Davamlı tərəqqi modeli
05.03.2026 [15:37]
3 mart 2026-cı il tarixində Bakı şəhərində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurasının nazirlərin 4-cü iclası qlobal enerji əməkdaşlığının müzakirə olunduğu mühüm beynəlxalq platformalardan biri kimi diqqət çəkdi. Tədbirdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rolu və ölkəmizin bu sahədə etibarlı tərəfdaş kimi mövqeyini bir daha vurğuladı.
Son illərdə həyata keçirilən məqsədyönlü enerji siyasəti nəticəsində Azərbaycan beynəlxalq enerji bazarında strateji mövqeyini möhkəmləndirib. Bu baxımdan Cənub Qaz Dəhlizi layihəsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan təşəbbüsü ilə reallaşdırılan bu mühüm enerji layihəsi Xəzər regionunun zəngin enerji resurslarını Avropa bazarlarına çatdırmaqla qitənin enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycan hər zaman tərəfdaşları qarşısında götürdüyü öhdəliklərə sadiq qalaraq enerji resurslarının etibarlı və dayanıqlı şəkildə nəqlini təmin edir. Bu etibarlı tərəfdaşlıq siyasəti nəticəsində Azərbaycanla enerji əməkdaşlığı genişlənir və yeni layihələrin həyata keçirilməsi üçün əlverişli imkanlar yaranır.
Eyni zamanda, ölkəmiz enerji siyasətində yeni istiqamət kimi bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi önəm verir. Bu baxımdan keçirilən Yaşıl Enerji Məşvərət Şurasının iclası Azərbaycanın enerji strategiyasında yeni mərhələnin formalaşdığını göstərir. Günəş, külək və digər bərpa olunan enerji resurslarından istifadənin genişləndirilməsi ölkəmizin enerji balansında alternativ mənbələrin payının artmasına xidmət edir.
Bu istiqamətdə xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr diqqət çəkir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” kimi inkişaf etdirilməsi Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Bu gün Azərbaycan həm ənənəvi enerji resurslarının ixracında, həm də yaşıl enerji layihələrinin təşviqində mühüm rol oynayan ölkələrdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, regionda iqtisadi əməkdaşlığın və enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.
Bakıda keçirilən bu mötəbər toplantı bir daha göstərdi ki, Azərbaycan qlobal enerji əməkdaşlığında mühüm tərəfdaş kimi çıxış edir və gələcəkdə də bu istiqamətdə mühüm təşəbbüslərlə çıxış etməyə davam edəcək.
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03

