Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Donald Trampın İrana qarşı irəli sürdüyü tələblər məlum olub

Donald Trampın İrana qarşı irəli sürdüyü tələblər məlum olub

29.01.2026 [14:25]

ABŞ Prezidenti Donald Tramp nüvə proqramı və ballistik raketlərlə bağlı İrana üç tələb irəli sürüb.

AZƏRTAC xəbər verir ki, “The New York Times” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, tələblərə uranın zənginləşdirilməsinin birdəfəlik dayandırılması və mövcud ehtiyatların məhv edilməsi, eləcə də ballistik raketlərin mənzili və sayının məhdudlaşdırılması daxildir.

Bundan əlavə, Tehrandan Yaxın Şərqdəki proksi qruplara dəstəyini kəsməsi tələb olunur.

Bir müddət öncə yayılan məlumata görə, Donald Tramp Tehranın nüvə proqramının məhdudlaşdırılması üzrə iki ölkə arasında danışıqların uğursuz alınacağı təqdirdə İrana güclü zərbə endirməyi düşünür. ABŞ dövlət başçısı sövdələşmə ilə bağlı heç bir təfərrüat verməsə də, “nəhəng armadanın” İrana yaxınlaşdığını və ölkənin tələbləri yerinə yetirməli olduğunu bildirib.

Paylaş:
Baxılıb: 620 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Analitik

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30