Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İtaliyada əlverişsiz hava fəsadlara səbəb olub

İtaliyada əlverişsiz hava fəsadlara səbəb olub

27.10.2024 [10:26]

İtaliyanın şimal regionlarında aramsız leysan yağışları fəsadlar törədib.

AZƏRTAC xəbər verir ki, Piza bölgəsində çaylar məcrasından çıxıb, evləri, küçələri və iş yerlərini su basıb. Bəzi ərazilərə 120 millimetr yağıntı düşüb, torpaq sürüşmələri olub.

Liquriya və Emiliya-Romanya regionlarının müxtəlif bölgələrində “narıncı”, Veneto, Lombardiya, Toskana və Valle d'Aosta regionlarında isə “sarı” xəbərdarlıq elan edilib.

Mülki müdafiə qüvvələri köməksiz vəziyyətdə qalan onlarla insanı xilas edib. Bir nəfərin itkin düşdüyü bildirilir. Axtarış-xilasetmə əməliyyatları davam edir.

Ölkə üzrə əlverişsiz hava şəraitinin qarşıdakı günlərdə də davam edəcəyi bildirilib.

Paylaş:
Baxılıb: 301 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Siyasət

Yarımçıq...

09 Dekabr 15:07

MEDİA

Şuşada mühüm iclas

09 Dekabr 11:35

İqtisadiyyat

Mədəniyyət

Ədəbiyyat

Analitik

Analitik

Dekabrın 25-dək...

09 Dekabr 09:15

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31