Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Azərbaycanlı tələbələrin Milan Konqresində iştirakı ölkəmizdə kosmik sənayenin inkişafından xəbər verir

Azərbaycanlı tələbələrin Milan Konqresində iştirakı ölkəmizdə kosmik sənayenin inkişafından xəbər verir

15.10.2024 [16:56]

Azərbaycanlı tələbələrin İtaliyanın Milan şəhərində keçirilən 75-ci Beynəlxalq Astronavtika Konqresində böyük heyətlə iştirakı ölkəmizdə kosmik sənayenin davamlı inkişafından xəbər verir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milan Konqresində ölkəmizi təmsil edən milli elmi komandanın üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Vidadi Rzayev deyib.

“Azərkosmos”un dəstəyi ilə “SABAH” qruplarının bakalavr pilləsinin tələbələri kimi Milan Konqresində iştirakımız Azərbaycan gənclərinin savad və bacarıqlarının əyani göstəricisidir. Ölkəmizdə kosmik ekosistemin inkişafı istiqamətində davamlı olaraq müxtəlif layihələr həyata keçirilir. Bakının ötən il 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi biz gənclər üçün böyük stimul oldu. Bu kimi layihələrin iştirakçısı olmaqda məqsədimiz kosmik sahədə öz elmi məqalələrimizi beynəlxalq auditoriyaya təqdim etməkdir”, - deyə azərbaycanlı tələbə bildirib.

Azərbaycandan Milan Konqresinə 345 elmi məqalə təqdim edilməsində və ölkəmizin belə yüksək göstəriciyə nail olmasında Bakının ev sahibliyi etdiyi Beynəlxalq Astronavtika Konqresinin xüsusi rolu var.

Paylaş:
Baxılıb: 737 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Sosial

32 il ötdü...

03 İyul 12:10  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31