Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Gəncəyə qarşı terrordan 5 il ötür...

Gəncəyə qarşı terrordan 5 il ötür...

17.10.2025 [11:16]

Hücum nəticəsində 15 nəfər həyatını itirdi, 55 nəfər yaralandı...

Bu qanlı aktın sifarişçiləri ədalət mühakiməsi qarşısındadırlar

Müharibənin yazılmış və yazılmamış qanunları var - terrorizm, günahsız dinc insanların qətli, cəbhə bölgəsindən kənarda yerləşən şəhər və kəndlərin atəşə tutulması birbaşa müharibə cinayəti kimi tövsif olunur. Hələ Birinci Qarabağ müharibəsi dövründən saysız-hesabsız müharibə cinayətlərinə “imza atmış” Ermənistan dövləti 44 günlük müharibə dövründə də “ənənəsinə” sadiq qaldı. Bu dövrdə Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini, mülki insanları, kənd və şəhərləri atəşə tutmaqla özünün əsl simasını ortaya qoydu. Belə qanlı cinayətlərdən biri də 2020-ci il oktyabrın 17-də gecə saat 01.00 radələrində Gəncə şəhərinin əhalisinə qarşı edildi - Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edərək qədim Gəncənin dinc sakinlərinə qarşı növbəti terrror törətdi.

Bu gün Gəncənin raket atəşinə tutulmasından 5 il ötür. Xatırladaq ki, erməni silahlı birləşmələrinin şəhəri “Skat” ballistik raketləri ilə hədəf alması nəticəsində 15 mülki şəxs ölüb, 55 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Faktla bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni aparma), 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Qeyd edilməlidir ki, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Ermənistan cəbhədən yüzlərlə kilometr aralıdakı, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni oktyabrın 4-də, 5-də, 8-də, 11-də və 17-də raket və ağır artilleriyadan atəşə tutub, nəticədə 10 qadın, 6 azyaşlı olmaqla 26 dinc sakin həlak olub, 32 azyaşlı olmaqla 175 nəfər yaralanıb. Eləcə də, 2020-ci ilin  oktyabrın 17-də gecə saat 01 radələrində növbəti dəfə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə alındı - erməni silahlı birləşmələri cəbhə zonasından 100 kilometrdən artıq uzaqlıqdakı iri sənaye şəhəri Mingəçevirə raketlər atdı. Raketlər Ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildi.

Bu qanlı terrror hadisəsi ilə bağlı Azərbaycan xalqına müraciət edən Prezident İlham Əliyev bildirmişd: “Bu, bir daha Ermənistan rəhbərliyinin faşist mahiyyətini göstərir. Birinci dəfə deyil ki, bizim şəhərlərimiz atəşə məruz qalır və demək olar ki, hər gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və digər şəhərlərə Ermənistan atəş açır. Bu atəş nəticəsində vətəndaşlarımız həlak olur, yaralanır, 2 mindən çox ev dağıdılıb, ya da ki, bu evlərə çox böyük ziyan vurulubdur. Ancaq bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz. Ermənistan rəhbərliyi hərbi cinayət törədir. Dinc əhaliyə atəş açmaq, özü də əməliyyat operativ raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir. Onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar. Biz isə onların cavabını döyüş meydanında veririk. Şəhidlərin, günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib”.

Göründüyü kimi, Ermənistan hərbi birləşmələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsinin gedişatında əldə olunmuş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, döyüş meydanındakı ağır məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə və cəbhə zonasından uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini atəşə tutub. Belə ki, erməni hərbi birləşmələri  yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçib, müxtəlif növ silahlarla, ballistik raketlərlə, eyni zamanda, qadağan olunmuş artilleriya silahları ilə atəşə tutaraq insanlıq və sülh əleyhinə, habelə müharibə cinayətləri törədib, müharibəyə hər hansı aidiyyəti olmayan, gündəlik qayğıları ilə yaşayan mülki şəxsləri vəhşicəsinə qətlə yetirib, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurublar.

Xatırladaq ki, müharibə dövründə Qarabağdakı erməni separatçılarının başçısı Arayik Arutunyanın özü Gəncə şəhərinə raket hücumu əmrini verdiyini etiraf etmişdi. Hazırda Arayik və digər separatçılar, günahsız insanların qatilləri Bakıda Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab verirlər.

SADİQ

Paylaş:
Baxılıb: 95 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

YAP xəbərləri

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Oktyabr 11:38  

İqtisadiyyat

Analitik

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31