Dövlətin növbəti sosial qayğısı
26.12.2025 [11:45]
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən, 2025-ci il dekabrın 30-u tarixinə aztəminatlı ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Birdəfəlik maddi yardım verilməsi üçün dövlət büdcəsindən 15,3 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Aztəminatlı ailələrə kimlər aiddir?
Aztəminatlı ailə dedikdə, orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna əsasən, bu müavinət və yardımın məbləği ölkə üzrə ehtiyac meyarının həddinə uyğun olaraq müəyyən edilir. Ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir. Belə ki, ailənin toplam gəlirlərinə ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada əldə edilən qazanc daxildir. Ailənin orta aylıq gəliri isə ailənin gəlirinin orta aylıq göstəricisi, ailədə adambaşına düşən orta gəlir isə ailənin məcmu gəlirlərinin ailə üzvlərinin sayına nisbətidir.
Azərbaycan ərazisində yaşayan və müraciətdən əvvəlki son 1 il ərzində orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətli olmaması, ailənin əmək qabiliyyətli üzvünün Baş Məşğulluq İdarəsinin yerli orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr dövlət büdcəsinin vəsaiti hesabına ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində sosial yardım almaq hüququna malikdir. Qeyd edək ki, qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər də ünvanlı dövlət sosial yardımı məqsədli ailə üzvü kimi qəbul edilir.
Beləliklə, aztəminatlı ailələrin hər biri ünvanlı sosial yardım alır. 2025-ci il üçün ölkəmizdə ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilib. Bu, o deməkdir ki, 4 nəfərlik ailənin aylıq gəlirləri (285*4=1140) 1140 manatdan az olan ailələr bu yardımı əldə edirlər. 2018-2025-ci illər ərzində bu yardımın hər ailəyə düşən orta aylıq məbləği 2,4 dəfə artıb və hazırda 425 manat təşkil edir.
Hazırda ünvanlı sosial yardımla təmin olunan 76 min ailə mövcuddur və bu o deməkdir ki, 200 manat birdəfəlik maddi yardımı 76 min ailə əldə edəcək.
Yardımlar necə ödəniləcək?
200 manata almaq üçün aztəminatlı ailələrin heç bir quruma, sosial müfdafiə mərkəzlərinə müraciət etməsinə ehtiyac yoxdur. Çünki ünvanlı sosial yardımla bağlı qaydalar təkmilləşdirilib. Ünvanlı yardım proqramına əlçatanlığın artırılması, yardımın təyinat şərtlərinin yumşaldılması üçün qanunvericilikdə bir sıra dəyişikliklər edilib. Ötən il isə “Ünvanlı yardım” e-sistemi yenidən qurulmaqla, yardım üçün müraciət proseduru xeyli sadələşdirilib. E-sosial sistemi ünvanlı yardım proqramın icrasında ünvanlılığın təminatına, yardım alınması üçün müraciət və təyinat prosesinin məmur-vətəndaş kontaktları olmadan, tam şəffaf həyata keçirilməsinə imkan yaradıb. Digər tərəfdən, proqramın icrasının, bu sahədə xidmətlərin və idarəçiliyin operativliyi, sosial yardım sisteminin aztəminatlı ailələrə daha əlçatan olması təmin edilib. Hər hansı vətəndaş təmsil etdiyi ailənin sosial yardım almaq hüququna baxılması üçün yalnız e-qaydada müraciət edərək, ailəsinin tərkibi, gəlirləri, əmlakı və s. barədə məlumatları e-sistemə daxil edir və bu məlumatlar avtomatlaşdırılmış rejimdə yoxlanaraq qərar qəbul olunur.
Ona görə də, e- sistem yardımı alan ailələrin siyahısını özü emal edərək bank qurumuna təqdim edəcək. Proaktiv sistem bütün prosesləri özü təmin edir. Bu baxımdan 200 manat yardımın alınması üçün heç bir quruma müraciət etməyə və yaxud kart almağa ehtiyac yoxdur. Bayram yardımı ünvanlı sosial yardım alan ailələrin mövcud kartlarına ödəniləcək.
Beləliklə, dövlət başçısının imzaladığı müvafiq sərəncam bir daha təsdiq edir ki, dövlətin sosial siyasətində əsas prioritet istiqamət kimi vətəndaşların rifahının yüksəldilməsi və sosial təminatın dayanıqılığı mühüm yer turur. Aztəminatlı ailələrin ən əlamətdar tarixi təqvimlərdən birində - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə dövlət tərəfindən həssaslıqla qarşılanması hökumətin onlara bayram sevinci bəxş etməsi deməkdir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Dekabr 19:40
Sosial
31 Dekabr 18:26
Dünya
31 Dekabr 17:30
Maraqlı
31 Dekabr 16:22
Hadisə
31 Dekabr 15:57
Dünya
31 Dekabr 15:39
Dünya
31 Dekabr 14:42
Dünya
31 Dekabr 14:18
Dünya
31 Dekabr 13:49
Dünya
31 Dekabr 13:25
Hadisə
31 Dekabr 12:41
Sosial
31 Dekabr 12:16
Dünya
31 Dekabr 12:03
Sosial
31 Dekabr 11:51
Siyasət
31 Dekabr 11:44
Siyasət
31 Dekabr 11:43
Gündəm
31 Dekabr 11:20
Siyasət
31 Dekabr 10:59
Sosial
31 Dekabr 10:35
İqtisadiyyat
31 Dekabr 10:12
Siyasət
31 Dekabr 10:02
MEDİA
31 Dekabr 09:54
Analitik
31 Dekabr 09:30
Ədəbiyyat
31 Dekabr 09:17
İqtisadiyyat
31 Dekabr 08:51
Mədəniyyət
31 Dekabr 08:26
YAP xəbərləri
30 Dekabr 22:59
Gündəm
30 Dekabr 21:45
YAP xəbərləri
30 Dekabr 21:00
YAP xəbərləri
30 Dekabr 20:30
YAP xəbərləri
30 Dekabr 20:25
YAP xəbərləri
30 Dekabr 19:29
İqtisadiyyat
30 Dekabr 19:27
Sosial
30 Dekabr 18:26
Hadisə
30 Dekabr 17:45
YAP xəbərləri
30 Dekabr 16:48
Maraqlı
30 Dekabr 16:43
Dünya
30 Dekabr 16:39
YAP xəbərləri
30 Dekabr 16:01
YAP xəbərləri
30 Dekabr 15:56
Dünya
30 Dekabr 15:27
YAP xəbərləri
30 Dekabr 15:12
Hərbi
30 Dekabr 15:02
Sosial
30 Dekabr 15:01
İqtisadiyyat
30 Dekabr 15:00
Siyasət
30 Dekabr 14:59
Sosial
30 Dekabr 14:58
Dünya
30 Dekabr 14:45
Dünya
30 Dekabr 14:16
Sosial
30 Dekabr 13:56
Dünya
30 Dekabr 13:49
Dünya
30 Dekabr 13:24
Siyasət
30 Dekabr 13:23
Sosial
30 Dekabr 13:05
Siyasət
30 Dekabr 12:54
İqtisadiyyat
30 Dekabr 12:51
Gündəm
30 Dekabr 12:30
Gündəm
30 Dekabr 12:17
Siyasət
30 Dekabr 11:53
Siyasət
30 Dekabr 11:31
İqtisadiyyat
30 Dekabr 11:18
YAP xəbərləri
30 Dekabr 11:03
İqtisadiyyat
30 Dekabr 10:58
Xəbər lenti
30 Dekabr 10:44
Analitik
30 Dekabr 10:39
İqtisadiyyat
30 Dekabr 10:15
Analitik
30 Dekabr 08:57
Analitik
30 Dekabr 08:32
Müsahibə
30 Dekabr 08:19
Dünya
30 Dekabr 07:51

