Üçüncü ildönümündə...
25.02.2025 [09:38]
Aİ liderləri Ukraynaya hansı təkliflə gəliblər?
Dünən Aİ-nin liderləri - Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Skandinaviya ölkələrinin və İspaniyanın baş nazirləri, o cümlədən Kanadanın baş naziri Castin Trüdo Ukraynaya rəsmi səfər ediblər. Onların bu səfəri Rusiya-Ukrayna müharibəsinin üçüncü ildönümünə təsadüf edir.
ABŞ-ın Ukrayna ilə bağlı siyasətində ciddi dəyişikliklərin baş verməsi, xüsusilə bu yaxınlarda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiyanın nümayəndələri arasında görüşün keçirilməsi və Ukrayna münaqişəsinin nizamlanması üzrə ABŞ-Rusiya danışıqlar prosesinə Aİ-nin dəvət olunmaması Avropada çox ciddi narahatlıq yaradıb. Bu səbəbdən fevralın 17 və 19-da Parisdə Aİ, NATO, Kanada və Avropa ölkələrinin liderlərinin iştirakı ilə iki görüş keçirilib.
Qeyd edək ki, martın 6-da Avropa İttifaqının 27 ölkəsinin liderlərinin Brüsseldə növbədənkənar sammiti baş tutacaq - bu sammitdə Ukrayna və Avropanın təhlükəsizliyi ilə bağlı bir çox məsələlərin müzakirə olunacağı gözlənilir. Avropa İttifaqı Şurasının prezidenti A.Koşta öz “X” hesabında vurğulayıb ki, bu sammit Ukrayna və Aİ-nin təhlükəsizliyinin təminatı istiqamətində zəruri addımların atılması üçün nəzərdə tutulub.
Bu arada Aİ-nin xarici işlər nazirləri Ukraynada müharibənin 3-cü ildönümü ilə əlaqədar Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib - Rusiyanın 13 bankına, eləcə də 35 şirkətinə və 48 fiziki şəxsinə qarşı qadağalar tətbiq olunacaq. Bundan başqa, Aİ-nin üzv ölkələrinin Rusiyadan xrom və bəzi kimyəvi maddələri idxal etməsinə, həmçinin Rusiyanın neft və qaz emalı zavodları ilə əməkdaşlıq etməsinə qadağa qoyulacaq.
Maraqlıdır, görəsən, Aİ-nin liderləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə hansı məsələləri müzakirə edəcəklər? Yaxın zamanda Aİ Ukrayna ilə münasibətlərdə hansı addımları atacaq? Aİ-nin Brüsseldəki növbəti sammitində Ukrayna ilə bağlı hansı həlledici qərarların veriləcəyi gözlənilir?
Səfərin məqsədi...
Məsələ ilə bağlı politoloq Tural İsmayilov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Aİ-nin liderləri ABŞ Prezidenti Donald Trampın Ukraynaya sərgilədiyi münasibətindən narazıdırlar. “Bu gün ABŞ-ın həm Ukraynaya qarşı maliyyə məsələsində atdığı addımlar, həm də Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün Moskva ilə təmaslar qurması Aİ-nin liderləri tərəfindən birmənalı qarşılanmır - onlar Trampın bu siyasətini həzm edə bilmirlər. Açıq-aydın görünür ki, Avropada ciddi narazılıqlar mövcuddur. Hələ də Qərb imperalizmi təfəkküründə olan Avropadakı müəyyən dairələr Ukraynada münaqişənin davam etməsində maraqlıdırlar. Aİ-nin liderlərinin Ukraynaya səfərində əsas məqsəd ABŞ-ın rəhbərliyi altında əldə olunan razılaşmaları mübahisələndirməkdir. Doğrudur, Zelenskinin özü də Vaşinqtonun siyasətindən narahatlıq keçirir, amma onu da başa düşür ki, Rusiya ilə müharibənin davam etməsi həm maliyyə, həm də insan itkisi baxımından Ukrayna üçün çox ağır nəticələr doğura bilər. Hesab edirəm ki, bu görüşdə Zelenski Aİ-dən fərqli təkliflər gözləyəcək”.
Aİ Ukraynanı meydanda yalnız buraxacaq?
Politoloq vurğulayıb ki, Aİ Ukraynanın mövqeyini gücləndirməyə çalışacaq. Onun sözlərinə görə, Tramp administrasiyası ilə Zelenski hakimiyyəti arasında bəzi məsələlərdə ziddiyyətli mövqelər mövcuddur. “Nəzərə almaq lazımdır ki, yaxın zamanda Avropa İttifaqı Şurası və Avropa Komissiyası Ukraynaya növbəti maliyyə yardımı ilə bağlı mexanizmləri müəyyənləşdirəcəklər. Ukrayna hakimiyyətinin əsas istəyi budur ki, ABŞ-ın vasitəçiliyi ilə Kiyev və Moskva arasında atəşkəs razılaşması əldə edildikdən sonra Aİ-nin Ukraynaya maliyyə yardımları davam etsin. Çünki indidən bəllidir ki, bir müddətdən sonra Vaşinqton Ukraynaya maliyyə yardımını dayandıracaq”. T.İsmayilov əlavə edib ki, Aİ-nin Ukraynanı yalnız buraxacağı inandırıcı görünmür: “Düzdür, Avropa İttifaqında elə ölkələr var ki, onlar Aİ-nın büdcəsindən Ukraynaya maliyyə yardımının ayrılmasına qarşıdırlar və bütün yardımların dayandırılmasını istəyirlər. Amma buna baxmayaraq, Aİ Ukraynanı bu məsələdə yalnız buraxmayacaq”.
T.İsmayilov bildirib ki, bu sammitdə Ukrayna üçün həlledici qərarlar qəbul edilə bilər: “Aİ-nin sammitində mühüm qərarların qəbul olunması gözləniləndir. Ola bilsin ki, ABŞ-ın Ukraynadakı münaqişənin sona çatması ilə bağlı təkliflərinə qarşı əks arqumentlər irəli sürülsün”. Politoloq Aİ-nin bu dəfəki sammitinin çox gərgin keçəcəyini də vurğulayıb: “ABŞ-ın yeni administrasiyası və Aİ-nin beynəlxalq münasibətlərə baxışlarında konseptual fərqlər var - bu da hər iki tərəf arasında ziddiyyətlərin dərinləşməsinə səbəb olur. Bu baxımdan mart sammitində Aİ-nin liderlərinin Ukrayna ilə bağlı yekdil qərarlar qəbul edəcəkləri ehtimal olunur”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

