Ermənistanda xaos: bütün yollar fəlakətə aparır
26.11.2020 [08:52]
İşğalçı ölkə ağır məğlubiyyətdən sonra acınacaqlı və rəzil duruma düşüb
İşğalçı Ermənistanın cəbhədə məğlub olmasından sonra hökumətin istefası tələbi ilə ölkədə kütləvi etiraz aksiyaları davam edir. 17 siyasi partiyanın birgə təşkil etdiyi küçə aksiyaları ilə yanaşı, parlamentdə təmsil olunan müxalifət partiyaları da baş nazir Nikol Paşinyanın yola salınması üçün bütün vasitələrə əl atmaq fikrindədir. Son 15 gündə hökumət daxilində istefalar dalğası genişləndiyi bir vaxtda, N.Paşinyan yaranmış gərgin vəziyyətdən çıxmaq üçün siyasi rəqiblərini, müxalifət liderlərini və digər fəalları həbs etdirir.
Belə ki, noyabrın 24-də hakim “Mənim addımım” blokunun nümayəndələrinin “Çiçəklənən Ermənistan” partiyasının sədri və eyniadlı müxalifət fraksiyasının lideri Qagik Çarukyanın deputat mandatından məhrum edilməsinə səs vermələri qarşıdurmanı daha da dərinləşdirib. “Sputnik-Ermənistan”a açıqlama verən “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Arman Abovyan deyib ki, parlamentin iclasında eşitdiklərimiz bunun açıq bir siyasi təqib olduğunu göstərir: “Çarukyanın deputat mandatından məhrum edilməsi üçün konstitusiya məhkəməsinə vəsatət göndərilməsi siyasi qərar verildiyini açıq şəkildə ortaya qoyur”.
Qeyd edildiyi kimi, baş nazirin istefasını tələb edənlərə qarşı siyasi təqiblər davam etdirilir. “Aysor.am” yazır ki, “VETO” ictimai-siyasi hərəkatının qurucusu Narek Malyan və “Adekvad” hərəkatının lideri Artur Danielyanın mənzillərində polis tərəfindən axtarış aparılıb.
Ermənistan mətbuatının yazdığına görə, hakimiyyətin istefası tələbi ilə kütləvi aksiyalar da davam edir. “News.am” yazır ki, etirazçılar öz tələblərini müxtəlif yollarla çatdırmaq fikrinə düşüblər. Belə ki, bir qrup vətəndaş hakim “Mənim addımım” blokundan olan deputatların iqamətgahları qarşısında etiraz aksiyalarına başlayıb. Hakimiyyəti xəyanətdə günahlandıranlar deputat Andranik Koçaryanın yaşadığı mənzilin qarşısında “Andranik satqındır” şüarları səsləndirirlər. Saytın yazdığına görə, itkin düşən hərbçilərin qohumları da Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyalarını davam etdirirlər.
Qeyd edək ki, işğalçı ölkədə istefa dalğası da davam edir. “Sputnik Ermənistan”ın yazdığına görə, iqtisadiyyat naziri Tigran Xaçatryan da öz vəzifəsindən istefa verib. Sayt yazır ki, Tiqran Xaçatryan istefasını təqdim edən altıncı nazirdir. Eyni zamanda, müdafiə nazirinin müavini Makar Qambaryan da istefa verib.
“News.am” saytı yazır ki, Yerevan meriyasının idarə heyətinin üzvü Mikael Manrikyan bəyan edib ki, Paşinyan hakimiyyətdən gedənə qədər ölkədə sabitlik hökm sürməyəcək. Onun sözlərinə görə, mövcud hökumət cəmiyyəti “ağlar”a və “qaralar”a, keçmişlərə və indikilərə böldü, idarəetməni bacarmadı: “Bacarıqsız baş nazir məğlubiyyətin simvoludur və o, vəzifədən gedənə qədər ölkəmizdə heç bir sabitlik olmayacaq”.
İstefa tələblərini dəyərləndirən “Maariflənən Ermənistan”ın sədri Edmon Marukyan indiki halda baş nazir vəzifəsinə namizədin adının çəkilməsinin vacib olmadığını söyləyib. “Sputnik Ermənistan”a müsahibəsində müxalifət partiyasının lideri deyib ki, bu problemin həllində çox şey hakim blokdan asılıdır. Paşinyanın baş nazir postundan istefası tələbi ilə mitinqlər keçirən 17 siyasi qüvvəyə rəsmi olaraq qoşulmayan Marukyan kütləvi etiraz aksiyalarını təsirsiz hesab edir. Onun fikrincə, Paşinyanı getməyə məcbur edəcək tamamilə fərqli mexanizmlər və rıçaqlar lazımdır.
“Panorama.am”ın yazdığına görə, Ermənistanın keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan ölkədə mövcud olan vəziyyəti “fəlakət” dərəcəsində acınacaqlı adlandırıb. Onun sözlərinə görə, Ermənistanda dövlətin mövcud olmaması ölkəni fəlakətə aparır.
Göründüyü kimi, Ermənistanın daxilində qarşıdurma və kütləvi etiraz aksiyalarının fonunda işğalçı ölkədə istefalar dalğası da davam edir. Ermənistan mətbuatının yazdığına görə, Paşinyanın bütün cəhdlərinə baxmayaraq, ölkədə vəziyyət kəskin qarşıdurma həddindədir. Təkcə siyasi qüvvələrin deyil, sıravi vətəndaşların da mövcud hökumətin istefasını tələb etməsi qarşısında geri çəkilməyən baş nazir N.Paşinyan ölkəni fəlakətə sürükləyir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15

