Fransada büdcə ilə bağlı hələ də razılığa gəlmək mümkün deyil
05.11.2025 [19:43]
Fransa Milli Assambleyasında Sosial Müdafiə büdcəsi (PLFSS) üzərində gərgin debatlar davam edir. Bu gün deputatlar 2025 və 2026-cı illər üçün sosial müdafiəyə dair gəlir və xərclər proqnozu cədvəlini özündə əks etdirən qanun layihəsinin əsas maddəsini ləğv etməyə səs veriblər.
AZƏRTAC xəbər verir ki, sosial müdafiə büdcəsi üzrə müzakirələrin ikinci günü gərgin keçib. Milli Birlik Partiyası (RN), sağçı siottistlər, “Əyilməz Fransa” (LFI) və kommunistlər ləğv qərarının lehinə səs veriblər.
Sosialistlər cədvəlin saxlanmasını müdafiə etsə də, yaşıllar (ekoloqlar) bitərəf qalıblar. Bu cədvəl Fransa sosial müdafiə sisteminin – yəni səhiyyə, pensiya, ailə və sosial yardım fondlarının – maliyyə istiqamətlərini müəyyən edən əsas hissə idi. Səhiyyə naziri Stefani Rist debatların əvvəlində millət vəkillərini məsuliyyətli qərar verməyə çağırıb.
Hesablama Palatasının məlumatına görə, 2025-ci ildə sosial müdafiə sisteminin kəsiri 23 milyard avroya çatacaq. Hökumət bu kəsiri 2026-cı ilə qədər 17,5 milyard avroya endirməyi planlaşdırır. Lakin bu məqsədə çatmaq üsulu parlamentdə birmənalı qarşılanmayıb. Solçu qüvvələr layihəni “dəhşətlər muzeyi” adlandırıb, RN isə onu “Fransua Bayrunun təkliflərinin uğursuz surəti” kimi tənqid edib.
Dünən dövlət büdcəsi naziri Ameli dö Monşalen müzakirələr barədə nikbin danışaraq, kompromis imkanların yaranmağa başladığını söyləmişdi: “Biz ədalətli, ölçülü və səmərəli tədbirləri dəstəkləməyə hazırıq. Hamı istəsə, bu məqsədə çata bilərik”.
RN nümayəndəsi Joel Mölən parlamentdə çıxışında sosial müdafiə sisteminin daxili idarəetməsinə dair istintaq komissiyası yaradılmasını təklif edib: “Xərcləri və gəlirləri yoxlamaq lazımdır, amma ən əsası – maliyyə axınlarını və daxili idarəçiliyi nəzarətə almağın vaxtıdır. Bu, indiyədək heç vaxt edilməyib”.
Beləliklə, sosial müdafiə büdcəsi üzərində debatlar Fransa parlamentində siyasi xəttləri daha da kəskinləşdirib. Hökumət kəsiri azaltmaq və sosial sistemi dayanıqlı saxlamaq istəyir, amma müxalifət metodların qeyri-şəffaf və qeyri-aydın olduğunu bildirir. PLFSS-2026 layihəsi qarşıdakı həftələrdə assambleyada yenidən müzakirə olunacaq.
Xəbər lenti
Hamısına baxİdman
11 Dekabr 22:39
Sosial
11 Dekabr 22:16
Dünya
11 Dekabr 21:50
Sosial
11 Dekabr 21:35
YAP xəbərləri
11 Dekabr 21:18
Dünya
11 Dekabr 20:55
YAP xəbərləri
11 Dekabr 20:36
İdman
11 Dekabr 20:13
Dünya
11 Dekabr 19:49
Dünya
11 Dekabr 19:31
YAP xəbərləri
11 Dekabr 19:14
Dünya
11 Dekabr 18:52
YAP xəbərləri
11 Dekabr 18:50
YAP xəbərləri
11 Dekabr 18:39
Hadisə
11 Dekabr 18:10
Siyasət
11 Dekabr 18:08
Siyasət
11 Dekabr 18:08
Siyasət
11 Dekabr 18:06
Dünya
11 Dekabr 18:05
YAP xəbərləri
11 Dekabr 18:05
Sosial
11 Dekabr 17:18
YAP xəbərləri
11 Dekabr 17:16
YAP xəbərləri
11 Dekabr 17:15
YAP xəbərləri
11 Dekabr 17:12
Siyasət
11 Dekabr 17:11
İqtisadiyyat
11 Dekabr 17:10
YAP xəbərləri
11 Dekabr 17:08
Siyasət
11 Dekabr 16:57
YAP xəbərləri
11 Dekabr 16:32
Dünya
11 Dekabr 16:30
YAP xəbərləri
11 Dekabr 16:21
YAP xəbərləri
11 Dekabr 16:19
YAP xəbərləri
11 Dekabr 16:15
YAP xəbərləri
11 Dekabr 16:12
Siyasət
11 Dekabr 16:06
YAP xəbərləri
11 Dekabr 15:53
Gündəm
11 Dekabr 15:40
Elm
11 Dekabr 15:26
YAP xəbərləri
11 Dekabr 15:19
Sosial
11 Dekabr 15:09
Sosial
11 Dekabr 15:08
Sosial
11 Dekabr 15:06
Gündəm
11 Dekabr 15:02
Sosial
11 Dekabr 15:00
Sosial
11 Dekabr 14:47
Sosial
11 Dekabr 14:45
Xəbər lenti
11 Dekabr 14:16
Siyasət
11 Dekabr 13:02
Hadisə
11 Dekabr 12:59
İqtisadiyyat
11 Dekabr 12:57
İqtisadiyyat
11 Dekabr 12:55
YAP xəbərləri
11 Dekabr 12:52
Gündəm
11 Dekabr 12:32
Sosial
11 Dekabr 11:43
Siyasət
11 Dekabr 11:42
Sosial
11 Dekabr 11:32
Siyasət
11 Dekabr 11:20
İqtisadiyyat
11 Dekabr 11:15
YAP xəbərləri
11 Dekabr 11:08
İqtisadiyyat
11 Dekabr 10:58
Sosial
11 Dekabr 10:48
Analitik
11 Dekabr 10:45
Analitik
11 Dekabr 10:30
Analitik
11 Dekabr 10:12
Analitik
11 Dekabr 09:56
Siyasət
11 Dekabr 09:43
Ədəbiyyat
11 Dekabr 09:38
MEDİA
11 Dekabr 09:15
Sosial
11 Dekabr 08:50
Gündəm
11 Dekabr 08:45

