Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Media: Aİ Rusiyanın LNG qazının ən böyük alıcısı olaraq qalır

Media: Aİ Rusiyanın LNG qazının ən böyük alıcısı olaraq qalır

27.10.2025 [11:36]

Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalına mərhələli qadağa Aİ-nin 19-cu sanksiyalar paketinə daxil edilsə də, Avropa İttifaqı hələ də Rusiyanın LNG-nin əsas alıcısı olaraq qalır.

AZƏRTAC xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” məlumat yayıb.

Məlumata görə, 2022-ci ilin fevralından 2025-ci ilin sentyabrına qədər Aİ idxal etdiyi LNG-nin təxminən yarısını Rusiyadan alıb. Ardınca Çin (22%) və Yaponiya (18%) gəlir. Bundan əlavə, Aİ boru kəməri qazının da əsas alıcısı olaraq qalır — bu pay təxminən 35% təşkil edir.

Aİ ölkələri arasında Macarıstan, Slovakiya, Fransa, Belçika və Niderland Rusiya qazının əsas alıcıları sayılır.

2024-cü ilin sonuna qədər Rusiyanın Aİ-yə LNG tədarükü 21% artaraq rekord səviyyə — 21,5 milyard kubmetr olub. 2025-ci ilin ilk doqquz ayında isə bu həcmlər 7% azalaraq 15 milyard kubmetrə düşüb.

“Eurostat” məlumatlarına əsasən, 2025-ci ilin yanvar–avqust aylarında Aİ-nin Rusiya qazı üzrə ümumi idxalı 8% artaraq 9,75 milyard avro təşkil edib. Bunun 4,1 milyard avrosu boru kəməri qazına, 5,7 milyard avrosu isə LNG-yə aiddir.

Paylaş:
Baxılıb: 44 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31