Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Boşanmalar azalıb, amma...

Boşanmalar azalıb, amma...

17.10.2025 [08:59]

Ayrılıqdan sonrakı “ittihamlar dövrü”!

Tərəflər necə davranmalıdır?

Boşanma yalnız iki insanın münasibətlərini sona çatdırmaqla qalmır, bəzən tərəflər bir-birinə qarşı sərt ittihamlar irəli sürürlər. Məhz bu ittihamlar arasında ən çox unudulan və zərbə alanlar da uşaqlardır. Təəssüf ki, boşanma sonrası yaşanan ən acı reallıqlardan biri əksər kişilərin ata olaraq məsuliyyətlərindən qaçmalarıdır. Bir çox hallarda isə qadınlar boşanmanın ardından uşağı “silah” kimi istifadə edərək, keçmiş həyat yoldaşlarına qarşı bir növ nəzarət mexanizmi kimi istifadə edirlər. Məlumdur ki, bu, həm uşağın, həm də ayrılmış tərəflərin həyatını daha da çətinləşdirir, uzunmüddətli psixoloji zərbələr yaradır.

13869 boşanma halları qeydə alınıb

Ötən ay ölkədə qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb. Bununla bağlı Dövlət Statistika Komitəsi (DSK) aylıq hesabatını qeyd edib. Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 31403 nikah və 13869 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,5-dən 4,6-ya qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.

Statistik rəqəmlərdən göründüyü kimi, ötən illə müqayisədə ölkədə boşanmaların sayında azalma müşahidə olunur. Buna baxmayaraq, hələ də cəmiyyətimizdə boşandıqdan sonra uşaqların psixoloji durumuna, ümumiyyətlə gələcəyinə biganə qalan valideynlər var.

Bəzi valideynlər şəxsi maraqlarına fokuslanırlar

Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən sosioloq Arzu Babayeva bildirib ki, boşanma yalnız valideynlər üçün deyil, uşaqlar üçün də ağır bir dönəmdir. Onun sözlərinə görə, təəssüf ki, bəzi valideynlər boşanmanın uşağın psixoloji durumu və gələcəyi üzərində yaratdığı təsirləri nəzərə almadan, yalnız öz şəxsi maraqlarına fokuslanırlar. Bu da uşaqların gələcəyini təhlükə altına alır və onların emosional sağlamlığına böyük zərər vurur: “Boşanmanın uşaqlar üzərindəki təsiri hər bir fərd üçün fərqli olsa da, ümumiyyətlə, uşaqların psixoloji vəziyyəti çox dəyişkən və həssas ola bilər. Onlar bir tərəfdən valideynlərin ayrılmasından yaranan narahatlıq, kədər və qorxu hissi ilə baş etməyə çalışır, digər tərəfdən isə öz gələcəkləri ilə bağlı dərindən düşünməyə başlayırlar. Bu müddət uşaqlar üçün çox mürəkkəb və qarışıq ola bilər. Hətta böyüklər belə böhrandan sonra bəzən emosional yüklə başa çıxa bilmirlər, uşaqlar isə bununla necə baş etməli olduqlarını çox zaman bilmirlər”.

Təkcə maddi dəstəklə kifayətlənmək yanlışdır!

A.Babayeva qeyd edib ki, cəmiyyətimizdə bəzi valideynlərin, xüsusilə də boşanmanın uşaqlarına gətirdiyi psixoloji yükü və emosional boşluğu nəzərə almadıqlarını göstərən çoxlu hallar var: “Bir çox halda valideynlər yalnız maddi tərəfi düşünərək uşaqların psixoloji ehtiyaclarını gözardı edirlər. Məsələn, bir ata və ya ana uşaqlarının yalnız həyatlarını davam etdirmək üçün maddi dəstəyi təmin etməyi kifayət bilirlər, amma onların emosional vəziyyəti ilə maraqlanmırlar. Həmçinin, boşanmış valideynlər arasında tez-tez baş verən münaqişələr və qarşıdurmalar uşaqlar üçün çox zərərlidir. Çünki onlar valideynlərinin mübarizələrinin, inciklərinin və bir-birinə qarşı duyduğu qəzəbin şahidi olurlar. Bu isə uşağın özünə olan inamını və dünyaya baxışını ciddi şəkildə poza bilər”.

Ortaq məxrəcə gəlmək vacibdir...

Sosioloqun fikrincə, boşanma dövrü bir çox insanlar üçün “ittihamlar dövrü” olur: “Hər iki tərəf bir-birini günahlandırır, keçmişdəki səhvlər və uğursuzluqlar ön plana çıxarılır, hiddət və qəzəb hissləri üzə çıxır. Amma, boşanma nə qədər çətin olsa da, bu, iki valideynin uşaq üçün qarşılıqlı olaraq məsuliyyətlərini yerinə yetirməmələri üçün səbəb olmamalıdır. Bir-birini təhqir etmək, keçmişdəki yanlışları müzakirə etmək, uşaqları buna alət etmək daha çox onların övladlarının hərtərəfli inkişafına ziyandır.

Əksinə, uşaqların rifahı və emosional sağlamlığı üçün tərəflərin bir araya gəlməyi bacarması, öz fərdi hisslərini bir kənara qoyaraq ortaq məxrəcə gəlmələri çox vacibdir. Bu, həqiqətən çox önəmli bir məsələdir və cəmiyyət olaraq, boşanmış valideynlərin öz aralarındakı münasibətləri necə qurduqları uşaqların gələcəyi üçün əvəzsizdir”.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 62 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Oktyabr 11:38  

İqtisadiyyat

Analitik

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31