Qazaxdan Şuşaya uzanan söz bayramı...
21.07.2026 [11:50]
Vaqif Poeziya Günləri sözün zəfəri, ruhun dirçəlişidir
Xarıbülbülün ətri, Cıdır düzünün nəfəsi və Vaqif məqbərəsinin əzəməti fonunda keçirilən Vaqif Poeziya Günləri bu il də klassik ədəbi irslə müasir bədii düşüncə arasında körpü yaratdı. Üç gün ərzində ölkənin tanınmış şair və yazıçıları, elm və mədəniyyət xadimləri, gənc qələm sahibləri və poeziyasevərlər bir araya gələrək, Azərbaycan söz sənətinin ölməzliyini, Şuşanın milli-mənəvi yaddaşımızdakı müstəsna yerini bir daha nümayiş etdirdilər. Ənənə ilə müasirliyin qovuşduğu bu möhtəşəm ədəbi bayram təkcə poeziya sevgisinin deyil, həm də Qarabağın dirçəlişinin və mədəni həyatının canlı təcəssümünə çevrildi. 16-18 iyul tarixlərində müxtəlif ədəbi görüşlər, bədii qiraətlər, musiqi nömrələri və yaradıcı müzakirələr poeziya bayramını zəngin məzmunlu mədəni hadisəyə çevirdi. Möhtəşəm tədbir bir daha sübut etdi ki, Azərbaycan poeziyası zamanın sınağından uğurla çıxaraq, yeni nəsillərə ilham verməyə davam edir.
Qazaxdan başlanan söz yolçuluğu...
Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə tədbirin ilk günü iyulun 16-da “Sözün hekayəsi” şüarı ilə Molla Pənah Vaqifin doğulduğu Qazax rayonunda baş tutub. İştirakçılar əvvəlcə Qazax şəhərində Molla Pənah Vaqif və Molla Vəli Vidadinin abidələrini ziyarət edərək önünə gül dəstələri qoyublar, böyük söz ustadlarının xatirəsini ehtiramla yad ediblər. Qazax Ədəbiyyat Muzeyində təşkil olunan mərasimdə dövlət rəsmiləri, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, tanınmış şair və yazıçılar, aşıqlar, elm və mədəniyyət xadimləri iştirak ediblər. Çıxışlarda Vaqifin Azərbaycan ədəbiyyatındakı müstəsna yeri, onun poeziyasının müasir dövrdə də aktuallığını qoruması və bu ənənənin gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti vurğulanıb.
Poeziya Şuşada yeni nəfəs qazandı
Tədbir iyulun 17-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada davam edib. Molla Pənah Vaqifin Muzey-Məqbərə Kompleksi önündə keçirilən rəsmi açılış mərasimi poeziya bayramının ən yaddaqalan məqamlarından biri olub. Tədbir Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin vəfatının 100-cü ildönümünə həsr edilib. Mərasimdə mədəniyyət naziri Adil Kərimli, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, TÜRKSOY-un baş katibi Sultan Raev, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, eləcə də Türk dünyasının tanınmış şair və yazıçıları iştirak ediblər.
Bundan başqa, Şuşadakı Mehmandarovların malikanə kompleksində böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.
Eyni zamanda poeziya günləri çərçivəsində “Sözün həsrəti-Heydərbabaya salam” adlı bədii-musiqili kompozisiya nümayiş olunub. Mədəniyyət Nazirliyindən bildirilib ki, görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 120 illik yubileyinə həsr edilən kompozisiya Xan qızı Natəvanın evinin qarşısında nümayiş etdirilib.
İlk açıq hava kitabxanası istifadəyə verilib
Tədbir çərçivəsində Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “Azercell Telekom” MMC və “Aztelekom” MMC-nin tərəfdaşlığı ilə Şuşanın mərkəzində “Kitab dayanacağı” - ilk açıq hava kitabxanası istifadəyə verilib. Mədəniyyət Nazirliyindən bildirilib ki, layihənin məqsədi mədəniyyət paytaxtımız Şuşanın tarixi və ədəbi mühitinin təbliği, eləcə də şəhər sakinləri və qonaqları üçün mütaliə imkanlarının genişləndirilməsidir. Çıxışlarda bildirilib ki, açıq hava kitabxanası konsepsiyasında yaradılan layihə - “Kitab dayanacağı” 24 saat fəaliyyət göstərəcək. Şuşa sakinləri və şəhərin qonaqları burada təqdim olunan kitablardan sərbəst şəkildə istifadə edə biləcəklər.
Gənc şairlər mükafatlandırıldı
Bundan başqa, Vaqif Poeziya Günləri çərçivəsində iyulun 17-də Ağdam Muğam Mərkəzində TÜRKSOY-un tərəfdaşlığı ilə “Sözün sabahı - Türk dünyasının gənc şairlər festivalı” keçirilib. Ağdam Muğam Mərkəzində gənc qələm sahiblərinin mükafatlandırılması tədbirin mühüm məqamlarından biri kimi yadda qalıb.
Milli musiqi və rəqslərlə möhtəşəm bağlanış...
Vaqif Poeziya Günləri Şuşada “Sözün Zəfəri - Zəfərin sədası” adlı konsert proqramı ilə başa çatıb. Mədəniyyət Nazirliyindən bildirilib ki, Xurşidbanu Natəvanın evinin qarşısında təşkil olunan konsertdə Rauf Hacıyev, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Elza İbrahimova, Ələkbər Tağıyev, Oqtay Kazımi və başqa bəstəkarların əsərləri səsləndirilib. Proqramda eyni zamanda xalq mahnıları ifa olunub, Azərbaycan Dövlət Rəqs Ansamblı tərəfindən milli rəqslərimiz təqdim edilib.
Vaqif Poeziya Günləri bir daha göstərdi ki, Molla Pənah Vaqif irsi zamanın sınağından çıxaraq bu gün də Azərbaycan ədəbiyyatının əsas mənəvi dayaqlarından biri olaraq yaşayır. Qazaxdan başlanan, Şuşada zirvəyə çatan poeziya bayramı söz sənətinin sərhəd tanımadığını, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından bu cür tədbirlərin əhəmiyyətini bir daha nümayiş etdirdi. Ədəbiyyatın, musiqinin və mədəniyyətin vəhdətində keçirilən Vaqif Poeziya Günləri bu il də poeziyasevərlərə unudulmaz anlar yaşatdı, Azərbaycanın zəngin söz sənətinin yaşadılmasına növbəti mühüm töhfəsini verdi.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50

