Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Avropa İttifaqı Ukraynaya 134 milyard avro pul ayırıb

Avropa İttifaqı Ukraynaya 134 milyard avro pul ayırıb

22.01.2025 [14:21]

Avropa İttifaqı (Aİ) artıq Ukraynaya 134 milyard avro, o cümlədən silah üçün 50 milyard avro ayırıb. Qeyd olunur ki, Yanvarın sonuna qədər Aİ ölkələri tərəfindən hazırlanan Ukrayna hərbçilərinin sayı isə 75 min nəfərə çatacaq.

"Yeni Azərbaycan" TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas qeyd edib.

"Biz artıq Ukraynaya ümumilikdə 134 milyard avro, o cümlədən silah üçün 50 milyard avro ayırmışıq. Bu ayın sonuna qədər Aİ tərəfindən hazırlanan Ukrayna hərbçilərinin sayı 75 min nəfərə çatacaq", - o qeyd edib. Onun fikrincə, Aİ-nin köməyi ilə Ukrayna münaqişədə "qalib gələ biləcək".

K.Kallasın bildirir ki, Brüssel ABŞ-siz, təkbaşına da Kiyevi dəstəkləməyə hazırdır: "Biz bunu tərəfdaşlarla birlikdə və ya müstəqil şəkildə edəcəyik".

Havar Şəfiyeva

Paylaş:
Baxılıb: 328 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30