6-cı prezident and içəcək...
28.12.2024 [09:41]
Sabah qonşu və dost Gürcüstan üçün əlamətdar bir gün olacaq. Belə ki, ölkədə yeni seçilmiş prezident Mixail Kavelaşvilinin andiçmə mərasimi keçiriləcək. M. Kavelaşvili hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının namizədi olaraq Prezident seçilib.
Ölkə tarixində bir ilk
Bu il Gürcüstanın tarixində ilk dəfə yeni qayda ilə prezident seçkiləri baş tutub. Belə ki, dekabrın 14-də parlamentdə 300 nəfərdən ibarət seçki kollegiyası hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının namizədi Mixail Kavelaşvilini Gürcüstanın 6-cı Prezidenti seçib.
Parlamentdə Mərkəzi Seçki Komissiyasının (MSK) açıq iclasında səsvermələrə yekun vurulub. Mərkəzi Seçki Komissiyasının sədri tərəfindən seçkilərin nəticələri barədə məlumat verilib. Bildirib ki, 224 seçici M.Kavelaşvilinin lehinə səs verib. Səsvermədə 225 üzv iştirak edib, bülletenlərdən 1-i etibarsız sayılıb.
Qeyd edək ki, Gürcüstanda yeni prezident seçkiləri siyasi gərginlik şəraitində baş tutub. Məlumdur ki, son bir ildə qonşu ölkədə artan iğtişaşlara, dövlət çevrilişinə cəhdə qədər genişlənən gərginlik əslində Gürcüstan-Qərb qarşıdurması kimi dəyərləndirilir. Qərb tərəfindən rəsmi Tbilisi siyasi oriyentasiyasını dəyişməkdə, Avropa İttifaqına inteqrasiyadan yayınmaqda , Rusiyaya meyllənməkdə ittiham olunur. Gürcüstan hakimiyyəti isə Avropa İttifaqına inteqrasiya prosesinin milli dövlətə qarşı şantaj vasitəsinə çevrildiyini bildirərək qəti narazılığını ortaya qoyub. Hətta Baş nazir İrakli Kobaxidze ölkəsinin 2028-ci ilədək Avropa İttifaqına inteqrasiya prosesini dayandırdığını bəyan edib.
ABŞ, Fransa kimi ölkələr başda olmaqla kollektiv Qərb rəsmi Tbilisinin milli maraqları önə çəkməsini qəbul etməyərək ölkədə yeni “rəngli inqilab” ssenarisini həyata keçirmək istəyir. Açıq şəkildə bildirilir ki, parlament və prezident seçkiləri, indi isə yeni dövlət başçısının andiçmə mərasimi ərəfəsində Tbilisi küçələrində müşahidə edilən iğtişaşların arxasında Soros fondu və onun milli uzantıları dayanır. Ayrı-ayrı Qərb dairələrindən maliyyə asılılığına malik olan vətəndaş cəmiyyəti təsisatları və müxalifət partiyaları mütəmadi olaraq Vaşinqtondan, Brüsseldən və Parisdən yeni direktivlər alırlar və buna uyğun davranışlar sərgiləyirlər.
Zurabişvili vəzifəsindən çəkilmək istəmir
Qonşu ölkədə yeni prezidentin andiçmə mərasimi ərəfəsində səlahiyyət müddətinin bitməsinə cəmi 1 gün vaxt qalan prezident Zurabişvilinin davranışları xüsusilə diqqət çəkir. Xanım Zurabişvili parlament və prezident seçkilərinin nəticələrini tanımadığını bildirir. O özünü yeganə legitim institut sayaraq ölkədə yeni parlament seçkilərinin keçirilməsini tələb edir. Vəzifə səlahiyyətinin bitməsinə cəmi bir gün qalmasına gəldikdə isə, Zurabişvili dekabrın 29-da Prezident Sarayını tərk etməyəcəyini bildirir.
Zurabişvilinin Qərbdən aldığı tezislərə uyğun absurd iddialar səsləndirməsinə rəğmən, hakimiyyət parlament və prezident seçkilərinin legitim əsaslarla baş tutduğunu bildirir. “Oktyabrın 26-da keçirilmiş parlament seçkiləri ilə bağlı prezident Salome Zurabişvilinin səsləndirdiyi iddiaları rədd edirik, bu cür çıxışların siyasi motivli və əsassız olduğunu bildiririk”. Bu fikirlər Gürcüstan Mərkəzi Seçki Komissiyasının bəyanatında əksini tapıb. “Seçkilərin saxtalaşdırıldığına dair prezidentin bəyanatları heç bir sübuta əsaslanmır və faktiki halları qəsdən siyasi məqsədlə təhrif edir. Seçkinin nəticələrinə əsaslı təsir göstərə biləcək hər hansı pozuntu barədə təsdiqlənmiş faktlar mövcud deyil. Lakin prezident və bəzi şəxslər seçki administrasiyasını gözdən salmağa çalışaraq ölkədəki gərginliyi daha da artırmağa cəhd göstərirlər”,- deyə bəyanatda vurğulanır.
Beynəlxalq müşahidəçilər, o cümlədən ATƏT seçkilərin nəticələrini qəbul edir
İndiyədək Zurabişvili israrlı mövqe sərgiləyərkən ayrı-ayrı Qərb dairələrinin qərəzli bəyanatlarına istinad edirdi. Lakin ATƏT-dən Zurabişvilini məyus edəcək xəbər gəlib. Belə ki, ATƏT-in Müşahidə Missiyası 26 oktyabr parlament seçkiləri ilə bağlı yekun rəyini açıqlayıb və Avropa Parlamentinin mövqeyinə zidd olaraq, nəticələri tanıyıb. Buna görə Kobaxidze ATƏT-ə təşəkkür də edib.
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bununla bağı daha detallı danışıb. O vurğulayıb ki, “ATƏT/DTİHB missiyası Gürcüstanda seçicilərin geniş seçim imkanları olduğunu və partiyaların təşviqat aparmaqda azad olduqlarını təsdiq edib. Xanım nazirin sözlərinə görə, ATƏT/DTİHB müşahidə missiyasının yekunu Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı bütün mifləri dağıdıb. “Seçkilərlə bağlı yaradılan və müxalifətin yeni seçki tələbinin əsaslandığı bütün mifləri darmadağın etdim, ona görə ki, artıq bu əsas yoxdur, seçkilərin nəticələri və bütövlükdə demokratik proses başqa yollarla gözdən salınır”, - deyə Boçorişvili bildirib.
Yollar həbsə aparır...
Hadisələrin indiki gedişi ilə, əgər belə demək mümkündürsə, bütü yollar Zurabişvilini həbsə aparır. ATƏT/DTİHB müşahidə missiyasının yekun hesabatı hakim komandanın mövqeyini gücləndirib. İndiyədək müxalifət partiyaları, Avropa dairələri mücərrəd seçki saxtakarlıqlarından danışırdılarsa, ATƏT/DTİHB belə mübahisələrə son qoyub. Baş verənlər fonunda Baş nazir İ.Kobaxidze deyib ki, əgər prezident buna baxmayaraq, başqa səbəbə görə yeni parlament seçkiləri təyin etmək qərarına gəlsə, o, buna görə cinayət məsuliyyətinə cəlb olunacaq.
Zurabişvilinin həbs olunma ehtimallarını gücləndirən başqa səbəblər də var. O, bir neçə dəfə ölkə qanunvericiliyini pozub və hökumətin razıığını almadan xaricə səfərlərə gedib. Bununla bağlı məhkəmə müvafiq qərar qəbul edib.
Zurabişvili üçün daha bir təhlükəli məqam ondan ibarətdir ki, artıq ölkədə prezident vəzifədən gedəndən sonra ona verilən birillik təhlükəsizlik zəmanəti yoxdur. Bir qədər bundan əvvəl qanunvericiliyə edilən müvafiq dəyişikliyə əsasən, sabiq prezidentə və digər yüksəksəviyyəli rəsmilərə verilən imtiyazlar məhdudlaşdırılıb. Bu isə o anlama gəlir ki, müvafiq qurumlar zəruri sayarlarsa, Zurabişvilli elə dekabrın 29-da Prezident Sarayından birbaşa dəmir barmaqlıqlar arxasına aparıla bilər.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
19 Yanvar 23:41
Siyasət
19 Yanvar 22:26
İdman
19 Yanvar 21:34
Gündəm
19 Yanvar 21:13
Sosial
19 Yanvar 20:17
Siyasət
19 Yanvar 19:24
İdman
19 Yanvar 18:23
Dünya
19 Yanvar 17:37
Hadisə
19 Yanvar 16:22
Dünya
19 Yanvar 15:28
Dünya
19 Yanvar 14:19
Dünya
19 Yanvar 13:26
Hadisə
19 Yanvar 13:16
Dünya
19 Yanvar 12:36
Dünya
19 Yanvar 11:24
Sosial
19 Yanvar 10:51
Dünya
19 Yanvar 09:20
Elm
19 Yanvar 08:32
Dünya
18 Yanvar 23:23
Dünya
18 Yanvar 22:29
Elm
18 Yanvar 21:18
Siyasət
18 Yanvar 20:27
Xəbər lenti
18 Yanvar 19:24
İdman
18 Yanvar 18:21
Siyasət
18 Yanvar 17:42
İqtisadiyyat
18 Yanvar 17:18
Siyasət
18 Yanvar 16:46
Hadisə
18 Yanvar 16:15
Dünya
18 Yanvar 15:53
Sosial
18 Yanvar 15:21
Elanlar
18 Yanvar 14:49
Siyasət
18 Yanvar 14:21
Siyasət
18 Yanvar 13:50
Sosial
18 Yanvar 13:18
Siyasət
18 Yanvar 12:42
Siyasət
18 Yanvar 12:38
Siyasət
18 Yanvar 12:17
Gündəm
18 Yanvar 11:52
Sosial
18 Yanvar 11:45
Siyasət
18 Yanvar 11:34
Sosial
18 Yanvar 11:12
İqtisadiyyat
18 Yanvar 10:51
Analitik
18 Yanvar 10:32
Analitik
18 Yanvar 10:18
Ədəbiyyat
18 Yanvar 09:48
Ədəbiyyat
18 Yanvar 09:35
MEDİA
18 Yanvar 09:17
İqtisadiyyat
17 Yanvar 23:47
Mədəniyyət
17 Yanvar 23:26
Dünya
17 Yanvar 23:18
Xəbər lenti
17 Yanvar 22:51
İdman
17 Yanvar 22:37
Xəbər lenti
17 Yanvar 22:15
Sosial
17 Yanvar 22:07
Sosial
17 Yanvar 21:59
İqtisadiyyat
17 Yanvar 21:34
İdman
17 Yanvar 21:13
Dünya
17 Yanvar 20:52
Sosial
17 Yanvar 20:36
İqtisadiyyat
17 Yanvar 20:11
İdman
17 Yanvar 19:58
Din
17 Yanvar 19:32
Sosial
17 Yanvar 19:15
YAP xəbərləri
17 Yanvar 18:52
YAP xəbərləri
17 Yanvar 18:35
YAP xəbərləri
17 Yanvar 18:27
YAP xəbərləri
17 Yanvar 18:26
YAP xəbərləri
17 Yanvar 18:25
YAP xəbərləri
17 Yanvar 18:24
Ədəbiyyat
17 Yanvar 18:22