Yeni Kaledoniyada insanlıq faciəsi
20.09.2024 [11:47]
Fransa hakimiyyətinin neokolonializm siyasətini daha da sərtləşdirərək müstəmləkə ölkələrinin sərvətlərini ən eybəcər formada mənimsəməsi, yerli xalqları diskriminasiya və assimilyasiyaya məruz qoması müstəmləkə ölkələrində ciddi etirazlarla qarşılanır. Ayrı-ayrı ölkələrdə Yelisey Sarayının siyasətindən narazılıq ifadə olunan şüarlar səsləndirilir, Fransanın bayrağı, digər dövlət rəmzləri yandırılaraq təhqir olunur. İzlənilən proseslərdən hasil olan qənaət belədir: Artıq Fransanın Afrikada, dənizaşırı ərazilərdə hökmranlığının sonu gəlib, Yelisey Sarayı bu yerlərdə mövcudluğundan könüllü şəkildə imtina etməlidir. Dənizaşırı ərazilərdə Fransanın əl çəkmək istəmədiyi sümürmə siyasətinə etirazların genişləndiyi və gərginliyin pik həddədək artdığı ölkələrdən biri də Yeni Kaledoniyadır. Bu günlərdə burada növbəti faciə yaşanıb.
Ölü sayı 13-ə çatıb
Xarici KİV-də yayılan məlumatlara görə, Yeni Kaledoniyada polisin gecə keçirdiyi əməliyyat zamanı daha iki nəfər güllələnib. Yeni Kaledoniyada may ayında yerli kanak xalqı və Fransa tərəfdarları arasında iğtişaşlar başlayıb. Bildirilir ki, beləliklə, iyunda dayandırılan mübahisəli seçki islahatının səbəb olduğu böhranın başlanğıcından bəri ölənlərin sayı 13 nəfərə çatıb.
Fransa və Yeni Kaledoniya arasındakı ziddiyyətlər uzun illəri əhatə edir. Fransız missionerlərin Yeni Kaledoniyaya ayaq açması XIX əsrin ortalarına təsadüf edir. Missionerlərin adaya gəlişi ilə yerli sakinlərin qara günləri başlayıb. 1853-cü ildə isə Fransa adanı özünün müstəmləkəsi elan edib. Ada sakinləri ötən əsrin 80-ci illərindən etibarən Fransanın ağır müstəmləkəçilik siyasətinə qarşı etirazlara başlayıblar. Onların yeganə məqsədi Fransanın sərhəd tanımayan zülmündən birdəfəlik qurtulmaqdır.
Kanak xalqının budəfəki etirazlarına səbəb isə Emmanuel Makron hakimiyyətinin Yeni Kal?doniya ilə bağlı mürtəce planı həyata keçirməyə başlamasıdır. Nəzərdə tutulan “konstitusiya islahatlarının” yeganə məqsədi Yeni Kaledoniyada aborogen xalqın hüquqlarını məhdudlaşdırmaq, bunun əksinə olaraq gəlmə fransızların hüquqlarını genişləndirməkdir. Səsvermə sisteminin dəyişdirilməsi ilə bağlı Fransa parlamentinin müzakirəsinə çıxarılan qanun layihəsinə görə, 10 il Yeni Kaledoniyada yaşayan Fransa vətəndaşları əyalət seçkilərində səs verə biləcəklər. Fransa hakimiyyətinin Yeni Kaledoniyada gəlmələrin seçki hüquqlarını genişləndirmək planı çox doğru olaraq elektoratın tərkibini dəyişmək hədəfi anlamında qəbul olunur. Bu isə yerli kanak xalqının mənafeyinə ziddir. Buna görə də kanaklar müvafiq qanunun qəbul ediləcəyi təqdirdə öz tarixi vətənlərində ikinci dərəcəli etnik qrupa çevriləcəklərini düşünürlər və bunun qarşısını almaq üçün ayağa qalxıblar. Makron təzyiqlər qarşısında “islahatlar” prosedurunu müvəqqəti olaraq dondursa da, kanak xalqı bunun hiyləgər bir gediş olduğunu yaxşı başa düşür və etirazları davam etdirir. Paytaxtada baş verən son faciə də etirazların birində yaşanıb.
Digər müstəmləkələr də ayağa qalxıblar
Fransa ərazisinin 18 faizini dənizaşırı koloniyalar təşkil edir. Bu torpaqlarda təxminən 2,6 milyon nəfər əhali yaşayır. Koloniyalar müxtəlif siyasi statuslara malikdir. Müstəmləkələrin siyahısına Atlantik okeanında yerləşən Qvadelupa, Martinika, Sen-Martin, Sen-Bartelemi, Sent-Pyer və Mikelon, Hind okeanında Reunion, Mayotte və Fransız Cənub və Antarktika əraziləri, Sakit okeanda Fransız Polineziyası, Yeni Kaledoniya, Uollis və Futuna, Cənubi Amerikada isə Fransız Qvianası daxildir. Onların ən yaxını Fransadan təxminən 4 min kilometr və ən uzaqda olanı isə 17 min kilometr məsafədə yerləşir.
Bu gün Yeni Kaledoniyada olduğu kimi, digər dənizaşırı ərazilərdə də müqavimət hərəkatı genişlənib. Fransız Qvianasında daha geniş muxtariyyət tələbləri artır. Fransız Qvianası Konqresi 2020-ci ildə xüsusi statusla daha çox muxtariyyət tələb etmək üçün səs verib. Sakinlərin tələbinə baxmayaraq, 4 ilə yaxındır ki, konstitusiya tənzimlənməsi ilə bağlı Paris administrasiyası ilə danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb.
Fransadan təxminən 7 min kilometr uzaqlıqda yerləşən və 400 min nəfər əhalisi olan Karib dənizindəki Qvadelupa adasında yoxsulluq, cinayətkarlıq ən yüksək həddə çatıb. Adada muxtariyyət müzakirələri yenidən diqqət mərkəzində olarkən, Fransa rəsmiləri Parisin muxtariyyət üzrə danışıqlara hazır olduğunu desə də, Yelisey Sarayı hələlik bu istiqamətdə konkret addımlar atmağa tələsmir.
Digər bir ada ölkəsində - Martinik departamentində vəziyyət getdikcə ağrlaşır. Son günlərdə burada qiymət artımına qarşı etirazlar polislə toqquşmaya çevrilib. Ticarətçilər yalnız Martinikdə tətbiq edilən xüsusi dəniz vergisinin ləğvini tələb edirlər.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15

