Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Paraqvaylı deputat təyyarə qəzasında həlak olub

Paraqvaylı deputat təyyarə qəzasında həlak olub

03.12.2023 [11:47]

Paraqvayın şərqində kiçik təyyarənin qəzaya uğraması nəticəsində parlamentin deputatı da daxil olmaqla 4 nəfər həlak olub. 

AZƏRTAC xəbər verir ki, bu barədə qanunverici orqanın aşağı palatası məlumat yayıb.

“Dekabrın 2-də deputat Valter Armes San Pedro departamentinin Quayaibi rayonunda təyyarə qəzası nəticəsində həlak olub. Hadisə nəticəsində deputatın qardaşı da daxil olmaqla daha 3 nəfər həlak olub”, - deyə məlumatda bildirilir.

Həmçinin bildirib ki, deputatın ölümü ilə əlaqədar Konqresdə üç günlük matəm elan edilib.

“Ultima Hora” qəzetinin məlumatına görə, təyyarə havaya qalxarkən ağaca dəyib.

Paylaş:
Baxılıb: 626 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30