Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ombudsman: Azərbaycanlılara qarşı törədilmiş soyqırımını dünyaya çatdırmalıyıq

Ombudsman: Azərbaycanlılara qarşı törədilmiş soyqırımını dünyaya çatdırmalıyıq

31.03.2023 [12:25]

Bu gün 31 Mart soyqırımı qurbanlarının, ümumiyyətlə, bir əsr ərzində dəfələrlə təkrarlanan soyqırımı qurbanlarının xatirəsi yad edilir. Quba Rayon İcra Hakimiyyətinin, Qərbi Azərbaycan İcmasının və Ombudsman Aparatının birgə təşkilatçılığı ilə Qubada soyqırımına həsr olunmuş beynəlxalq konfrans keçirilir. Biz azərbaycanlılara qarşı törədilmiş soyqırımını dünyaya çatdırmalıyıq. Azərbaycan həqiqətlərini bütün dünya bilməlidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Quba Soyqırımı Memorial Kompleksini ziyarət edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdana qədər bu məsələyə heç bir siyasi qiymət verilməmişdir. Yalnız 1998-ci il martın 26-da Ulu Öndərin imzaladığı Fərmanla həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Quba soyqırımı məzarlığı aşkarlandıqdan sonra Heydər Əliyev Fondunun dəstəyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu yerdə Quba Soyqırımı Memorial Kompleksinin yaradıldığını bildirən ombudsman deyib ki, soyqırımının dünyada tanıdılması hər zaman dövlət başçısının diqqət mərkəzindədir.

“Biz Azərbaycan həqiqətlərini bütün regional və beynəlxalq platformalarda səsləndirməliyik. Təəssüf hissi ilə qeyd etməliyəm ki, işğaldan azad olunmuş torpaqlarımızda da kütləvi məzarlıqlar aşkar olunur. Bu barədə ombudsman tərəfindən bir ay öncə hazırlanmış hesabat işıq üzü görüb”, - deyə o əlavə edib.

Paylaş:
Baxılıb: 226 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ədəbiyyat

Kuklaxana

04 May 11:50

Analitik

Siyasət

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Kuklaxana

03 May 11:00

İqtisadiyyat

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31