Məğlub Ermənistan yeni siyasi kataklizmlərlə qarşı-qarşıya...
05.03.2021 [09:02]
Məlum olduğu kimi, Ermənistanda xaos və böhran vəziyyəti davam edir. Bu müddət ərzində baş nazir Nikol Paşinyan və onun rəhbərlik etdiyi hökumətin istefasına nail olmağa çalışan “Vətənin xilası naminə hərəkat” müxtəlif vasitələrə əl atsa da, hakimiyyət bu tələblərə məhəl qoymur. Erməni mətbuatı yazır ki, ölkədə yaşanan böhranın fonunda baş qərargahın Paşinyanın istefasını tələb edən bəyanatından sonra siyasi qarşıdurma yeni mərhələyə qədəm qoyub. Belə ki, baş nazir Paşinyanın baş qərargah rəisi Onik Qasparyanı vəzifədən azad etmək təşəbbüsü siyasi ehtirasları daha da qızışdırıb. Müxalifətin ordu rəhbərliyinə tam dəstək verməsi, Qasparyanın istefaya göndərilməsi barədə sənədin prezident Armen Sarkisyan tərəfindən N.Paşinyana qaytarılması, bu prosesin ikinci dəfə təkrarlanması vəziyyəti bir qədər də gərginləşdirib. Bundan sonra baş nazirin ölkənin hər yerindən öz tərəfdarlarını yığıb mitinq keçirməsi də proseslərin tərkib hissəsidir.
Yeri gəlmişkən, Ermənistan mediasının yazdığına görə, müxalifətin parlament binasının qarşısındakı sonuncu mitinqi ilə eyni vaxtda “Hökumət saatı”nda iştirak edən baş nazirin vəziyyəti o qədər də ürəkaçan olmayıb. “Sputnik-Ermənistan” yazır ki, hətta “Maariflənən Ermənistan” partiyasının deputatı Gevork Qorqisyan rişxəndlə “vəziyyətiniz necədir” şəklində Paşinyana sual ünvanlayıb. İclasa rəhbərlik edən vitse-spiker Alen Simonyan isə deputata sualını yazılı şəkildə təqdim etməsini tövsiyə edib. Məsələ burasındadır ki, parlamentin müxalifət fraksiyalarının üzvləri “Hökumət saatı”nda baş nazirdən şəxsən hər hansı bir suala cavab ala bilməyiblər, onun əvəzinə bütün suallara baş nazirin müavini Tiqran Avinyan cavab verib. Paşinyan yalnız bitərəf deputat Arman Babacanyanın sualını cavablandırıb. Halbuki əvvəlki ənənəvi iclaslarda baş nazir deputatların suallarına cavab verməkdən çəkinmirdi.
Onu da qeyd edək ki, baş nazir orada olanda parlament binasına hücumun qarşısını almaq üçün bütün təhlükəsizlik tədbirləri görülüb, hətta əvvəlcədən binanın həyətinə siqnal-minalar, eyvanlara isə snayperçilər yerləşdirilib. “Aysor.am” yazır ki, məsələyə münasibət bildirən müxalif “Vətən” partiyasının rəhbəri Artur Vanetsyan deyib ki, əslində, polisin əvvəlcə etirazçılara güc tətbiq etmək niyyəti olub: “Müxalifətin mitinqində təxribatların, hətta iğtişaşların olacağı barədə polisin açıqlaması təxribatdır. Biz təxribata getməyəcəyik. Baxmayaraq ki, polis bunun üçün zəmin yaratmağa çalışır”.
Onu da xatırladaq ki, Paşinyan hakimiyyəti siyasi repressiyaların yeni dalğasına start verib. Belə ki, martın 4-də müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyan xüsusi istintaq xidmətinə çağırılıb. “News.am” yazır ki, V.Manukyana cinayət məcəlləsinin 301-ci (hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar) maddəsi ilə ittiham elan olunub və yaşadığı yeri tərk etməsi qadağan edilib.
Beləliklə, məğlub ölkədə qarşıdakı dövrdə “suların durulması” gözlənilmir. Ekspertlərin fikrincə, hadisələrin bu məcrada cərəyan etməsi dərin böhran yaşayan Ermənistana vətəndaş qarşıdurması vəd edir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

