Qəzzanın bərpası necə həyata keçiriləcək?
17.10.2025 [09:30]
BMT tələb olunan məbləği açıqladı - 70 milyard dollar
Oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın təşəbbüsü və siyasi iradəsi, həmçinin beynəlxalq birliyin dəstəyi sayəsində sülh razılaşmasının imzalanması Qəzza bölgəsi və bütün Yaxın Şərq coğrafiyası üçün ümid işığı kimi görünür. Qeyd edək ki, atəşkəsin bərpası HƏMAS və İsrailin Trampın təklif etdiyi 20 bəndlik sülh planının birinci hissəsini qəbul etdikdən sonra baş tutub. Sənədi Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Qətər əmiri Şeyx Təmim bin Həməd əl Tani, ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.
“Onlar həmişə deyirdilər ki, Üçüncü Dünya müharibəsi Yaxın Şərqdə başlayacaq, lakin bu baş verməyəcək”, - deyə Donald Tramp imzalama mərasimində bildirib. O vurğulayıb ki, münaqişə dayanmalıdır. ABŞ lideri bu razılaşmanı “ən çətin” hesab etdiyini də dilə gətirib.
Artıq sənəddə yer alan müddəaların icrasına start verilib. Atəşin dayandırılmasından sonra qarşıda duran ən vacib məsələlərdən biri isə tamamilə dağıdılmış Qəzzanın bərpası və orada insanların yaşaması üçün zəruri şəraitin yaradılmasıdır.
Tamamilə dağıdılmış regionda əsl quruculuq
Qəzzada 7 oktyabr 2023-cü il tarixində HƏMAS-la İsrail arasında başlayan qanlı savaş Yaxın Şərq və bütövlükdə dünya üçün böyük fəlakət idi. İki il ərzində regionda insanlıq faciəsi yaşanıb. Qəzzada 60 mindən çox insan həyatını itirib. Humanitar böhran son həddə çatıb. Göz önündə xarabazarlığa çevrilmiş ərazilər üzanır. Uşaqlar, böyüklər ac-yalavac vəziyyətdədirlər, onlar ən zəruri səhiyyə xidmətlərindən məhrum qalıblar, daldalanmağa yerləri yoxdur.
Bir sözlə, yerlə-yeksan edilmiş Qəzzanın bərpasını sıfırdan həyata keçirmək lazım gələcək. Zəruri infrastruktur qurulmalı, yaşayış evləri tikilməli, iş yerləri yaradılmalıdır. Bunun üçün isə böyük həcmlərdə maliyyə vəsaiti tələb olunur. Bunu elə Yaxın Şərq Sülh Sammitində Donald Trampın özü bildirib. “Qəzzaya çoxlu pul gələcək və çoxsaylı yenidənqurma və tikinti işləri aparacağıq”, - deyə ABŞ Prezidenti yekun bəyanatında bildirib. O vurrğulayıb ki, bu yenidən qurmaq deyil, əsl quruculuq olacaq. “Təmizləmə və tikinti işləri aparılacaq. Mən böyük sərvətə, gücə və ləyaqətə malik olan çoxsaylı ölkələrin məhz bu gün və son bir həftə ərzində mənim yanıma gəlib Qəzzanın yenidən qurulmasına kömək etmək istədiklərini, lazım olan hər şeyə hazır olduqlarını bildirməkdən məmnunam. Bu, əlbəttə ki, çox puldur, lakin nəhəng ölkələrin sərvəti ilə müqayisədə böyük deyil”, - deyə Tramp əlavə edib.
“Müharibənin sona çatdırılması üzrə plana əsasən, Misir yaxın vaxtlarda Qəzzanın yenidən qurulması və inkişafı üzrə beynəlxalq konfrans keçirməyi planlaşdırır”. Bu fikri isə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ifadə edib. “Bu konfrans fələstinlilərə öz torpaqlarında həyat şəraiti yaratmaq və onlara ümid vermək məqsədini güdür. Sülh yalnız dağıntıdan sonra inşa etmək üçün əl uzadıldıqda tamamlana bilər”, - deyə əs-Sisi vurğulayıb.
Koordinasiya Mərkəzi yaxın günlərdə fəaliyyətə başlayacaq
Əlbəttə, praktiki müstəvidə Qəzzanın bərpasına başlamazdan öncə təşkilati məsələlər həllini tapmalıdır. Burada koordinasiyalı fəaliyyətlərin həyata keçirilməsi zəruridir. Bu günlərdə “ABC News” mənbələrə istinadən ABŞ-in rəhbərlik etdiyi Qəzza zolağının bərpası və atəşkəsin monitorinqi üzrə Koordinasiya Mərkəzinin yaxın günlərdə fəaliyyətə başlayacağını bildirib.
Məlumata görə, mərkəz Qəzzanın şimal-şərqində, İsrail ərazisində yerləşəcək. Onun dəqiq yeri açıqlanmır. Sadəcə məlumdur ki, mərkəz İsrailin hərbi bazasında yerləşməyəcək. Fələstin anklavının bərpasında iştirak edən digər ölkələrin rəsmiləri də mərkəzə çıxış əldə edəcəklər. Mərkəzə amerikalı general rəhbərlik edəcək.
Suallardan biri də Qəzzanın bərpasının hansı pullarla və hansı dövlətlər tərəfindən aparılacağı ilə bağlıdır. ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, Yaxın Şərqdəki qarşıdurmanın sona çatmasından sonra Qəzza sektorunun bərpasına ən böyük iqtisadi dəstəyi ərəb ölkələri göstərəcək. Vitse-prezidentin sözlərinə görə, ərəb ölkələri Qəzzanı bərpa etməkdə maraqlıdırlar ki, orada yaşayan hər kəs təhlükəsiz və rahat şəraitdə yaşaya bilsin. Bildirilib ki, bərpa işləri həm infrastrukturun yenidən qurulmasını, həm də humanitar yardımların təşkili və sosial xidmətlərin bərpasını əhatə edəcək.
Qəzzanın bərpasına nə qədər pul tələb olunur?
Qəzza zolağının yenidən qurulması 70 milyard dollar xərc tələb edəcək. Bu barədə BMT-nin İnkişaf Proqramının (BMTİP) Fələstin xalqına yardım proqramı üzrə administratorunun xüsusi nümayəndəsi Yako Silliers bildirib. “BMT, Avropa İttifaqı və Dünya Bankı tərəfindən birgə aparılan zərərin və ehtiyacların operativ qiymətləndirilməsinə əsasən, Qəzzanın bərpası üçün təxminən 70 milyard dollar tələb olunacaq”, - deyə o, Cenevrədə keçirilən brifinqdə vurğulayıb.
Bununla yanaşı, Silliers bərpa işlərinin nə vaxt başa çatacağı ilə bağlı müddəti qiymətləndirməkdən imtina edib. Onun sözlərinə görə, yuxarıda qeyd olunan təşkilatların vəzifəsi, dağıntıların miqyasını müəyyənləşdirməklə yanaşı, hansı bölgələrin ilk növbədə bərpa edilməsi və səylərin hara yönəldilməsi ilə bağlı prioritetləri müəyyən etməkdir. “Ehtimal ki, bütün ərazilər bərpa edilməyəcək”, - deyə o bildirib.
Alternativ “Ərəb planı”
Qəzzanın bərpası ilə bağlı “Ərəb planı” adlandırılan layihə də mövcuddur. Bu plan bir neçə ay bundan əvvəl Ərəb Dövlətləri Liqasının sammitində elan olunub. Ərəb liderləri Qəzza zolağının bərpası və gələcəkdə Fələstin Administrasiyasının (FA) bölgəyə nəzarətini təmin etmək üçün 53 milyard dollar (42 milyard funt sterlinq) dəyərində planı təsdiqləyiblər.
Bu plan Donald Trampın əvvəllər Qəzza ilə bağlı irəli sürdüyü daşınmaz əmlak layihəsinə alternativ olaraq təqdim edilib. Xatırladaq ki, ABŞ Prezidentinin layihəsi Qəzzadan əhalinin məcburi köçürülməsini nəzərdə tuturdu və bu, beynəlxalq ictimaiyyət tərəfindən etnik təmizləməyə dəstək kimi qiymətləndirildi.
Qahirədə keçirilən Ərəb Dövlətləri Liqasının sammitində təqdim edilən “Ərəb planı” fövqəladə humanitar yardımı, dağıdılmış infrastrukturun bərpasını və uzunmüddətli iqtisadi inkişafı hədəfləyir. Misir prezidenti Əbdülfəttah əs-Sisi sammitdəki çıxışında bildirib ki, hökumətinin təqdim etdiyi bərpa planı fələstinlilərə öz torpaqlarında qalmaq imkanı yaradacaq. Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş isə dünya təşkilatının bu təşəbbüsün həyata keçirilməsində “tam əməkdaşlığa hazır” olduğunu bildirib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına bax
Dünya
17 Oktyabr 23:39

YAP xəbərləri
17 Oktyabr 23:15

Sosial
17 Oktyabr 22:51

YAP xəbərləri
17 Oktyabr 22:32

Dünya
17 Oktyabr 22:13

Dünya
17 Oktyabr 21:45

YAP xəbərləri
17 Oktyabr 21:20

Dünya
17 Oktyabr 21:08

Dünya
17 Oktyabr 20:50

YAP xəbərləri
17 Oktyabr 20:31

Sosial
17 Oktyabr 20:12

Dünya
17 Oktyabr 19:51

Dünya
17 Oktyabr 19:38

YAP xəbərləri
17 Oktyabr 19:10

Dünya
17 Oktyabr 18:34

YAP xəbərləri
17 Oktyabr 18:09

Xəbər lenti
17 Oktyabr 18:04

YAP xəbərləri
17 Oktyabr 17:50

Dünya
17 Oktyabr 17:30

YAP xəbərləri
17 Oktyabr 17:26

YAP xəbərləri
17 Oktyabr 17:17

YAP xəbərləri
17 Oktyabr 17:04

Maraqlı
17 Oktyabr 16:52

Siyasət
17 Oktyabr 16:32

Dünya
17 Oktyabr 16:19

YAP xəbərləri
17 Oktyabr 16:14

YAP xəbərləri
17 Oktyabr 16:13

Dünya
17 Oktyabr 15:56

Dünya
17 Oktyabr 15:21

Din
17 Oktyabr 15:01

Hərbi
17 Oktyabr 14:51

Gündəm
17 Oktyabr 14:42

YAP xəbərləri
17 Oktyabr 14:26

YAP xəbərləri
17 Oktyabr 14:19

Dünya
17 Oktyabr 14:14

Dünya
17 Oktyabr 13:49

YAP xəbərləri
17 Oktyabr 13:49

Siyasət
17 Oktyabr 13:47

YAP xəbərləri
17 Oktyabr 13:23

YAP xəbərləri
17 Oktyabr 13:21

YAP xəbərləri
17 Oktyabr 13:08

Sosial
17 Oktyabr 13:02

Sosial
17 Oktyabr 12:46

Gündəm
17 Oktyabr 12:25

Analitik
17 Oktyabr 12:19

YAP xəbərləri
17 Oktyabr 12:17

Elanlar
17 Oktyabr 12:13

YAP xəbərləri
17 Oktyabr 12:00

Sosial
17 Oktyabr 11:53

YAP xəbərləri
17 Oktyabr 11:52

Sosial
17 Oktyabr 11:46

Siyasət
17 Oktyabr 11:45

İqtisadiyyat
17 Oktyabr 11:38

Hadisə
17 Oktyabr 11:33

Sosial
17 Oktyabr 11:31

İqtisadiyyat
17 Oktyabr 11:29

Sosial
17 Oktyabr 11:16

İqtisadiyyat
17 Oktyabr 11:13

Analitik
17 Oktyabr 10:54

MEDİA
17 Oktyabr 10:51

Sosial
17 Oktyabr 10:35

Elm
17 Oktyabr 10:12

Analitik
17 Oktyabr 09:57

Analitik
17 Oktyabr 09:30

Analitik
17 Oktyabr 09:14

Sosial
17 Oktyabr 08:59

İqtisadiyyat
17 Oktyabr 08:32

Gündəm
17 Oktyabr 08:10

Dünya
17 Oktyabr 03:49

Gündəm
17 Oktyabr 00:52
