Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Liviyada hökumət binasının ələ keçirilməsi ilə bağlı xəbərlər yayılıb

Liviyada hökumət binasının ələ keçirilməsi ilə bağlı xəbərlər yayılıb

16.12.2021 [11:53]

Bir sıra media orqanları yerli mənbələrə istinadən xəbər verir ki, silahlı qruplar Liviyanın paytaxtı Tripolidə prezident şurasının binasını mühasirəyə alıb. yeniazerbaycan.com-un Rusiyanın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, yerli KİV naməlum silahlı şəxslər Milli Birlik Hökuməti və Müdafiə Nazirliyinin binalarını ələ keçiriblər.

Liviyanın “Əl-Cəmahiriyyə” xəbər agentliyi bildirir ki, bu məlumatın rəsmi təsdiqi və ya təkzibi yoxdur.

Xatırladaq ki, dekabrın 24-ə seçkilər təyin edilən Liviyada Milli Razılıq Hökuməti BMT-nin dəstəyi ilə yaradılıb. O, Tripolidə yerləşir və Liviyanın qərb hissəsinə nəzarət edir. Onun legitimliyi ölkənin şərqinə nəzarət edən Tobruk hökuməti tərəfindən tanınmır. Bu ilin mart ayında hər iki hökumət dekabr seçkilərindən əvvəl səlahiyyətlərini Baş nazir Abdel Həmid Məhəmməd Dbeybənin rəhbərlik etdiyi keçid administrasiyasına təhvil verib.

 

Paylaş
Baxılıb: 146 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31