Ümumbəşəri problem!
17.10.2024 [08:34]
Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür
Yoxsulluğa səbəb olan amillər...
Məlumdur ki, yoxsulluq içində yaşayan insanlar və ailələr yaşayış üçün normal şəraitdən, normal qidadan və tibbi yardımdan məhrumdurlar. Hər bir xalqın yoxsulluq həddini müəyyən etmək üçün müəyyən meyarlar var. Belə ki, yoxsulluq təkcə gəlirin deyil, çoxsaylı amillərin nəticəsi olan sosial-iqtisadi vəziyyətdir. Yoxsulluq fərdi problem olmaqla yanaşı, eyni zamanda geniş sosial problemdir.
BMT və digər beynəlxalq təşkilatlar mütəmadi olaraq dünyada yoxsulluq səviyyəsi və insan yaşayışı üçün ən yaxşı və ən pis şəraitə malik dünya ölkələrinin reytinq cədvəlini tərtib edirlər. Dünyanın inkişaf etmiş ölkələrinin ifrat zənginliyi fonunda onlarla yoxsul ölkə, aclıqdan və xəstəlikdən əziyyət çəkən yüz milyonlarla insan var. Beynəlxalq tədqiqatçılar yoxsul ölkələrin problemlərinin əsasən həmin zəngin ölkələrin ucbatından yarandığını qeyd edirlər.
Yeri gəlmişkən, bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür. Bu əlamətdar gün 1992-ci il dekabrın 22-də keçirilən BMT Baş Assambleyasının sessiyasında qəbul edilmiş 47/196 nömrəli qətnamə ilə elan edilib.
Yoxsulluq həddi necə müəyyənləşdirilir?
Bütün dünyada yoxsulluq səviyyəsi Dünya Bankının təklif etdiyi metodologiya əsasında müəyyənləşdirilir. Bu metodologiyaya əsasən, gündəlik gəliri 2 dollardan aşağı olanlar ifrat yoxsul hesab olunurlar. Lakin dünyada gündəlik gəliri 1 dollardan aşağı olan on milyonlarla insan var.
Bir çox hallarda bu metodologiya düzgün hesablama üçün kifayət etmir. Çünki elə ölkələr var ki, orada orta aylıq əmək haqqı 60 dollardan aşağıdır. Amma elə ölkələr var ki, orada 60 dollar heç gündəlik təlabatı ödəmir. Yəni, elə ölkə var ki, orada 2 dollara 1 çörək belə düşmür.
Azərbaycanda yoxsulluğun həddi 5 faizə düşüb
Rəsmi məlumata görə, Azərbaycanda yoxsulluğun azaldılması və davamlı iqtisadi inkişaf üzrə Dövlət Proqramının icrası nəticəsində ölkəmizdə yoxsulluğun həddi 5 faizə düşüb. Dövlət rəsmilərinin söylədiklərinə görə, 2030-cu ilədək ölkədə yoxsulluq ləğv olunacaq.
Ölkələri ayıran zənginlik və yoxsulluq arasındakı uçurum...
1 milyard ac və yoxsul insanın yaşadığı dünyada yaşayış üçün ən əlverişli və zəngin ölkələrdən danışarkən yoxsul ölkələrin problemlərinə də toxunmaq lazım gəlir. Müasir dünyanın qarşılaşdığı ən böyük problemlərdən biri də yoxsulluq və aclıqdır.
Təxmini hesablamalara görə, dünya əhalisinin 15-20 faizi, başqa sözlə 1 milyard insan, o cümlədən 300 milyon uşaq aclıqdan əziyyət çəkir. Dünyada hər il 50 min insan kəskin aclıq nəticəsində ölür. Qlobal yoxsulluğa dair göstəricilərə əsasən ifrat yoxsulluqdan hər gün dünyada 30 min uşaq vəfat edir. 11 milyon uşaq isə 5 yaşı tamam olmadan dünyasını dəyişir.
Dünyada varlı və kasıb dövlətlər, eləcə də insanlar arasında fərq kəskin surətdə artır və ildən-ilə böyüyür. 1960-cı ildə dünyanın zəngin dövlətlərinin 20 faizinin gəlirləri ilə yoxsul ölkələrin 20 faizinin gəlirləri arasındakı fərq 30-un 1-ə nisbətində olduğu halda, 1990-cı ildə bu fərq 60-ın 1-ə, 1997-ci ildə isə 70-in 1-ə nisbətində olub. Pandemiyadan sonra bu fərq daha da artdı və hazırda 80-ə qarşı 1-dir.
Statistikadan göründüyü kimi, dünyada gəlir bölgüsündəki disproporsional hədd zəngin ölkələrin imkanlarını genişləndirməkdə, yoxsul ölkələri isə təhdid etməkdədir.
Ən yüksək yoxsulluq səviyyəsi hansı ölkələrdədir?
Yoxsulluğun ən yüksək olduğu ölkələr sırasına Cənubi Sudan 82,30 faiz), Ekvatorial Qvineya (76,80 faiz), Madaqaskar (70,70 faiz), Qvineya Bisau (69,30 faiz) və Eritreya (69,00 faiz) daxildir.
Yer kürəsinin potensialı səmərəli istifadə olunsaydı...
Alimlər hesab edirlər ki, təbii ehtiyatlardan səmərəli istifadə olunacağı halda Yer kürəsi indikindən dəfələrlə çox insanı yedirdə bilər. Nə qədər inandırıcı olmasa da, onlar bu rəqəmin 50 milyard olduğunu bildirirlər. Hazırda təkcə ABŞ və Böyük Britaniyada zibilliklərə atılan ərzaqla 1 milyard insanı aclıqdan qurtarmaq mümkündür. Bəzi hesablamalara görə, hazırki qlobal ərzaq istehsalı düzgün və ədalətli bölüşdürülsə, 10 milyarddan artıq insanı təmin etmək gücündədir. Lakin qeyri-bərabər paylanma, israfçılıq buna imkan vermir.
Yoxsulluğun bir sıra səbəbləri var. Ərzaq qıtlığına səbəb olan amillər arasında təbii fəlakətlərin, iqlim problemlərinin də rolu var. Digər tərəfdən bir sıra ölkələrdə müharibələr, münaqişələr də buna təsirsiz ötüşmür. Məlumdur ki, bu münaqişələrdə müəyyən xarici qüvvələrin də rolu böyükdür. Tarix boyu dünyanın enerji mərkəzlərində hərbi qarşıdurmalar, iğtişaşlar baş verib. Sözügedən münaqişələrin nəticəsidir ki, istər enerji daşıyacıları, istərsə də digər təbii ehtiyatlara malik ölkələrdə aclıq və səfalət hökm sürür. Belə bir halda dünyada ədalətli idarəetmə fəlsəfəsi meydana gəlir. Bu fəlsəfə də ondan ibarətdir ki, insanlar ölkənin, dünyanın ədalətli idarə olunmasında iştirak etməyə can atırlar.
Yoxsulluğun həlli mümkündürmü?
Bu sualın cavabı mürəkkəb və nüanslıdır. Əgər cavab asan və ya aşkar olsaydı, yoxsulluq bu qədər böyük bir problem olmayacaqdı. Sosial rifah proqramları və özəl xeyriyyəçilik yoxsulluq içində olanları təmiz su, yaxşı yemək və adekvat səhiyyə kimi əsas sahələrə çıxışla təmin etməyin yollarıdır...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

