Qəbulə xanım - unutdurulan qürur səhifəmiz - Elnarə AKİMOVA
06.07.2025 [14:54]
Azər Turanın "Qəbulə xanım və I Pyotr" kitabına ön söz
Elnarə AKİMOVA
Qəbulə xanım - Azərbaycanda Rus istilasına qarşı ilk dirəniş hərəkatının lideri! Onu qısaca olaraq, belə xarakterizə etmək olar. Çox təəssüf ki, sovet dövründə Qəbulə xanımla bağlı qaynaqlar yox dərəcəsindədir. Bu mənada, ancaq əlimizdə olan tutarlı faktlara etibar etməliyik. Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm"ində, A.S.Puşkinin, Soymonovun, Butkovun, Sara Aşurbəylinin... kitablarında, rus və xarici mənbələrdə bununla bağlı yer alan əsaslı məlumatları tarixin məntiqinə tabe etməliyik. Azər Turan da belə davranır. Tarixin yaşanmış gerçəkliyini gömüldüyü yerdən qazıyıb gün işığına çıxardır. Həm də tutarlı faktlara, məxəzlərə istinad edərək.
Azər Turanın "Qəbulə xanım və I Pyotr" kitabı XVIII əsrin əvvəllərində Azərbaycan cəmiyyətinin psixoloji durumunu, xalqımızın yaşadığı məşəqqətli tale yolu və travma tarixini öyrənmək baxımından nadir nümunələrdən biridir. Bu kiçik tədqiqata XVIII əsr, hətta ondan əvvəlki və sonrakı dövrlərin tarix diskursunun bir faktı kimi baxmaq lazımdır. Burada eşidilən, güman, fərz olunan deyil, ancaq yazılan, şahid olunan, gerçək məxəzlərin məntiqi ilə tarixləşən faktlar tədqiqat predmetinə çevrilir. Bəhs olunan qanlı hadisələrin canlı şahidləri, tarix və ədəbiyyat mətnləri, hətta ağrılı təhkiyəsi ilə kitaba sənəd etibarlığı qazandıran müəllif yanaşmaları, tutarlı məntiqi keçidləri və s. Bu qürur səhifəsi ancaq bioqrafik fakt olaraq bir fərdin şəxsi taleyi zəminində verilmir, bir xalqın, şəhərin, mahalın faciəsi kimi təqdim olunur: "1724-cü ildə Salyanda bir gündə rus imperiya ordusunun bir batalyonunun bütün zabit heyəti zərərsizləşdirilmişdir. Salyanda elə bir hadisə baş vermişdi ki, hətta rus tarixçiləri də buna biganə qala bilməmişdilər. Bu, təkcə Salyanın tarixində deyil, ümumazərbaycan tarixində sonrakı dövrlərdə də bənzərinə rast gəlinməyən nadir hadisə idi".
1724-cü ildə Salyanı istila etmək istəyən rus qoşununun 500 nəfərlik zabit-əsgər heyətini qətlə yetirən Salyanlı Qəbulə xanımın bu revanşist ədasının alt qatında dayanan amil ancaq düşmənə boyun əyməmək, I Pyotra ünvanladığı məktubda yazdığı kimi, "Salyan mahalının 122 il onun əcdadları tərəfindən idarə olunması" qənaəti idimi? Azər Turan burada bir qədər psixoanalizə varır, qətlin fəlsəfi-nəzəri havasını 57 il əvvəldən, 1667-ci ildə Stepan Razinin Salyandan oğurlayıb əsir aldığı xan qızını Volqa çayına qurbanlıq etdiyi ağrılı hekayətdən götürür, poetik-ideoloji məna axtarıcılığı ilə o Qəbulə ilə bu Qəbulə arasında mistik bağlar qurur, Sara Aşurbəylinin versiyasını, holland əsilli isveç səfiri Lüdviq Fabritsiusun qeydlərini meyar götürərək baş verən qətlin səbəbi kimi qan düşmənçiliyini tarixin süjet toxumasına daxil edir.
Qəbulə xanım Azərbaycan tarixinin və mənəviyyatının sirli obrazlarından biridir. Amma bu kitabda o, metafizik obraz deyil, real, canlı ştrixləri, əməli mündəricəsi ilə dolğun qəhrəmandır. Gizli qatlar açıldıqca, tarixin üzərindən gerisayım işarəsi ilə məlum örtüklər götürüldükcə aydın olur ki, milli heysiyyəti ilə ilk antirus dalğasının önündə gəlməyi bacaran fədaidir. Və "əfsus ki, bilərəkdən unutdurulmuş milli simvoldur. Onu nə tarixçilərimiz dəyərləndirdi, nə də ədəbiyyatımızda Qəbulənin qəhrəmanlığını vəsf edən hansısa bədii bir mətn yarandı".
Kitabda geniş çözüm, şərh tələb edən məqamlar çoxdur. Dərbəndi və Bakını işğal etdikdən sonra Salyana üz tutan və Kür çayının sahilində Salyan hakiməsi Qəbulə xanımın müqaviməti ilə üzləşən rus zabitlərinin qətllə sonuclanan aqibəti, XVIII əsrdə Rusiya, İran və Osmanlı münasibətləri, I Pyotr, II Təhmasib və III Əhmədlə xarakterizə olunan siyasi ziddiyyətlərin pərdəarxası incəlikləri, Qəbulənin nəsli, atası Hüseyn xan, əri Salyan sultanı Həsən bəy haqqında məlumatlar, Bakıdakı Salyan kazarması anlayışının semantikasını açan mətləblərə köklənmələr - hər biri ayrıca tədqiqatın predmeti olacaq qədər material verir. Bu sırada, erməni katalikoslarının I Pyotra ünvanladığı məktublar, Rusiya təbəəliyinə götürülmələri və Gilan, Salyan, Bakı və Dərbənddə yerləşmələri üçün ondan icazə almaları ilə bağlı faktlar düz üç əsr öncə baş verənləri son iki yüz illik tarixi proseslərin fonunda dəyərləndirməyə daha geniş imkanlar açır. Bu səhifələr aşkarlandıqca qaranlığa, yoxluğa, ölümə tərk edilən Qəbulə kimi qəhrəman qadının obrazı da büllürlaşıb görünməyə başlayır. Azər Turanın tədqiqatı sayəsində öz tarixi haqqına qovuşan bu Qadın, bu gün öz ədalətini bərpa edən, qalib və qürurlu Azərbaycana çox yaraşır!
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

