Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / FHN xüsusi təhsil məktəbində maarifləndirmə tədbiri keçirib

FHN xüsusi təhsil məktəbində maarifləndirmə tədbiri keçirib

30.12.2025 [10:44]

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 3 nömrəli xüsusi təhsil məktəbində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda tədbir keçirib.

Tədbirin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması olub.

Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən məktəbin kollektivinə yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə göstərilib, suallar cavablandırılıb.

Daha sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və digər aidiyyəti qurumlarının müvafiq canlı qüvvə və texnikasının iştirakı ilə məktəbin arxa giriş qapısının qarşısında ətraf ərazidə yaşayan sakinlər tərəfindən qanunsuz olaraq quraşdırılmış talvar və digər maneələr sökülməklə baş verə biləcək fövqəladə hallar zamanı yanğından mühafizə bölmələrinin çevik və səmərəli fəaliyyətinə mane olan pozuntular aradan qaldırılıb.

Tədbir zamanı qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.

Sonda məktəbin şagirdlərinə bayram hədiyyələri təqdim edilib.


Paylaş:
Baxılıb: 86 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31