Məhərrəm ayının başlanması ilə əlaqədar fətva verilib
24.10.2014 [09:31]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması və Aşura mərasimi ilə əlaqədar fətva verib.
AzərTAc xəbər verir ki, fətva QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə elan olunub. Dua oxunduqdan sonra şeyxülislam A.Paşazadə Aşura günü haqqında danışıb. Diqqətə çatdırılıb ki, din xadimlərinə və yerlərdə ibadətxanaların başçılarına Allahın kəlamını çatdırmaq kimi məsuliyyətli və şərəfli bir vəzifə tapşırılıb. Həmin vəzifəyə ciddi yanaşmaq, diqqətli olmaq lazımdır. Qeyri-mütəşəkkil yürüşlər təşkil etmək, özünə əziyyət vermək, sinə vurmaqla qan çıxarmaq şəriətə uyğun deyil. Artıq uzun illərdir Qafqaz Müsəlmanları İdarəsi Aşura günündə qanvermə aksiyası təşkil edir. Şeyxülislam insanları bir çox xəstələrin həyatını xilas etməyə imkan verən bu nəcib ənənəni davam etdirməyə çağırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək milli mənəvi dəyərlərimizin inkişafı istiqamətində həyata keçirilən işlərdən danışıb, Azərbaycanda dövlət-din münasibətlərinin normal məcrada inkişaf etdiyini bildirib.
Sonra QMİ Qazılar Şurasının fətvası oxunub. Fətvada bildirilir ki, Hicri təqvimi ilə yeni 1436-cı ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2014-cü il oktyabrın 26-na, Aşura günü isə noyabrın 4-nə təsadüf edir.
Fətvada Kərbəla şəhidlərinin xatirəsinin anıldığı matəm günləri ilə əlaqədar bütün dindarlara dərin hüznlə başsağlığı verilir, matəm mərasimlərini imam Hüseynin adına layiq şəkildə keçirmək tövsiyə olunur. Bildirilir ki, Aşura mərasimləri ictimai asayişə riayət edərək və dinin qanunlarına uyğun olaraq məscidlərdə, ibadət ocaqlarında keçirilməlidir.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

