Ankarada törədilən terror aktı nəticəsində 4 nəfər həlak olub, 14 nəfər yaralanıb
23.10.2024 [19:59]
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Ankaradakı TUSAŞ müdafiə müəssisəsində törədilən terror aktı nəticəsində 4 nəfərin həlak olduğunu, 14 nəfərin yaralandığını bildirib.
AZƏRTAC xəbər verir ki, nazirin sosial şəbəkələrdə yaydığı məlumatda iki terrorçunun məhv edildiyi qeyd olunub.
A.Yerlikaya həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, həmçinin yaralılara şəfa diləyib.
Ankaradakı terror aktı ilə bağlı Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz da açıqlama verib.
Onun sözlərinə görə, Ankarada TUSAŞ şirkətinin müdafiə müəssisəsində törədilən məkrli terror aktında məqsəd Türkiyə müdafiə sənayesinin nailiyyətlərini boğmaq cəhdi olub. “Mən əminəm ki, onlar buna nail ola bilməyəcəklər”, - deyən C.Yılmaz hücumun ilk dəqiqələrindən Türkiyə hüquq-mühafizə orqanlarının vəziyyətə müdaxilə etdiyini və Ankara Baş Prokurorluğunun cinayət işi açdığını vurğulayıb.
O əminliklə bildirib ki, terrorla mübarizə qətiyyətlə davam etdiriləcək.
Xatırladaq ki, bu gün yerli vaxtla saat 15:30-da bir qrup terrorçu Kahramankazan rayonunda TUSAŞ müəssisəsinə hücum edib. Partlayışdan sonra girişdə atışma başlayıb.
Şirkətin əməkdaşları operativ şəkildə müəssisənin ərazisindəki sığınacaqlara köçürülüb, polis müdafiə müəssisəsinə gedən bütün yolları bağlayıb.
Ağır yaralılar helikopterlərlə xəstəxanalara, digərləri isə təcili tibbi yardım avtomobilləri ilə yaxınlıqdakı tibb müəssisələrinə çatdırılıb.
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç paytaxtda törədilən terror aktını qətiyyətlə pisləyib və bildirib ki, qanlı hücumun istintaqına Baş Prokurorluğun bir qrup təcrübəli əməkdaşı cəlb olunub.
Qeyd edək ki, Kahramankazanda yerləşən TUSAŞ müəssisəsində PUA, təyyarə və helikopter istehsal olunur. Burada Türkiyənin beşinci nəsil KAAN hərbi təyyarəsi yığılır.
Türkiyə Silahlı Qüvvələri TUSAŞ məhsullarından antiterror əməliyyatları zamanı istifadə edir.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

