Ermənistanda siyasi böhran davam edir
14.07.2021 [08:52]
Məlum olduğu kimi, növbədənkənar parlament seçkilərindən 20 gündən çox keçsə də, müxalifətin nəticələrin ləğv edilməsi yönündə tələbi ölkədəki siyasi böhranın davam etməsinə səbəb olub. Məsələ ilə bağlı 4 siyasi qüvvə tərəfindən ünvanlanan müraciətlərin iyulun 9-dan konstitusiya məhkəməsində baxılması və məhkəmə işinin gərgin keçməsi bunu deməyə əsas verir. Erməni mətbuatı yazır ki, konstitusiya məhkəməsi məsələ ilə bağlı iclaslarını davam etdirir. Xatırladaq ki, “Ermənistan” və “Şərəfim var” blokları, “Zartonk” (“Yüksəliş”) və “Hayots hayrenik” (“Erməni vətəni”) partiyalarının 20 iyunda keçirilmiş seçkilərin nəticələrinin etibarsız sayılması ilə bağlı müraciətlərinə KM-də baxılması iyulun 16-a qədər yekunlaşmalıdır.
Qeyd edək ki, müxalifətin seçkinin nəticələrini şübhə altına almasına baxmayaraq, hakimiyyət artıq parlamentin formalaşdırılması prosesinə hazırlıq görür. “Armenia today” yazır ki, seçkidə qalib elan edilən “Vətəndaş müqaviləsi” partiyasının idarə heyəti parlamentdəki fraksiyanın rəhbəri və katibi vəzifələrinə namizədlərini müəyyən edib. Partiyanın nümayəndəsi Lilit Makuntsun verdiyi məlumata görə, idarə heyətinin baş nazir vəzifəsini icra edən N.Paşinyanın da iştirak etdiyi yığıncağında proporsional siyahıda adları olan Hayk Koncoryan fraksiya rəhbəri, Nazeli Bağdasaryan isə fraksiya katibi vəzifəsinə namizəd göstərilib.
Buna baxmayaraq, hakim komanda daxilində ciddi qarşıdurma hökm sürür. Belə ki, Paşinyanla münasibətləri pisləşən və hətta istefası tələb edilən Yerevan meri Hayk Marutyan geri çəkilmək əvəzinə paytaxtda “təmizləmə” işlərinə başlayıb. “Armenia today” yazır ki, merin qərarı ilə ötən il vəzifəyə təyinat alan Nor Nork inzibati ərazisi üzrə icma rəhbəri Hovhannes Manukyan istefaya göndərilib.
Yeri gəlmişkən, Ermənistan Xarici İşlər Nazirliyində (XİN) də qeyri-müəyyənlik hökm sürür. “Past” qəzeti yazır ki, xarici siyasət həmişə mövcud hökumətin problemli sahələrindən biri olub və hazırda XİN bərbad vəziyyətdədir. Qəzetin yazdığına görə, yaxın gələcəkdə Ermənistanın diplomatik korpusunda çox ciddi və köklü dəyişikliklər gözlənilir: “Üstəlik, söhbət yalnız bir nazir və ya nazir müavininin təyin edilməsindən getmir. Əldə etdiyimiz məlumata görə, müxtəlif ölkələrdə akkreditə olunmuş 25-ə yaxın səfir geri çağırılacaq və əvəzinə bu hökumətə xidmət etməyə hazır kadrlar təyin ediləcək. Ancaq burada da olduqca ciddi problemlər var”.
Beləliklə, Paşinyan növbədənkənar seçkidə qalib gəlsə də, seçkilərin nəticələrinə etiraz edən müxalifətlə ciddi qarşıdurma davam edir. Hakimiyyət daxilindəki konfrontasiya isə məğlub ölkədə gərginliyin artmasını şərtləndirir. Bu durum isə yaxın gələcəkdə məğlub ölkədə siyasi böhranın dərinləşəcəyinə dəlalət edir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25

