Faşist, casus və hərbi cani
02.02.2022 [10:19]
İrəvanın siyasi-ideoloji təbliğat simvoluna çevrilmiş Njde...
Nurlan QƏLƏNDƏRLİ
Azərbaycan bölgədə erməni faşizminin baş qaldırmasına heç vaxt imkan verməyəcək!
Prezident İlham Əliyev AZƏRTAC-a müsahibəsində bu günlərdə Rusiyada erməni faşist Qaregin Njde haqqında filmin yayımının dayandırılması, aradan qaldırılması ilə əlaqədar mühüm məqamlara toxundu, vacib mesajlar verdi. “Mən hesab edirəm ki, ilk növbədə, Rusiya ictimaiyyəti bundan xəbərdar oldu və Rusiya ictimaiyyətinin təkidi nəticəsində bu biabırçı aksiya baş tutmadı. Ancaq o da həqiqətdir ki, ilk dəfə olaraq, bu məsələni siyasi müstəviyə gətirən mən olmuşam. Mən əvvəlki illərdə də dəfələrlə bu erməni faşistləri haqqında öz çıxışlarımda məsələ qaldırmışdım. Beynəlxalq təşkilatlar qarşısında, ölkələr qarşısında məsələ qaldırmışdım ki, faşistlərin qəhrəmanlaşdırılmasına imkan vermək olmaz”,- deyə dövlət başçısı qətiyyətlə vurğuladı. Yeri gəlmişkən, Azərbaycan Prezidenti 2019-cu ildə Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Ermənistanın faşist ideologiyasından qidalanması və terrorçu mahiyyətini əks etdirən konkret faktları, tarixi reallıqları ortaya qoymuşdu. Dövlətimizin başçısı Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana İrəvanın mərkəzində heykəl qoyulmasını ciddi tənqid etmiş, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer olmadığını bildirmiş, ən əsası, Ermənistanın baş nazirinin iddialarını darmadağın etmişdi.
Njde ləqəbini daşıyan Qaregin Ter-Arutyunyan kimdir?
Tarixə və bugünkü reallıqlara nəzər yetirdikdə Q.Nijdenin kimliyi və bu səpkidə Ermənistan dövlətinin, bu ölkəyə rəhbərlik edənlərin, erməni millətçilərinin terrorçu mahiyyəti, faşizm ideologiyasından qidalanmasını əks etdirən aşkar faktlar ortaya çıxır. İlk növbədə, qeyd edək ki, Njde ləqəbini daşıyan Qaregin Ter-Arutyunyan İkinci Dünya müharibəsində faşizmin qulluqçusu olub. Daha dəqiq desək, Hitlerin casus şəbəkəsində yer alan bu şəxs təxribat-terror aktları törədilməsi üçün agentura məlumatları toplayan gizli nasist qismində çıxış edib. “Njde” təxəllüslü casusun şüarı reallığı tam dəqiq və aydın əks etdirir: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”.
Digər tərəfdən, Qaregin Njde və digər erməni millətçiləri 1940-cı ildən nasistlərlə əməkdaşlıq ediblər. Onun “Tseqakron” təşkilatının adı erməni dilindən tərcümədə “İrqçilər” deməkdir, o casus fəaliyyətini həm də Holokost qurbanlarının əmlakının satılması və leqallaşdırılmasında göstərirdi. Alman nasizminin qatı tərəfdarı Njdenin “tseqakron” ideologiyası açıq irqçilikdir və o, konkret olaraq hərbi canidir.
Rusiya xüsusi xidmət orqanlarının Njde ilə bağlı rəsmi rəyi...
Yeri gəlmişkən, “1941-1945-ci illərin Böyük Vətən Müharibəsi” 12 cildlik ensiklopediyasının 6-cı cildində Rusiya xüsusi xidmət orqanlarının Q.Njde ilə bağlı rəsmi rəyi belədir: “114-cü abver qrupuna dair agentura işi əks-kəşfiyyatçılar daşnak ordusunun keçmiş generalı, immiqrant, “Njde” təxəllüsü altında almanlara qulluq etmiş Ter-Arutyunyanı həbs ediblər. O, Böyük Vətən Müharibəsi illərində Bolqarıstan ərazisində 30-dan çox erməni millətindən olan agenti öz tərəfinə cəlb edib, onların diversiya hazırlığında və Qızıl Ordunun arxa cəbhəsinə göndərilməsində iştirak edib. Onlardan 17 nəfəri həbs edilib, qalanları isə axtarışa verilib”.
İnkaredilməz həqiqətdir ki, nasist, casus və hərbi cani Qaregin Njde Ermənistanın siyasi-ideoloji təbliğatının simvoluna çevrilib. Prezident İlham Əliyevin bəhs olunan iclasda qeyd etdiyi kimi, 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyinin “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzəsində “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”,-deyə bildirilib.
Siyasi riyakarlıq nümunəsi
Bəhs olunan toplantıda Nikol Paşinyanın Azərbaycan Prezidentinin çıxışında əksini tapan əsaslı arqumentlərə cavab vermək cəhdi uğursuzluğa düçar olmaqla yanaşı, mühüm bir reallığı növbəti dəfə ifadə etmişdi: Ermənistanda siyasi riyakarlıq - ikiüzlülük dövlət səviyyəsində özünü göstərir. Belə ki, bir tərəfdən, bu ölkə BMT Baş Assambleyasında nasizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə səs verir, digər tərəfdən isə, nasizm tərəfdarlarına heykəl qoyur və bu əmələ haqq qazandırmağa çalışır.
Həm beynəlxalq miqyasda, həm də MDB - postsovet məkanında...
Şübhəsiz ki, Ermənistanın terrorçu mahiyyətindən doğan bu cür əməllər həm beynəlxalq miqyasda, həm də MDB - postsovet məkanında ciddi narazılıqla qarşılanır. Q.Njdenin, faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə MDB məkanında, postsovet ölkələrinin rəhbərləri tərəfindən çıxışlar edilib. Xüsusilə də, MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu bu addıma qarşı dəfələrlə ciddi etirazını bildirib, belə halın yolverilməz olduğunu bəyan ediblər.
Bölgədə erməni faşizminin baş qaldırmasına imkan verilməyəcək
Ümumiyyətlə, Ermənistanda, İrəvanda faşist Njdenin adını daşıyan küçələrin, meydanların, metro stansiyasının mövcud olması, altımetrlik abidənin bu günə qədər sökülməməsi kimi faktlar göstərir ki, erməni faşizmi yaşayır. Doğrudur, Azərbaycan İkinci Qarabağ müharibəsində erməni faşizmini ağır məğlubiyyətə uğratdı, erməni faşistləri artıq əvvəlki kimi fəal deyillər. Amma bu gün Ermənistanda faşizmin baş qaldırmaq cəhdləri yenə də müşahidə edilir. Ona görə də beynəlxalq ictimai rəy bu məsələ ilə əlaqədar həmrəy olmalı, bəşəriyyətə qarşı yönəlmiş bu bəla ilə mübarizədə müvafiq addımlar atmalıdır. Dövlət başçısı AZƏRTAC-a müsahibəsində bu məqamlara toxunaraq “Biz erməni faşizmini məğlub etdik, ancaq o, məhv edilməyib. Biz bundan sonra da çalışacağıq ki, erməni faşizminin bütün təzahürlərini yer üzündən silək və buna gücümüz çatır. Ancaq gərək digər ölkələr də, beynəlxalq ictimaiyyət də bu məsələdə həmrəy olsun. Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur”,- deyə bildirib. Şübhəsiz ki, qalib və güclü - qüdrətli Azərbaycan bölgədə erməni faşizminin baş qaldırmasına heç vaxt imkan verməyəcək!
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

