Avropa İttifaqından Ermənistana şərt...
17.12.2021 [10:22]
Öhdəliklər yerinə yetirilməlidir!
Pərviz Sadayoğlu
44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi zəfər Cənubi Qafqazda mövcud siyasi mənzərəni dəyişməklə yanaşı, yeni iqtisadi münasibətlərin formalaşmasına əlverişli zəmin yaradıb. İşğaldan azad edilmiş bölgələrimizdə qısa zaman kəsiyində görülən işlər, regionun gələcək inkişafını özündə ehtiva edən yeni nəqliyyat-kommunikasiya layihələrinin hazırlanması diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, dünyanın aparıcı dövlətləri, o cümlədən beynəlxalq təşkilatları Ermənistan ilə Azərbaycan arasındakı bütün problemlərin tez bir zamanda həll edilməsi üçün səy göstərir. Sonuncu Brüssel görüşündə Avropa İttifaqının yanaşması da bu reallığı təsdiqləyir.
Bu gün Avropa İttifaqına daxil olan bir sıra dövlətlər Azərbaycanın işğaldan azad edilmiş bölgələrdə apardığı abadlıq-quruculuq işlərində fəal yer alır, hətta gələcək dönəmdə bu ərazilərə investisiya yatırmaqla bağlı konkret niyyət ifadə edirlər. Bu isə öz növbəsində Aİ-nin bölgəyə marağını artırmaqla, iqtisadi əlaqələrin davamlılığını təmin etməklə yanaşı, sülhün və təhlükəsizliyin təmin olunmasına əlavə imkanlar yaradır.
Nəticə etibarilə, prosesin inkişafı Avropanın, xüsusilə Aİ-nin məsələyə baxış bucağında mühüm dəyişikliklərin olduğunu deməyə əsas verir. Təsadüfi deyil ki, Aİ Şurasının Prezidenti Şarl Mişelin Brüssel görüşünün ardından yaydığı bəyanatda da bu tezislər əsas xətt kimi keçir. Ş.Mişel öz bəyanatında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli iki üçtərəfli Bəyanat çərçivəsində götürülmüş əsas öhdəliklərə əməl ediləcəyini və 26 noyabr 2021-ci ildə Soçidə əldə edilmiş anlaşmaların reallaşmalı olduğunu təsdiqləyiblər. Təbii ki, Aİ və onun rəsmiləri də dəqiq bilirlər ki, Azərbaycan sözügedən sənədlərdə göstərilən öhdəliklərə tam şəkildə əməl edib. İndiki halda Ermənistan öz öhdəliklərini yerinə yetirməməklə regionda davamlı sülhün yaradılmasına mane olur. Aİ Şurası Prezidentinin bu mövqeyi isə rəsmi İrəvanın artıq qeyri-konstruktiv mövqedən əl çəkməkdən başqa yolunun qalmadığını göstərir.
Digər tərəfdən, Şarl Mişel yaydığı bəyanatda əsas humanitar məsələlərin həllinin vacib əhəmiyyət daşıdığını vurğulayıb. O, Azərbaycan tərəfindən bu yaxınlarda saxlanılan on erməninin azad edilməsini və bütün qalan mina xəritələrinin Ermənistan tərəfindən Azərbaycana təhvil verilməsini alqışlayıb. Bəli, Azərbaycan hələ müharibənin yeni bitdiyi dönəmdə müharibədə əsir düşmüş şəxslərin hamısını Ermənistana təhvil vermişdi. Sonradan ərazilərimizdə diversiya fəaliyyəti ilə məşğul olan və saxlanılan ermənilərin də öz ölkəsinə qaytarılması təmin edilib. Ermənistan isə bunun müqabilində mina xəritələrini Azərbaycana təqdim etdi. Verilən xəritələrin isə yalnız 25 faizi doğrudur.
Aİ-nin Ermənistan ilə Azərbaycan arasındakı mövcud problemin tam tənzimlənməsində göstərdiyi səylər həm də ticari, daha doğrusu, iqtisadi maraqlara söykənir. Sözügedən bəyanatda da bildirilir ki, liderlər Aİ ilə hər iki ölkə arasında mövcud və perspektiv ticarət-iqtisadi tərəfdaşlıqları müzakirə ediblər. Onlar, həmçinin Aİ-nin regionda etimad yaratmaq, dinc yanaşı yaşamaya töhfə vermək və iqtisadi əməkdaşlığı qurmaq üçün iqtisadi məsləhət platforması yaratmaq niyyətini müzakirə ediblər. Bununla yanaşı, postmüharibə dövründə ən mühüm müzakirə predmeti olan Cənubi Qafqazda kommunikasiya infrastrukturunun bərpasının vacibliyi də sənəddə vurğulanıb. Qarşılıqlılıq prinsipi əsasında sərhəd və gömrük nəzarəti üçün müvafiq tədbirlər görülməklə dəmir yolu xətlərinin bərpasına davam etmək razılaşdırılıb. Bu məqam bir daha Aİ-nin Azərbaycanı regionun lider dövləti kimi qəbul etdiyini və Cənubi Qafqaza böyük maraq göstərdiyini təsdiqləyir.
İki ölkə arasındakı dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə planlaşdırılan danışıqların başlanılmasına gəlincə isə, burada əsas məsuliyyət məhz Ermənistanın üzərinə düşür. Belə ki, sərhədlərin delimitasiyasından boyun qaçıran, prosesin inkişafını ləngidən, hətta bu məsələ gündəmə gəldiyi zaman müəyyən təxribatlara əl atan rəsmi İrəvandır. Bu baxımdan, Aİ problemin həllini tapması üçün müzakirələr təşkil etməklə yanaşı, həm də Ermənistana müəyyən təzyiqlər göstərməlidir.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26

