Azərbaycan islamofobiya ilə mübarizəni dünya hadisəsinə çevirdi...
11.03.2024 [10:29]
Əliyevin gözlənilən təşəbbüsü...
Dünyada, xüsusən Avropada islamofobiya "irəlilədikcə" Azərbaycanın fəal etiraz səsləri ölkəmizi böyük bir hədəfə daha da yaxınlaşdırır.
Bu fikirləri “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev özünün Facebook səhifəsində yazıb. yeniazerbaycan.com paylaşımı təqdim edir:
“Dünyada islamofob dövlətçilik və siyasi təfəkkür tərzləri, bunlardan doğan praktik addımlar bəşəriyyəti sivilizasiyaların yeni qarşıdurma mərhələsinə aparır. İslam dininə və müsəlmanlara qarşı çevrilmiş siyasətlərin fonunda dini və milli sivilizasiyaların toqquşma təhlükəsi yenidən qızışır. Azərbaycan kimi müsəlman ölkələrinin bu istiqamətdə cəsarətli əks addımları və önləyici maarifçi siyasətləri təhlükənin dərəcəsini aydın göstərir .On illər öncədən ölkəmizdə dinlər və millətlərarası münasibətlər mühitinin daha da stabil və tolerant forma almasına yönəlik addımların aydın mənası və hədəfi var - Azərbaycan hələ on illər öncədən dünyanın belə təhlükəyə doğru itələndiyinin əlamətlərini gördü və qabaqlayıcı addımlar atdı. Saysız beynəlxalq konfrans və simpoziumlar, Sivilizasiyalararası dialoq tədbirləri, məşhur Bakı prosesləri və sair təsadüfi addımlar deyildi. Bütün bu proseslərin önündə təşəbbüskar və təşkilatçı qüvvə kimi çıxış edən Prezident İlham Əliyev ölkənin multikultural modelini yaratmaqla Azərbaycanı uzun bəşəri bir yolun başlanğıcına çıxardı. Azərbaycan həm multikulturalizmin ən mükəmməl model mərkəzinə çevrildi, həm də müasir dünyada çox təhlükəli şəkil almaqda olan islamofobiya və neokolonializm kimi cinayətlərə qarşı qlobal mübarizə mərkəzinə çevrildi. Danılmaz faktdır ki, İlham Əliyev bu gün Azərbaycanı islamofobiya və neokolonializmə qarşı mübarizə aparan ən təşəbbüskar ölkəyə çevirib. Məhz Azərbaycanın təşəbbüslərinin sayəsində ayrı- seçkilik və ya seqreqasiya cinayətinin mahiyyəti haqqında dünyanın siyasi və hüquqi təsəvvürləri daha da genişlənib. Artıq dünya daha sıx qəbul etməyə başlayır ki, islamofobiya və neokolonializm ayrı-seçkilik cinayətinin ən müasir və ən təhlükəli formalarıdır.
Beynəlxalq şüurlara oturmuş bu ideyalarda Azərbaycanın payı və töhfələri müstəsna əhəmiyyət daşıyır .Azərbaycan elə bir mərhələyə yaxınlaşır ki, islamofobiyanın ağır cinayət növü kimi beynəlxalq hüquqi çərçivəsinin müəyyən edilməsi təşəbbüsü ilə konkret çıxış edə və onu təşviq edə bilər. Buna Azərbaycanın indiki şəraitdə həm haqqı var, həm də gördüyü çoxlu işlər var. İslamofobiyanın soyqırımı cinayətləri və ya bəşəriyyətə qarşı cinayətlərin təsnifat siyahısına salınmasına böyük zərurət yaranıb, həm də bu hadisə artıq yetişib. Prezident İlham Əliyevin bu günlərdə Bakı konfransında dəqiq dediyi kimi, əgər bu gün sürətlə artan islamofob davranış və faktların azı 80 faizi özünü siyasi, iqtisadi və demokratik inkişaf etmiş ölkə sayanların payına düşürsə, deməli, problemin təhlükəsi həqiqətən böyükdür. Söz yoxdur ki, İlham Əliyevin islamofobiyanı insanlıq əleyhinə cinayət növü kimi beynəlxalq hüquq müstəvisinə çıxarmaq səylərinə qarşı böyük müqavimətlər olacaq. Ən azı islamofobiya cinayətlərinin 80 faizinə "beşiklik" edən həmin "qabaqcıl" ölkələr bu təşəbbüsü mümkün qədər süngüləməyə çalışacaq, mane olacaqlar. Ancaq belə bəşəri əhəmiyyətli bir təşəbbüsün asanlıqla əmələ gələcəyini düşünmək doğru olmaz. Məgər genosidin, müstəmləkəçiliyin beynəlxalq hüquq çərçivəsinə salınması asan başa gəlib? Hansısa bir təşəbbüsdən başlanmış bu böyük və uzun yol sonda uğur qazandı. BMT müxtəlif konvensiyalar, qətnamələr qəbul etdi.
İndi Azərbaycan islamofobiya əleyhinə mübarizəni sözün həqiqi mənasında dünya hadisəsinə çevirə bilib. Bunlar öz məntiqi sonluğuna yetişməlidir və yarımçıq qala bilməz.
Azərbaycanın getdiyi indiki yol böyük ümid yaradır ki, dünya islamofobiyanı hüquqi olaraq soyqırım və ya bəşəriyyət əleyhinə ayrı- seçkilik cinayəti kimi mütləq tanıyacaq.
Antisemitizm və onunla mübarizə ayrıca beynəlxalq hüquqi normalarla tənzimlənirsə, islamofobiya və onun qarşısının alınmasına dair beynəlxalq hüquq aktları, normalar niyə də olmasın?! İslamofobiya antisemitizmdən də ağır nəticələr doğuran təfəkkür tərzi və cinayət hadisəsidir.
İlham Əliyev düz yoldadır...”
Xəbər lenti
Hamısına baxDünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46

