/ / Belarus Milli Olimpiya Komitəsində birinci Avropa Oyunları ilə bağlı mətbuat konfransı keçirilib
Belarus Milli Olimpiya Komitəsində birinci Avropa Oyunları ilə bağlı mətbuat konfransı keçirilib
16.05.2015 [12:05]
Mayın 13-də Belarus Milli Olimpiya Komitəsində (MOK) Bakıda birinci Avropa Oyunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
AZƏRTAC Belarus MOK-un mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbir çərçivəsində Belarus idmançılarının nümayəndə heyətinin təqdimatı olub.
Mətbuat konfransı Azərbaycanın Minskdəki səfirliyinin təşəbbüsü ilə keçirilib. Belarus MOK, habelə İdman və Turizm Nazirliyi bu ideyanı dəstəkləyiblər.
Tədbirdə birinci Avropa Oyunlarında təmsil olunacaq idman növləri üzrə komandaların idmançıları və məşqçiləri, habelə Belarusun “Azərbaycan İcmaları Konqresi”nin sədri Natiq Bağırov iştirak edib.
Mətbuat konfransında, həmçinin Azərbaycan səfirliyinin, Belarus MOK-un, habelə İdman və Turizm Nazirliyinin, Minskdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və jurnalistlər iştirak ediblər.
Birinci Avropa Oyunlarının təşkilinə görə Azərbaycana səmimi təşəkkür edən Belarus MOK-un birinci vitse-prezidenti Maksim Rıjenkov ümidvar olduğunu bildirib ki, belaruslu idmançılar layiqincə çıxış edəcək. O deyib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Avropada bu miqyasda forumun keçirilməsi ideyasını dəstəkləyənlərdən biri olub. M.Rıjenkov deyib ki, Oyunların məhz Bakıda keçirilməsi onu çox sevindirir, çünki Belarus ilə Azərbaycan arasında davamlı və möhkəm münasibətlər mövcuddur. O, Azərbaycanda idman obyektlərinin hazırlıq dərəcəsinin və qonaqpərvərlik səviyyəsinin böyük təəssürat doğurduğunu vurğulayıb.
Belarus idman və turizm nazirinin birinci müavini Aleksandr Qaqiyev qeyd edib ki, Belarus milli yığması birinci Avropa Oyunlarına ciddi hazırlaşır. O deyib ki, Bakıya 152 idmançı gedəcək, onlar 23 idman növü üzrə yarışacaqlar. İdmançılar arasında Olimpiya çempionları, dünya və Avropa çempionatlarının qalibləri ilə yanaşı, gənc idmançılar da var.
Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə görüşün təşkilinə və birinci Avropa Oyunlarına hazırlıq işlərində Azərbaycanı dəstəklədiklərinə görə Belarus MOK-un baş katibi Anatoli Kotova və Maksim Rıjenkova təşəkkürünü bildirərək qeyd edib ki, Azərbaycan keçmişin ənənələrini və Belarus ilə möhkəm tarixi təmələ söykənən ikitərəfli qardaşlıq münasibətlərini qiymətləndirir. Səfir vurğulayıb ki, Azərbaycan tolerantlıq və multikulturalizm örnəyidir, iki qitənin kəsişməsində yerləşən, uzun əsrlər boyu Avropa ilə Asiyanın arasında körpü rolu oynayan zəngin tarixlə malik ölkədir.
Diplomatik nümayəndəliyimizin başçısı bildirib ki, Avropa Oyunlarının keçirilməsi ölkəmiz üçün böyük şərəf və məsuliyyətdir, dövlətin idmana dəstəyinin, atletlərin uğurlarının, idman infrastrukturunun və bütövlükdə ölkə iqtisadiyyatının inkişafının təsdiqidir. Səfir bəyan edib ki, Bakı iki il yarım sürən hazırlıq işlərindən sonra bu Oyunları qəbul etməyə və yüksək səviyyədə keçirməklə, Avropa Oyunlarının gələcək standartını müəyyən etməyə artıq hazırdır.
Azərbaycan səfiri Belarus nümayəndə heyətinə xatirə suveniri təqdim edib. Hədiyyəni nümayəndə heyəti adından Olimpiya çempionu Aleksandr Boqdanoviç qəbul edib.
Sonra idman növləri üzrə komandaların təqdimatı olub.
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37

