2017-ci ildə Ermənistanın tənəzzülü daha da sürətlənib
21.04.2017 [09:10]
İşğalçı ölkəni cənginə alan sosial-iqtisadi və demoqrafik böhran olduqca dərinləşib
Ermənistanda hökm sürən sosial-iqtisadi kataklizmlər daha da şiddətlənib. Başqa sözlə, Serj Sarkisyanın rəhbərlik etdiyi rejimin həyata keçirdiyi yarıtmaz siyasət nəticəsində işğalçı ölkədə, demək olar ki, bütün sahələrdə hökm sürən böhran meyilləri olduqca dərinləşib.
İşğalçı siyasətin qanunauyğun nəticəsi: xaos, böhran və regional blokada
Bir çox ekspertlər Ermənistan daxilindəki dərin kataklizmləri ölkənin iqtisadi tənəzzülü ilə əlaqələndirirlər. Dərin iqtisadi böhranın səbəbi kimi isə bu ölkənin həyata keçirdiyi təcavüzkar, işğalçı və irrasional xarici siyasət kursu göstərilir. Belə ki, İrəvanın reallaşdırdığı aqressiv, təcavüzkar xarici siyasət bu ölkəni regional miqyasda təcrid durumuna düşürüb. Bunun fonunda isə heç bir regional layihədə təmsil olunmayan Ermənistan daxili və xarici siyasət nöqteyi-nəzərindən, sözün əsl mənasında, fiaskoya uğrayıb.
Ekspertlər qeyd edirlər ki, işğalçı ölkədə kompleks və sistemli xarakter daşıyan total böhran meyillərinin xarakteristikasını təsvir etmək üçün, sadəcə, bir neçə sahədəki real duruma nəzər yetirmək məqsədəmüvafiqdir. Qeyd etdiyimiz kimi, Ermənistanın total böhranı çərçivəsində əsas diqqət iqtisadi tənəzzül meyillərinə çəkilir. Cari ilin iqtisadi göstəricilərinə nəzər yetirdikdə belə bir qənaətə gəlmək olur ki, işğalçı ölkənin tənəzzülü daha da sürətlənib.
Miqrasiya prosesi daha intensiv xarakter alıb
Digər tərəfdən, cari ildə işğalçı ölkədə vətəndaşların miqrasiyası prosesi daha intensiv xarakter alıb. Başlıcası budur ki, miqrantların əsas hissəsini gənclər və əmək qabiliyyətli əhali təşkil edir. Bu isə onu deməyə əsas verir ki, mövcud miqrasiya tendensiyası Ermənistanı total demoqrafik böhrana sürükləyir. Yeri gəlmişkən, Ermənistan KİV-i yazır ki, bu ilin ilk 3 ayında işğalçı ölkəni 20 mindən çox insan tərk edib, 230 nəfər isə vətəndaşlıqdan imtina ərizəsi yazıb. “Hetq Armenia” televiziyasının təqdim etdiyi reportajda bildirilir ki, ölkədə əksər ailələr uşaqlarını ağır şəraitdə böyüdürlər, çünki ailə üzvləri işsizdirlər. Hökumət işsiz və imkansız vətəndaşlar üçün heç bir sosial layihə həyata keçirmir, insanlar taleyin ümidinə buraxılıblar.
“Armenia Today” isə yazır ki, statistikaya əsasən, Ermənistanda əksər ailələrin aylıq gəliri 40 min dramı keçmir. Həmin məbləğ isə bir nəfərin yaşaması üçün belə kifayət deyil. Bu cür ailələrin sayı hər ay artır. Nəticədə son bir ildə ölkədə yoxsulluq səviyyəsi 56 faizə yüksəlib. Əhalinin 43 faizi isə ya evsizdir, ya da şəraitsiz mənzillərdə yaşayır. Ağır həyat şərtlərinə dözə bilməyənlər çıxış yolunu başqa ölkələrə sığınmaqda görürlər. Ermənistan əhalisini sürətlə itirir. İnsanlar aşağı həyat şərtlərinə dözə bilmədikləri üçün miqrasiyanı seçirlər. Erməni iqtisadçı-ekspert Vahaqn Xaçatryan bu qədər vətəndaşın xaricə köçməsinin mənfi nəticələr verəcəyini deyir. Ekspertin sözlərinə görə, ötən il ölkəni 54 min nəfər tərk edib və onlardan 43 min 438-i geri dönməyib. Bu da onu göstərir ki, insanlar hökumətin təqdim etdiyi kimi xaricə dincəlməyə yox, daimi yaşamağa gedirlər. Çünki ölkədə işsizlik ən ciddi problemlərdən biridir.
Ermənistan sosial inqilaba doğru...
O da qeyd edilməlidir ki, mövcud demoqrafik problemlər sosial kataklizmləri daha da sürətləndirir. Ölkənin sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması isə demoqrafik problemlərin hakimiyyətlə xalq arasında ciddi qarşıdurmanı şərtləndirməsinə zəmin yaradır. Bütün bunları nəzərə alan bir çox ekspertlər qeyd edirlər ki, Ermənistan sosial inqilab astanasındadır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25

