NABUCCO-ya qoşulan dövlətlərin sayı artır
21.05.2009 [10:31]
Mayın əvvəllərində Praqada keçirilən “Cənub dəhlizi- Yeni İpək Yolu” sammitində NABUCCO ilə bağlı imzalanan bəyanat bu qaz marşrutunun gerçəkləşməsi ilə bağlı beynəlxalq səylərin həm miqyas baxımından genişlənməsinə, həm də layihə üzrə işlərin sürətlənməsinə səbəb olub. Artıq Avropa ilə yanaşı, Asiya, Orta Şərq və Afrika regionu dövlətləri də bu layihənin reallaşmasına dəstək verərək enerji marşrutlarının diversifikasiyasında iştirak etmək niyyətlərini bəyan ediblər. Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İraq, Misir və Əlcəzair NABUCCO layihəsində təmsil olunmaq üçün təşəbbüslə çıxış ediblər. İki gün əvvəl isə Birləşmiş Ərəb Əmirlikləri və İraq yeni qaz konsorsiumu təsis edib. Bu qurum həm də NABUCCO-nun çəkilişinə dair yaradılmış konsorsiuma üzv olub. BƏƏ və İraq faktiki olaraq NABUCCO-ya üzv dövlətlərin sırasına daxil olub. Yaxın günlərdə Misir və Əlcəzairin də konsorsiuma daxil olması nəzərdə tutulur. Beləliklə, NABUCCO-nun reallaşmasında iştirak etmək istəyən dövlətlərin sırası genişlənərək bir neçə qitəni əhatə etmiş olacaq.
Birləşmiş Ərəb Əmirlikləri və İraq öz qaz ehtiyatlarını NABUCCO ilə nəql etmək üçün konsorsiumla danışıqlara başlamaq fikirlərini də bəyan edib. BƏƏ-nin “Srescent Petroleum” şirkətinin idarə heyətinin sədri Bədr Cəfər bildirib ki, NABUCCO konsorsiumunun üzvləri olan Avstriya, Rumıniya, Macarıstan, Bolqarıstan, Türkiyə və Almaniya şirkətləri ilə aparılan danışıqlarda qazın nəqli üçün yeni layihənin həyata keçirilməsinin vacibliyi müzakirə olunub. Belə ki, NABUCCO konsorsiumu İraqın şimalından hasil olunan qazın nəqli üçün bölgəyə 8 milyard dollar investisiya yatırmağa qərar verməlidir. Bədr Cəfər “Srescent Petroleum” və “Dana Gas” şirkətləri ilə konsorsiumun ilkin razılaşma əldə etdiyini də istisna etməyib. Onun fikrincə, Avropa və ərəb şirkətləri birlikdə İraqın şimalındakı qaz ehtiyatlarının NABUCCO-ya ötürülməsinə dair texniki işləri yerinə yetirəcək.
B.Cəfər NABUCCO-nun təbii qazla təmin olunmasında həmin bölgənin resurslarına diqqət çəkərək İraqın şimalındakı qaz yataqlarının, eləcə də, BƏƏ-dəki ehtiyatların kifayət qədər böyük yer tutduğunu xatırladıb. Yeri gəlmişkən, NABUCCO-nun səhmdarlarından olan Avstriyanın “OMV” və Macarıstanın “MOL” şirkəti İraqın şimalında qaz hasilatını artırmaq məqsədilə İraqın “Pearl Petroleum” qaz şirkətinin səhmlərinin 20 faizini əldə edib. Qeyd edək ki, İraq və BƏƏ qaz ehtiyatlarının həcminə görə dünyada ilk sırada yer tutan ölkələr qrupuna daxildir. Birləşmiş Ərəb Əmirliklərinin mövcud qaz ehtiyatlarının həcmi 214 trilyon fitə (10 trilyon kubmetr) bərabərdir. Bu ölkə ildə 40 milyard kubmetrdən çox qaz ixrac etmək imkanlarına malikdir. Eləcə də, İraq qaz resursları ilə zəngin ölkə hesab olunur və ehtiyatları 112 trilyon fit ( 5 trilyon kubmetr) proqnozlaşdırılır. Bu dövlət isə il ərzində 20 milyard kubmetrdən çox qaz nəql etmək gücünə malikdir. Bu həcmdə böyük ehtiyatlar həmin ölkələrin NABUCCO-nun qaz təminatının həllində mühüm rol oynaya bilər. Bunu layihənin tərəfdaşları da istisna etmirlər. Məsələn, konsorsiumda təmsil olunun “OMV” şirkətinin nümayəndəsi Kristian Dolezal bildirib ki, İraq qazı digər mənbələrlə birlikdə NABUCCO kəmərinin doldurulmasına yetərincə kömək edəcək. NABUCCO-nu bir çox mənbəyə hesablanmış layihə adlandıran Dolezal onu da bildirib ki, indiyədək əsas problemlərdən biri kimi qarşıda duran faktor - qaz kəmərinin doldurulması məsələsi artıq həll edilmək üzrədir. Kristian Dolezal İraq və BƏƏ-dən qaz əldə olunması ilə yanaşı, digər mənbələrdən də yanacaq alınacağını söyləyib. Onun qənaətinə görə, artıq Almaniyanın “RWE” şirkəti Türkmənistanla uzunmüddətli müqavilə imzalayıb və türkmən qazının əldə olunması üçün texniki məsələlər həll olunmaq üzrədir. Bununla yanaşı, Misir hökuməti ilə də yanacaq nəqlinə dair razılaşmaya nail olunub. Xatırladaq ki, rəsmi Qahirə Praqada keçirilən sammitdə bir neçə marşrutla, o cümlədən, NABUCCO ilə qaz ixracın sərfəli hesab etdiyini bəyan edib. K.Dolezal Azərbaycan qazını da NABUCCO üçün potensial mənbə hesab edir. Onun fikrincə, “Şahdəniz” yatağının ikinci fazasında əldə edilən böyük qaz ehtiyatları Azərbaycan qazının həmin marşrutla ixracına imkan verəcək.
Baş verən proseslər NABUCCO-nun gerçəkləşməsi üçün həddindən artıq pozitiv meyillərdən xəbər verir. Bir müddət əvvəl NABUCCO-nun reallaşması ilə bağlı bir sıra tərəddüdlər müşahidə olunsa da, hazırda layihənin perspektivlərinə dair nikbinlik və əminlik böyükdür. Artıq layihə ilə bağlı hökumətlərarası sazişin imzalanması üçün əsil şərait yaranıb. Onu da nəzərə almaq gərəkdir ki, layihənin gerçəkləşməsi üçün bir çox parametrlər - hüquqi, texniki, iqtisadi, siyasi, maliyyə və digər məsələlər də həll olunmaq üzrədir. Məsələn, kəmərin maliyyəşdirilməsi üçün tələb olunan 7 milyard dollardan çox vəsaitin ayrılması ilə bağlı narahatlıqlar da aradan qalxmaqdadır. Dünyanın bir neçə nüfuzlu maliyyə institutu layihəyə kredit ayrılmasına prinsipcə razı olduqlarını bəyan ediblər. Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa Sərmayə Bankı və digər maliyyə sindikatları NABUCCO-nun da maliyyələşdirilməsində problem olmadığını açıqlayıb.
Azərbaycanın NABUCCO qaz kəməri layihəsində iştirakına gəlincə, respublikamız bu layihədə iştirakının mümkünlüyünü bəyan edib. Yanacaq nəqli ilə bağlı siyasət həyata keçirərkən çoxvektorlu tranzit sistemlərini nəzərə alan Azərbaycan çoxşəbəkəli qaz marşrutları içərisində NABUCCO-nu da önəmli hesab edir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53

