynəlxalq proseslərə ən ciddi təsir göstərmək həddinə, hətta Birləşmiş Millətlər Təşkilatına alternativlik səviyyəsinə çatdıra, Bərpaolunan enerji prosesinin bütün Planet boyu flaqmanı olmaqla həm də Cənub Qaz dəhlizinin əsas aktoru olmağı bacara, Öz  Ərazi Bütövlüyünü bərpa, Dövlət Suverenliyini təmin etməklə milli taleyimizin, bütün tariximizin ən böyük uğurunu qazana, hər cür təzyiqlərə, nüvə dövlətləri klubunun basqılarına davam gətirə, Fransa, ABŞ kimi ölkələrlə qeyri-bərabər mübarizədə müqavimətin son həddini göstərə, misilsiz sürətlə bir Livan boyda ərazini, (özü də təkbaşına!!!) abadlıq və quruculuq meydanına çevirə və sən bütün bunları görməməzliyə vurasan, separatçı Ermənistanın mənəvi müttəfiqi olasan, xəcil bir düşmənin rüsvayçı məğlubiyyətinə qələbə deyəsən, amma öz Vətənini, Dövlətini, minlərlə şəhidin qanı, qazinin fədakarlıq dolu əzabı hesabına qazanılmış Qələbənin müəllifini-Böyük bir Lideri, Bütöv bir Xalqı gözdən salmağa çalışasan. 

Şərəf çatışmazlığından nə qədər əziyyət çəkən biri olmalısan ki, havasını udub, suyunu içdiyin torpağa, yurda-düşmən qüvvələrdən öz əlinlə, öz dilinlə cəza istəyəsən! Dövlətini Tarixi Zəfərə çatdıran Prezidentə, siyasi-hərbi rəhbərliyə…. elə bu Zəfəri həzm etmək istəməyən, beynəlxalq ədaləti bərpa etməsini Azərbaycana heç cür bağışlaya bilməyən qatı düşmən qüvvələrdən-dövlət və qurumlardan vətənin Azərbaycana sanksiya tələb edəsən!!?

Axı bir “azərbaycanlı” nə qədər “Sevincək” Beydulla olmalıdır ki, öz dövlətini təhqir etsin, öz vətəninin ayaqlarının altını qazsın!!? Axı bu “azərbaycanlıları” Şeytan yaratmayıb! 

Niyə belə olmalıdır?

Niyə onlar antişərəf zirzəmini seçdilər, Şuşa Zirvəsi olan yerdə?! 

Azərbaycanı Ermənistan təhdid edir! 

Bunlar onun yanında!

Azərbaycanı Avropa İttifaqı Parlamenti təhdid edir! Bunlar onun yanında!

Azərbaycanı AŞPA təhdid edir!

Bunlar onun yanında! 

Azərbaycanı Fransa təhdid edir. Bunlar onun yanında!

Azərbaycanı “Fredoom house” təhdid edir!

Bunlar onun yanında!

Başa düşməyə çalışıram!

… Və anlaya bilmirəm! Necə oldu ki, bizdə belə vicdan çatışmazları yarandı? 

Niyə Əli Kərimli, Sevinc Osmanqızı, Tural Sadiqli, Qənimət Zahid, Qurban Məmmədli, Məhəmməd Mirzəli kimi mənən zəlillər törədi? Heydər Əliyev, İmadəddin Nəsimi, M.F. Axundov, Üzeyir Hacıbəyov, Lütfi Zadə, Həzi Aslanov kimi dahiləri yetirən Azərbaycanda… 

…belə miskin “azərbaycanlılar” necə törədi!? 

Sual verirəm: 

-Öz vətəninə nə qədər nifrət etməlisən ki, Avroviziya müsabiqəsinin qalibi olmuş vətəninin Bakı yarışını baykota çağırasan.“Maykalarınıza siyasi şüarlar yazıb tədbiri pozun!” deyə çağırış edəsən?!!! Axı bu tarixi uğur idi! Çox böyük uğur! 

Nə qədər xəbis xislətə malik olmalısan ki,  müharibəyə bir neçə gün qalmış üstüaçıq JİP sahiblərinə xaincəsinə, birbaşa efirdə müraciət edəsən ki: ”Maşınlarınızı əlinizdən almaq istəyirlər, nəbadə verəsiniz! 

“Gizlədin, yoxsa onları müharibəyə aparacaqlar!-deyə düşməni duyuq salasan!

Öz vətəninə, vətəndaşına nə qədər düşmən kəsilməlisən ki, COVİD-19 zamanı mitinqlərə, etiraz aksiyalarına çağırasan, Peyvəndin, maska rejiminin əleyhinə cıxasan?

Necə riyakar, minsifətli olmalısan ki, üzdə bığ-saqqal buraxaraq, kişilikdən, “üçrəngli bayraqla məsud yaşamaqdan” dəm vurasan, amma eyni zamanda LGBT-nin bayrağının kölgəsinə sığınasan (Qubad İbadoğluvari), mənəvi sütunlarımızın üzərinə külünglə gələsən!!!??? 

Bax bu sualları biz hər birimiz özümüzə və bir ovuc siyasi xəstəhalın təsiri altına düşmüş yeniyetmələrin, gənclərin özünə verməliyik. Axı bi 30 ildə yüzlərlə, minlərlə məsum gəncimiz, yeniyetməmiz bu siyasi narkomanların iynəsinə otuzduruldu… Müqəddəs Vətənimizin gələcəyinin qurulmasında iştirak etmək əvəzinə- səhv yollara salınan bəzi gənclərin, yeniyetmələrin məhbus məsuliyyəti də o “milli qaponlar”ın üzərinə düşür… Siz bu adamların dilindən Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan və Ruben Vardanyan kimi qatil-terrorçuların həbsi barədə heç nə vaxtsa təqdir sözləri eşitdinizmi? Yox!

Kamil Zeynallı adlı bir azərbaycanlının Ermənistanın tələbi əsasında saxlanması ilə Dövlətimiz göz qırpmadan məşğul oldu. Xalq narahat oldu. Nigaran qaldı…

Bəs o “azərbaycanlılar”? Ya susdular! Bəziləri isə ( Qurban Məmmədli kimi) dar ayaqda olan Kamilin antireklamı ilə məşğul oldular. Düşmənin əlinə işlədilər.

Əsgərimiz azaraq əsir düşüb! (Hanı Sevinc Osmanqızı, Tural Sadiqli, Əli Kərimli… Məhəmməd Mirzəli, Arif Hacılı, Qurban Məmmədli, Qənimət Zahid, Cəmil Həsənli və başqa belə “azərbaycanlılar”ın səsi? Yoxdur! Çıxmayacaq! Susurlar! Amma antivətən platforma olan ABZAS-ın ciddi ittihamlarla həbs edilmiş əməkdaşları uğrunda dil boğaza qoymurlar!!!  Avropaya haray salıblar! Bizim üstümüzə qısqırdırlar!

Niyə?

Bu “azərbaycanlılarda” AZƏRBAYCANIMIZA bu qədər nifrət  hardandır? 

Bəlkə bizik səbəb?

Onlar məhz ictimai etinasızlıq səbəbindən mövcud olurlar. Yarasaları Qaranlıq qoruduğu kimi onları da bizim laqeydliyimiz qoruyur. Sosial şəbəkələrin əlçatanlığı isə həmin “canlılara” öz zərərli ideyalarını yaymağa kömək edir! Deməli hər kəs öz imkanı səviyyəsində, ilk növbədə istifadəçisi olduğu sosial hesablarda belə xəyanət, zərər və zəhər yayıcılarına cavab verməli, cəmiyyəti onlardan müalicə etməyə çalışmalıdır. 

Biz yüz faiz Azərbaycanlıyıq! Bütövlüyü bərpa edilmiş, suverenliyini təmin etmiş Azərbaycanın azərbaycanlıları!

Onlar isə əskiklərdir. Bərpa olunmamış “azərbaycanlılar”…Zehniyyəti işğalda, özü də könüllü işğalda olan əskiklər!!!”

Paylaş:
Baxılıb: 236 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30