Qarşıdakı 4 ildə...
17.10.2025 [11:38]
2026-2029-cu illərə dair Ortamüddətli Xərclər Çərçivəsində ölkəmizin iqtisadi artım hədəfləri əks olunub
Maliyyə Nazirliyi tərəfindən 2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi (OMXÇ) sənədi ictimaiyyətə açıqlanıb. Prezidentin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na uyğun olaraq hazırlanan OMXÇ özündə büdcə siyasətinin əsas istiqamət və hədəflərini, makro-fiskal çərçivəni, fiskal risklərin təhlili və mitiqasiya tədbirlərini, Milli Xərc Prioritetlərini, Ortamüddətli Resurs Zərfini, həmçinin icmal və dövlət büdcələrinin gəlir və xərclərinin proqnozlarını əhatə edir. Eyni zamanda, sənəddə proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarına cəlb olunan sektorlara növbəti ortamüddətli dövr üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin proqramlar üzrə bölgüsü barədə məlumatlar əks olunub.
2029-cu ildə ÜDM-in həcmi 161,8 milyard manata çatacaq
2026-2029-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsinə əsasən, 2026-cı ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcək. Ortamüddətli dövr üçün makroiqtisadi proqnozlara görə, 2026-cı ilin sonuna ÜDM-in həcmi 134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcmi 101,7 milyard manat təşkil edəcəyi, 2029-cu ildə isə ÜDM-in 161,8 milyard manata qədər, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcminin 129,5 milyard manata qədər artacağı gözlənilir. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,5 faiz, qeyri-neft-qaz ÜDM-nin 4,9 faiz olacağı fərz edilir.
Hökumətin nikbin makroiqtisadi ssenarisinə əsasən, ölkəmizin qarşıdakı 4 il ərzində iqtisadi inkişafının əsas drayverləri qeyri-neft sektoru üzrə yığım mənbələrinin təşviqi, “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılması və müxtəlif sektorlarda çalışan fiziki şəxslərin gəlir vergisi üzrə verilmiş azadolmanın müddətinin 2025-ci ilin sonunda bitməsi və bunun sayəsində yeni fiskal gəlir kanalının yaranması, habelə iqtisadiyyatın özəl və dövlət sektorunda qeyri-rəsmi məşğulluğun qarşısının alınması və gəlirlərin leqallaşdırılması nəticəsində qeyri-neft yığım mənbələrinin genişlənməsi olacaq. 2029-cu ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payı daha da artaraq 80 faizə çatacaq, neft-qaz sektorunun payı isə 20 faizə bərabər olacaq.
İnvestisiya qoyuluşlarında artımlar davam edəcək
Baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2026-cı il üçün 65 dollar və 2027-2029-cu illər üçün də eyni qalacağı fərz edilir. Bununla yanaşı, 2029-cu ildən etibarən Abşeron yatağının tam gücü ilə istismarı hesabına hasilatın artması və bunun sektorun ümumi inkişafına müsbət töhfə verməsi gözlənilir.
2026-cı ildə əsas kapitala olan investisiyalarda 6,9 faiz, ortamüddətli dövrdə isə orta illik 3,9 faiz artım olacağı proqnozlaşdırılır. Neft-qaz sektoruna yönəldilən kapital qoyuluşlarında 2026-2027-ci illərdə artım proqnozlaşdırılır. Əsas kapitala investisiyaların proqnozlaşdırılması zamanı neft-qaz sektoru üzrə əsas təşkilatlardan alınmış investisiya proqnozları, dövlət büdcəsinin əsaslı xərcləri üzrə proqnozlar, o cümlədən işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı quruculuq işləri ilə əlaqədar investisiyalar, strategiya çərçivəsində qeyri-neft-qazsektoruna cəlb olunacaq birbaşa xarici investisiyaların illik 10-15 faiz artması hədəfi, habelə dövlət investisiyalarının iqtisadi səmərəliliyinin yüksəldilməsi, bank-maliyyə sektorunun maliyyə vasitəçiliyi funksiyasının gücləndirilməsi və infrastruktur layihələrində dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi nəzərə alınıb.
İnflyasiya azalaraq 4,2 faizə düşəcək
İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənnə indeksinin dinamikası və məzənnənin sabit qalması fərziyyələri, tənzimlənən mal və xidmətlərin tariflərinin dəyişməsinin təsirləri nəzərə alınaraq baza ssenaridə cari il üzrə 5,4 faiz proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2029-cu ildə 4,2 faiz olacağı gözlənilir. Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2029-cu ildə 123,2 milyard manata, xərclərinin isə 120,6 milyard manata qədər yüksəlməsi gözlənilir. 2026-2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb.
İcmal büdcənin gəlirləri 50 milyard manata çatacaq
2026-cı il və növbəti üç ili əhatə edən ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilib. Gəlirlər üzrə siyasətin əsas istiqamətləri ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etmək məqsədi daşıyır. Bu tədbirlər çərçivəsində vergi yükünün optimallaşdırılması, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi və vergi və gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi kimi addımlar planlaşdırılır.
2026-cı il üçün icmal büdcəsinin gəlirləri 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1 milyard 18,8 milyon manat və yaxud 2,3 faiz çox olmaqla 44 milyard 969,4 milyon manat, ortamüddətli dövrün sonuna isə 6 milyard 472 milyon manat və yaxud 14,7 faiz çox olmaqla 50 milyard 422,5 milyon manat proqnozlaşdırılır. Dövlət büdcəsinin gəlirləri əvvəlki illərin faktiki icra göstəriciləri 2026-cı il vəsonrakı üç il üçün son makroiqtisadi proqnozlar (ÜDM və qeyri-neft-qaz ÜDM-in artım templəri, valyuta məzənnəsi, neft-qaz hasilatı, neft qiyməti vədigər) əsasında, hər bir tədiyə növü üzrə ayrı-ayrılıqda hesablanıb. Qeyri-neft sektoru üzrə ÜDM-də proqnozlaşdırılan artım, həmçinin “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılması, fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların optimallaşdırılması, gəlirlərin leqallaşdırılması, elektron idarəetmənin iqtisadiyyatın əksər sahələrinə nüfuzunun artması nəticəsində şəffaflığın təmin edilməsi və nəzarətin güclənməsi növbəti illərdə büdcə gəlirlərinin tərkibində qeyri-neft-qaz gəlirlərinin payının genişlənməsinə səbəb olacaq. Beləki, 2029-cu ildə qeyri-neft-qaz gəlirlərinin dövlət büdcəsinin gəlirlərindəki payı 2026-cı ilin göstəricisi ilə müqayisədə 9 faiz-bənd artaraq 66,4 faiz, mütləq ifadədə isə 20,1 faiz artaraq 26,6 milyard manat təşkil edəcək.
Xərclər üzrə siyasətin əsas istiqamətləri
Dövlət büdcəsinin əsas xərc istiqamətləri büdcə siyasəti qarşısında dayanan çağırışlar və sosial-iqtisadi hədəflər əsas götürülməklə ortamüddətli resurs zərfinə uyğun olaraq Milli Xərc Prioritetləri əsasında müəyyənləşdirilib. 2026-cı il üzrə dövlət büdcəsinin xərcləri 41 milyard 703,6 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 296 milyon manat və ya 0,7 faiz çoxdur. Ortamüddətli dövrün sonuna isə dövlət büdcəsinin xərcləri 2025-ci ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 1 milyard 925,6 milyon manat və yaxud 4,7 faiz çox olmaqla 43 milyard 333,2 milyon manat proqnozlaşdırılır.
Ümumilikdə, ortamüddətli dövrdə dövlət büdcəsinin əsas xərc istiqamətləri ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, o cümlədən ölkə sərhədlərinin bərpası və toxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi və “Böyük Qayıdış”ın sürətli icrası prioritetlərini əks etdirir. Təkcə, OMXÇ üzrə qarşıdakı 4 ildə azad olunmuş ərazilərin yenidənqurulması və bərpasına 13,5 milyard manat vəsait ayrılması nəzərdə tutulur.
Bundan başqa, əhalinin sosial təminatının və xidmət şəraitinin, habelə müxtəlif sosial qrupların sosial müdafiəsinin daha da yaxşılaşdırılması, biznesə dəstəyin artırılması və investisiyaların davamlılığının qorunması, iqlim həlləri və “yaşıl iqtisadiyyat” quruculuğuna, bir sıra mühüm proqram və tədbirlərin icrası üçün maliyyə təminatınının gücləndirilməsi nəzərdə tutulur.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
Dünya
17 Oktyabr 23:39

YAP xəbərləri
17 Oktyabr 23:15

Sosial
17 Oktyabr 22:51

YAP xəbərləri
17 Oktyabr 22:32

Dünya
17 Oktyabr 22:13

Dünya
17 Oktyabr 21:45

YAP xəbərləri
17 Oktyabr 21:20

Dünya
17 Oktyabr 21:08

Dünya
17 Oktyabr 20:50

YAP xəbərləri
17 Oktyabr 20:31

Sosial
17 Oktyabr 20:12

Dünya
17 Oktyabr 19:51

Dünya
17 Oktyabr 19:38

YAP xəbərləri
17 Oktyabr 19:10

Dünya
17 Oktyabr 18:34

YAP xəbərləri
17 Oktyabr 18:09

Xəbər lenti
17 Oktyabr 18:04

YAP xəbərləri
17 Oktyabr 17:50

Dünya
17 Oktyabr 17:30

YAP xəbərləri
17 Oktyabr 17:26

YAP xəbərləri
17 Oktyabr 17:17

YAP xəbərləri
17 Oktyabr 17:04

Maraqlı
17 Oktyabr 16:52

Siyasət
17 Oktyabr 16:32

Dünya
17 Oktyabr 16:19

YAP xəbərləri
17 Oktyabr 16:14

YAP xəbərləri
17 Oktyabr 16:13

Dünya
17 Oktyabr 15:56

Dünya
17 Oktyabr 15:21

Din
17 Oktyabr 15:01

Hərbi
17 Oktyabr 14:51

Gündəm
17 Oktyabr 14:42

YAP xəbərləri
17 Oktyabr 14:26

YAP xəbərləri
17 Oktyabr 14:19

Dünya
17 Oktyabr 14:14

Dünya
17 Oktyabr 13:49

YAP xəbərləri
17 Oktyabr 13:49

Siyasət
17 Oktyabr 13:47

YAP xəbərləri
17 Oktyabr 13:23

YAP xəbərləri
17 Oktyabr 13:21

YAP xəbərləri
17 Oktyabr 13:08

Sosial
17 Oktyabr 13:02

Sosial
17 Oktyabr 12:46

Gündəm
17 Oktyabr 12:25

Analitik
17 Oktyabr 12:19

YAP xəbərləri
17 Oktyabr 12:17

Elanlar
17 Oktyabr 12:13

YAP xəbərləri
17 Oktyabr 12:00

Sosial
17 Oktyabr 11:53

YAP xəbərləri
17 Oktyabr 11:52

Sosial
17 Oktyabr 11:46

Siyasət
17 Oktyabr 11:45

İqtisadiyyat
17 Oktyabr 11:38

Hadisə
17 Oktyabr 11:33

Sosial
17 Oktyabr 11:31

İqtisadiyyat
17 Oktyabr 11:29

Sosial
17 Oktyabr 11:16

İqtisadiyyat
17 Oktyabr 11:13

Analitik
17 Oktyabr 10:54

MEDİA
17 Oktyabr 10:51

Sosial
17 Oktyabr 10:35

Elm
17 Oktyabr 10:12

Analitik
17 Oktyabr 09:57

Analitik
17 Oktyabr 09:30

Analitik
17 Oktyabr 09:14

Sosial
17 Oktyabr 08:59

İqtisadiyyat
17 Oktyabr 08:32

Gündəm
17 Oktyabr 08:10

Dünya
17 Oktyabr 03:49

Gündəm
17 Oktyabr 00:52
